Mühasibi Hacı İbrahimdən işçilərin əmək haqlarını tələb etdi VİDEO

4-06-2015, 14:50           
Mühasibi Hacı İbrahimdən işçilərin əmək haqlarını tələb etdi VİDEO
“Avesta Konserni” MMC-nin mühasibi Sabirə Sadıqova media vasitəsi ilə şirkət rəhbərliyini işçilərə olan əmək haqqı borclarını ödəməyə çağırıb. Onun sözlərinə görə, işçilər 2015-ci ildə yalnız yanvar ayının əmək haqqını martda ala biliblər. Digər aylar üçün isə əmək haqları ödənilməyib.

“Mən 2013-cü il oktyabrın ikinci ongünlüyündə “Avesta Konserni” MMC-nin baş ofisində işə qəbul olunmuşam. Əmək müqaviləsində əmək haqqım 200 manat qeyd olunub, amma tutduğum vəzifə düzgün qeyd edilməyib. Əmək müqaviləsinin ikinci nüsxəsi mənə təqdim olunmayıb. Mən vitse-prezident yardımçısı, Maliyyə Departamentində təchizatçılarla iş bölməsində təchizatçıların mühasibat hesabatının təqdim olunması işi ilə məşğul olmuşam. 2014-cü il iyulun 1-də Maliyyə Departamentində mühasib vəzifəsinə təyin edilmişəm. Əmək haqqı 250 manat olub. 2015-ci il aprelin 10-da şəxsi istəyimlə işdən azad olunmuşam. 2015-ci il üçün əmək haqqımın cüzi bir hissəsini ala bilmişəm”, - o qeyd edib.

S. Sadıqovanın sözlərinə görə, 2015-ci ilin yanvarından şirkətdə əmək haqları gecikdirilməyə başlayıb.

“Avesta Konserni” MMC-nin rəsmi İnternet saytında göstərilən telefonlara cavab verən olmayıb.
[media=https://www.youtube.com/watch?v=aFyRwUt-pC0]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru