ATV-də inanılmaz olaylar: - milyonluq villalar, kadr təyinatlarının pərdəarxası...
4-06-2015, 21:44
ATV telekanalında baş verənlərlə bağlı Mia.az-a zəngin iddialarla bağlı məktub daxil olub. Məktub Asif Eyvazlı adlı birinin adı ilə göndərilib.
Son aylar ATV ilə bağlı mətbuatda xeyli dartışmalı mövzular yazıldığından, habelə, burada yer alan bəzi məqamların həm sosial şəbəklərdə, həm də bəzi saytlarda verildiyini nəzərə alıb, dərc etmək qərarına gəldik. Bəribaşdan bəyan edirk, bizim ATV və onun rəhbərliyinə, əməkdaşlarına qarşı hər hansı qərəzimiz yoxdur. Və onların da mövqeyini məmnuniyyətlə yaymağa hazırıq.
Beləliklə, məktubda əxlaqdankənar hissələri və digər məqamları ixtisar etməklə, təqdim edirik:
****
...ATV xəbərlər departamentinin baş redaktoru Məqsəd Nur (Burada Məqsəd Nur haqqında çox ilginc iddialar yer alıb- Mia.az). Ancaq Vüqar Qaradağlı yumşalaraq onu işdən qovmur. Bəli, ATV prezidenti başqa cür hərəkət edə bilməzdi, çünki baş redaktor Məqsəd Nuru bu vəzifəyə özü təyin etmişdi, necə deyərlər ”kişi tüpürdüyünü yalamaz!" məsəlini əsas gətirərərək onu tele-kanaldan kənarlaşdırmır.
Ölkə başçısı cənab İlham Əliyev jurnalistlərə ev verərkən ATV prezidenti ATV-dən yalnız televiziyada vur-tut 1(bir) il iş stajı olan Məqsəd Nurun adını yazaraq dövlətə yalan məlumat verərərək bu başbəlası baş redaktorun evə ehtiyacı olduğunu bildirmişdi. Hərçənd Məqsəd Nurun Mərdəkandakı üç mərtəbəli villası, Bakıda isə iki yerdə mənzili vardı, halbuki ATV-də illərlə külüng vuran bir çox işçinin mənzilə kəskin ehtiyacı vardı. Bu ATV prezidenti Vüqar Qaradağlının bir bağışlanmaz səhvidir.
Keçək digər faktlara!
Mediyanın hər zaman diqqətində olan, hətta MTRŞ-in rəhbəri Nuşirəvan Məhərrəmlinin belə qarşısında aciz qaldığı reytinqlər! Misir ehramlarının sirri qədər müəmmalı və sirli!
Dəlil-sübutu, isbatı olmayan mifik-mistik faiz göstəriciləri olan reytinq cədvəli. Nə baxış sayı, nə də faiz nöqteyi-nəzərdən heç bir əsası olmayan müəmmalı, sual dolu bir yalançı televerilişlər siyahısını isə ATV prezidenti V.Qaradağlıdan başqa kimsənin bilmədiyi aşikardı.
Qaradağlının vitse-prezident vəzifəsində çalışdırdığı uşaqlıq dostu -Yaşar İsmayılov!!!
Bu adamın hansı sahə üzrə vitse-prezident olmasını heç kim bilmirdi. Çox yüksək maaş və əlbəttə, ATV binasının birinci mərtətbəsində yerləşən yeməkxananın vitse-prezident Yaşar İsmayılov tərəfindən idarə olunaraq telekanal işçilərinə restoran qiymətinə nahar və şam yeməyinə satdığı yeməklər və burdan əldə olunan külli miqdarda pul bir baş vitse prezident Yaşar İsmayılovun cibinə axırdı. ATV-nin vitse prezidenti-Yaşar İsmayılovun bir neçə ay içində əldə etdiyi bir neçə bahalı xarici avtomobil, torpaq sahələri, yeni tikili binada əldə olunan iki mənzil bu adamın ATV-də hansı məqsədlərlə işlədiyinə bariz nümunədir....
Vüqar Qaradağlıdan gizli əldə olunan pullar üzə çıxır və ATVnin birinci mərtəbəsində yerləşən yeməkxana vitse-prezident Yaşar İsmayılovdan alınır və daha münasib qiymətə Vüqar Qaradağlının qaynı - Rauf Dadaşovun qohumuna satılir....
Bununla da V.Qaradağlının üşaqlıq dostu vitse-prezident Yaşar İsmayılovu guya ki, məzuniyyətə göndərilmiş adam kimi telekanaldan uzaqlaşdırılır.
Bu da ATV prezidenti Vüqar Qaradağlının kadr siyasətində ətrfına yaxın bilib vitse-prezident vəzifəsinə təyin etdiyi dostu ilə əlaqali daha bir bağışlanmaz səhvi.
