Generalın qardaşı haqqında mənfi rəy formalaşır ŞİKAYƏT VAR

4-06-2015, 15:37           
Generalın qardaşı haqqında mənfi rəy formalaşır ŞİKAYƏT VAR
Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovla bağlı ən yüksək dairələrdə təftiş başlayıb. GUNDEMİNFO.AZ-a verilən məlumata əsasən icra başçısının yeni turizm mövsümündə rayondakı bütün turizm obyektlərinə əl qoyub. Məlumatlara əsasən qardaşı Respublika Baş Dövlət Yol Polisinin rəisi olan Tofiq Zeynalov bir neçə iri çinli məmura istirahət mərkəzləri və villalar inşa etdirib. Rayondakı mənbələr bildirir ki, general Ramiz Zeynalov həftənin şənbə və bazar günlərini Tovuzun «Əsirlik» deyilən ərazisində ovda və istirahətdə keçirir. Tofiq Zeynalovun rayondakı bütün səfalı yerlərdə istirahət mərkəzləri inşa etdirdiyi, digər sahibkarlara isə təzyiq göstərdiyi söylənilir.

Bildirilir ki, son zamanlar icra başçısından Bakıya edilən şikayətlərin həcmi kifayət qədər artıb. Hazırda müvafiq olaraq dövlət qurumlarında T.Zeynalovun məmurların etik davranış qaydaları və qəbul edilmiş bir sıra normativ-hüquqi aktların tələblərini pozduğu aşkar edilib. Belə ki, icra başçısının təlimat və tələblərə uyğun olaraq vətəndaşlara keçirməli olduğu qəbul günləri hər dəfə bəlli olmayan səbəblərdən ertələnir.

Məlumatlarda həmçinin bildirilir ki, Tofiq Zeynalovun vətəndaşların qəbulundan yayınması ilə bağlı Bakıdan sorğular göndərilib. Dövlət başçısının dəfələrlə çıxışlarında tələb etdiyi nüansların icra başçısı tərəfindən icra edilməməsi yerli ictimayyətin də narazılığına səbəb olub.

Bundan başqa Tovuzda kartof plantasiyalarında da sahibkar-fermerlər ciddi problemlərlə üzləşiblər. Onlar subsidiyaların, kənd təsərrüfatı texnikalarının əldə edilməsi üçün dövlət tərəfindən tanınmış güzəşt hüquqlarından istifadə edə bilmirlər. Fermerlər təsərrüfatlarının suvarılması problemindən də şikayətçidirlər. Amman ə faydası…

Onların şikayətlərini dinləyən belə yoxdu. GUNDEMİNFO.AZ-a müraciət edən fermerlər qarşılaşdıqları problemlərlə bağlı olaraq İcra Hakimiyyətinə dəfələrlə müraciət etsələr də nəticəsi olmayıb. Məlumatlara görə, çarəsiz qalan fermer-sahibkarlar Bakıya şikayətlərini ünvanlamağa başlayıblar.

Yaxın günlərdə Tovuz rayonundakı sosial problemlərlə bağlı olaraq yazılarımızı təqdim edəcəyik. Qarşı tərəfin də mövqeyini dinlməyə hazırıq. Bizi izləyin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.