DYP şefi bu təfəkkürləmi Avropa Oyunlarına tədarük görür?

4-06-2015, 20:33           
DYP şefi bu təfəkkürləmi Avropa Oyunlarına tədarük görür?
Azərbaycan çühüm bir tədbirin ərəfəsindədir. Elə bir tədbir ki, bununla dövlətimiz həm də beynəlxalq aləm qarşısında imtahan vermiş olacaq... Bir dövlət olaraq. Elə buna görə də, təkcə dövlət qurumları olaraq yox, həm də bir vətəndaş olaraq bu sınaqdan üzüağ çıxmağa məsuluq.

Diqqət yetiribsinizsə, son günlər Dövlət Yol Polisi yollarda hərəkətə tam nəzarətin formalaşdırılması üşün ciddi çaba sərf edir. Təqdirəlayiqdir. Amma...

Amması odur ki, əgər bu gün DYP başdan-başa korrupsiyalaşıbsa və hətta DYP-nin Avropa Oyunları səbəbindən cilovlamağa çalışdığı sürücülər sürücülük hüququnu SATIN ALMA imkanına malikdirsə, biz hansısa normal mənzərədən danışa bilmərik.

Elə DİA.AZ-a daxil olan son informasiyada da məhz DYP-dəki GİZLİ-AŞKAR "PRAVA" BİZNESİndən danışılır...

Vətəndaşlar Baş Dövlət Yol Polisi İdarəsinin Dövlət İmtahan Şöbəsindən narazılıq edirlər. Dia.az-a şikayət edən vətəndaşlar sürücülük vəsiqəsinin rüşvət vermədən alınması üçün süni maneələr yaradıldığını deyirlər. Şikayətçilər bildirir ki, kompyuterlə test imtahanına əvvəlcədən 8-9 yüz manat rüşvət vermək lazımdır:

"Sonra isə həmin adamların sənədlərinə xüsusi işarə qoyulur, imtahan vaxtı iki polkovnik-leytenant rütbəli məsul şəxslər onları əvvəlcədən ayrılan nömrələnmiş komyuterlərin arxasında oturdurlar. Hamıda olduğu kimi rüşvət verınlərdə də 10 sual olmasına abxmayaraq, proqram onların qarşısına 4 yox, məhz bir - düz cavabı çıxarır. Beləcə, imtahan vermək asanlaşır".

"Yezda" adlanan sürücülük imtahanında isə 50-150 manat arası rüşvət verilməli olduğu deyilir. Bildirilir ki. vəsiqənin qısa müddətdə, bir neçə günə alınması isə 50-10 manat arası "şirinliyə" başa gəlir.

İndi özünüz qərar verin. Bu şəkildə yollara buraxılan sürücüləri hansı distiplinə tabe etdirmək olar...

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.