Az öncə Atvnin radiolar üzrə vitse-prezidenti Arzu Cəfərova efirə gizli gedən reklam çarxlarından əldə olunan 100.000 manat pulu mənimsədiyi bəlli olur. Günahı öz boynundan atmaqdan ötrü vitse-prezident Arzu Cəfərova bir gecənin içində icraçı direktor vəzifəsində çalışan Teymur Əliyevi işdən çıxartdiraraq bu cinayətdən özünü sığortalayır. Vitse-prezident vəzifəsində çalışdığı bu müddət ərzində bu qadının özünə və 106 FM radiosunda prodüser işləyən oğluna əldə etdiyi bahalı xarici avtomobillər, torpaq sahələri, Novxanıda qohumunun adına hiyləgərcə tikdirdiyi üç mərtəbəli malikanə, xarici ölkələrə həftə sonu etdiyi səyahətlər, gecə-gündüz kef məclisləri havayı qazanılan pullardan xəbər verir. Bunlardan ATV prezidenti Vüqar Qaradağlı xəbərdar olsa da o öz vitse prezident təyin etdiyi Arzu Cəfərovanı işindən azad etmir, çünki bu qadını bu vəzifəyə Qaradağlı özü təyin etmişdir! Həm 106 FM, həm də 106.3FM radiolarına darğalıq (başçılıq) edən bu qadının musiqidən, efir formatından başı çıxmadığı isə acı bir faktdir!!!
...Vitse prezident Arzu Cəfərova bir zamanlar Vüqar Qaradağlı ilə Lider kanalında bərabər işləmişdir.
Bu da ATV prezidenti Vüqar Qaradağlının kadr siyasətində etdiyi növbəti bağışlanmaz səhvi!!!
Ştatda olan və olmayan-xüsusi siyahiya əsasən maaş alanlar isə V.Qaradağlının özəl himayəsindədir, bu isə vergidən yayınmaqçun əlverişli vasitədir.Vəzifəsi, işi bəlli olmayan 10-larla şəxslər V.Qaradağlı sayəsində ATV şirkətindən heç bir iş görmədən yüksək ödənişli maaş alır.
Bir az da keçmişə qayıtsaq, ATV efirində Zaur Baxşəliyevin tele hoqqalarını xatırlamış olarıq. Efirə verilən əxlaqsız kadrlar, veriliş vaxtı canlı yayımda söylənilən küçə söyüşü, xalq artistinin adına yaraşmayan nəlayiq ifadəsi - bunlar hamısı ATV prezidenti Vüqar Qaradağlının səriştəsizliyinin, qaynı-vitse prezident Rauf Dadaşovun televiziya işindən xəbərdar olmamasının göstəricisidir. Özünü ölkənin qayğıkeş, mərhəmətli, cəfakeş aparıcısı kimi qələmə verən Zaur Baxşəliyevin sanki eyhamla ölkədə səhiyyənin, xəstəxanaların vətəndaşlara qarşı etinasız münasibətini vurğulamaqla, güç strukturlarının etinasızlığını verilişində oturtduğu vəkilinin yardımı ilə həll etməsi, öz səlahiyyətlərinin güclü olduğunu göstərərək sanki mələk cildinə girib "xeyirxah” missiyasını yetirmiş olur. Sadə, qara camaatın hər gün ATV həyətinin qapisina yığışaraq göz yaşları içində hönkürərək elimizin bu "cəfakeş” oğlundan rəhim, qayğı, imdad istəməsi - Zaur Baxşəliyevin mələk cildinə girib, bu zavallı adamların acısı-ağrısı üzərində reytinq qurması və bunun V.Qaradağlı tərəfindən yüksək qiymətləndirilməsi, əlbəttə, birmənalı qarşılanmır. Həmin verilişdə sponsorlardan qucaq-qucaq axan pullardan Qaradağlının gözündə bu əzablara düçar olmuş adamlar heç görünmür.
Vüqar Qaradağlı ATV-yə rəhbər təyin olunanda vədlər verdi, ATV-ni ORT-yə, NTV-yə bənzədəcəyini bəyan etdi...bu gün isə kanal demək olar ki, çökmək üzrədir.
Səbəbi???
Qaradağlı 3(üç)il bundan öncə tele kanala prezident təyin olunan kimi bütün köhnə peşəkar işçiləri müxtəlif səbəblər göstərməklə kanaldan uzaqlaşdırdı. İllərini tele-radio şirkətin inkişafına həsr etmiş neçə-neçə professional işçi tutulmuş xüsusi QARA SİYAHIYA əsasən işdən qovuldu!
Yerinə isə keçmişi kriminal olan, adı qalmaqallarda hallanan, radio-televiziya işindən bixəbər, savadsız kadrlar yerləşdirildi. Orta savadı belə olmayan, 8 (səkkiz)illik natamam orta təhsilli adamlar telekanala yiyə durdular! Bunlar Vüqar Qaradağlının əhatəsi, dostları idi.
...Vitse-prezident Rauf Dadaşov qeyri-peşəkarlığı, səriştəsizliyi, savadsızlığıyla teleefiri üzdəniraq müğənniciklərə, eyni tipli-səviyyəsiz verilişlərə, dünya görüşü 0 (sıfır) olan aparıcılara, reytinq naminə efir məkanının sirk meydançasına çevirən ucuz şoulara-şpaqat oturan, efirdə tüpürən, mənəviyyatsızlığı təbliğ edən, ən sonda isə ”bu bir film idi, bir şey idi, külək idi, ötdü getdi” -deyən MƏTANƏTLƏRƏ, ZAURLARA, TOLİKLƏRƏ, hələ üstəlik də bu yaxınlarda efirə aparıcı qismində, dövlət strukturlarıyla saysız skandallar yaşamış qadın müğənni Rəqsanəyə, toyxanalardan tutub gətirdiyi operatorlara, bir zamanlar ilk olaraq "Lider" kanalında yayımlanmış FORD BOYARD verilişinə qurban verdi. Ford Boyard verilişini isə ATV kanalında yayimlamaq - V.Qaradağlı üçün çirkli pulların yuyulmasında ən yaxşı vasitə idi. Uğursuz ailə dramlarını, boşanmaları, hansısa bölgəmizdə baş vermiş zorakılığı, mənəviyyatsızlığı, hərbə-zorbanı nümayiş etdirməklə tamaşaçı auditoriyasını kütləşməyə dögru sürükləyib reytinq qazanaraq sponsorların gözünə soxub pul qazanmaq yox, elə həmin o auditoriyanı maarifləndirməyə, əxlaqa, saf ailə münasibətlərinə bağlamaq lazımdır.
Azərbaycanda gedən sürətli inkişaf, siyasət, səhiyyə, təhsil, iqtisadiyyat, sosial həyatda baş verən yeniliklərin təbliğatı əvəzinə insanları deqradasiyaya, geriliyə qapayan ucuz, dar düşüncəli şou verilişlər, seriallar ilə beyinləri kütləşdirən ATV verilişləri baş alıb getməkdədir.
Daha sonra isə Vüqar Qaradağlı internet saytlarına müsahibə verərərək ”tamaşaçı özü-özünə gülür, ona nə maraqlıdırsa, onu göstərirəm. Tamaşaçıya intellekt yox-elə bu cür verilişlər lazımdir” - deyərək səviyyəli, intellektual, müasirliyimizi, ölkədə gedən inkişafı tərənnüm edən verilişlər etmək niyyətində olmadığını vurğuladı.
Bir neçə gün öncə Publika.az saytına verdiyi müsahibəsində peşəkar, professional kadr çatışmazlığından bəhs edərək kadr qitlığından şikayətləndi. Vüqar Qaradağlı, çox heyflər olsun ki, bizim institut və universitetlərimizdə televiziya işçiləri hazırlanmır, axı siz də ATV-yə prezident təyin olunanda ATV məktəbi açacaqdınız, yeni-yeni simalar görəcəkdik! Bəs nə oldu??? Həmişə vurğuladınız ki, əsl televizyonşik ailəsində böyümüsünüz.Niyə heç kəsi yetişdirmədiniz???
Bəyənmədiyiniz qonşu kanalların işdən qovulmuş tör-töküntülərini efirə çixartdınız, onlar da sizin üzünüzü belə ”AĞ ELƏDİLƏR!”
SƏBƏBİ???
ATV həyətinə ilk dəfə taksi ilə girən Vüqar Qaradağlı indi 5 (beş) bahalı xarici avtomobilin sahibidir. Vəzifəyə gəldiyi gündən bir az keçmiş heç kəsin tanımadığı Gültəkin adlı qızı - dünya miqyaslı amerikalı meqaulduz Rihannanın Bakıda Kristal Hall-da verdiyi konsertdə onunla bir səhnəni bölüşməsi,Qaradağlının Bodrumda 5000000 (5 milyon) dollara əldə etdiyi malikanəsi, qızı Gültəkin Qaradağlının ABŞ-da Nyu-Yorkdaki ali təhsilinin neçə il öncə edilmiş ödənişləri, həmçinin qızı Gültəkin üçün ABŞ-da Nyu-Yorkun ən dəbdəbəli məhəlləsində aldığı mənzili, ən bahalı moda markalarından orda olunan saysız alış-verişlər, daha sonra alınan bu bahalı fəşn moda geyimlərinin instaqram səhifəsində Gültəkinin ”İ LOVE FASHİON” adı altında şərhi, Madonna, Lady Gaga, Cennifer Lopez kimi dünya ulduzlarının menecerlərini çox baha qiymətə kirayələyərək onlarla yeni albom çıxartmaq üçün qurulmuş iş birliyi, bu albomun üz qabığının ABŞ-da yox-Almaniyada xüsusi qrafika ilə çıxardılması, ATV-də reklamlardan, sponsorlardan axan pullar - ATV prezidenti Vüqar Qaradağlının sərvətinin sərhədsiz olmasından xəbər verir!!!
Ayda iki dəfə reklam şöbəsinin rəhbəri Sergey adlı şəxsin pul dolu çanta ilə ATV-yə gəlməsini isə biz dəfələrlə bildirmişik, amma tədbir görülməyib. Bağışlayın -unutduq ki, bizdə bir para hadisələrə iş-işdən keçdikdən sonra diqqət yetirilir - necə ki 19 may tarixində 16 mərtəbəli binanın külə dönməsindən sonra yaranan halı nəzərə alsaq - ATV-də də hazırkı durum heç də ürək açan deyil və bunu siz tele-radio efirdən açıq-aydin görə bilirsiniz.
Amma nə vaxtadək!
Xoşqədəm Hidayətqızının skandalla işdən uzaqlaşdırılması, onu hətta ATV-yə prezidentliyə belə "iddialı” olmaqda günahlandırmaq ən azından bir atalar sözünü xatirladır - "Xain xoflu olar!”.
6 (altı) sponsoru olan, hər ay ATV kanalına 300.000 (üç yüz min) manat gəlir gətirən veriliş ”Səni axtarıram”ı bağlamaqla Vüqar Qaradağlı bir sıra qaranlıq məqamlara daha qara (ya da başqa rəngdə) kölgə saldı...Zaur Baxşəliyev Xoşqədəm Hidayət qızının yerini tutmalı idi - bu ATV prezidenti Vüqar Qaradağlının müəmmalı qərarı idi.Hərçənd hər şey bəlli idi...Qapisindan, divarından, pəncərəsindən pul tökülən ATV-də isə son skandal Mətanətin "ağıllı” kəlamı oldu ki, ölkə mediası, ictimaiyyət buna sərt reaksiya verərərək biganə qala bilmədi.16 mərtəbəli binada facəvi bir şəkildə həlak olmuş insanlara qarşı bu cür laqeyd, amansız münasibət ölkə vətəndaşını lərzəyə gətirdi. Amma ATV prezidenti Vüqar Qaradağlı Mətanəti müdafiə etməklə qalmaqallı aparıcının fikirləri ilə həmrəy olduğunu açıqca bildirdi.
Ölkə başçısı cənab İlham Əliyevin bu faciənin Avropa oyunlarından da önəmli olduğunu ifadə etdiyi bir an - ATV prezidenti Vüqar Qaradağlının belə subyektiv mövqe tutması - bizi onun siyasi baxışlarına bir daha şübhə ilə yanaşmağa çağırır.
Bu faktları ATV kanalı fəaliyyətə başladığı ilk gündən-17 il orda çalışan 106FM radiosunun dj-i Yusif Ağayevdən də soruşmaq istədik, amma, onu gördüm deyən olmadı. Sonradan xəbər tutduq ki,o zavallının bütün iş saatları, səlahiyyətləri, vəzifəsi əlindən alınaraq ATV-həyətinə yalnız axşam 1(bir) saatlıq gəlmək hüququ verilib. Bu cür iş fəaliyyəti yəqin Vüqar Qaradağlının "özəl” əmək məcəllisində yazılıb. Amma bildiyimiz qədər bir neçə il bundan öncə ölkə başçısı cənab İlham Əliyev müstəsna işinə görə Yusif Ağayevi "Tərəqqi" medalına layiq bilmişdir.
Qaradağlı, nəsə ”Ögey ana” filmindəki bir səhnəni xatırladıq, taxta hasarı rəngləyən İsmayılı cırnatmaq üçün 1 oğlan mahni oxyurdu:
Çox döyürdün özünə sən,
Yol çəkməyə gedəcəksən
Baş tutmadı arzun,İsmayiiiiiiillll.
"Ögey ana” filmini nahaq yerə xatırlamadıq, çünki ATV sənə heç vaxt doğma olmayıb-ögey olub - "ÖGEY RƏHBƏR...!”.
Elə buna görə də rəhbərlik etdiyin kanal inkişafa yox, deqradasiyaya uğradı. Hər halda fakt göz qabağındadır!