İbad Hüseynov müraciət yaydı və ağır cavabını aldı FOTO və VİDEOLAR

4-06-2015, 23:43           
Saytların birində şəhid və qazilərin haqqına girmək istəyən, saxtakarlıq edən bəzi puldan boll və dildən, əldən iti adamlar bir müraciət dərc ediblər.
Biz Melkonyan məsələsi barədə dəfələrlə yazmışıq. Onun kim tərəfindən vurulduğu tam sübuta yetirildi. Bunu aşağıdakı videolarda siz şahid ola bilərsiniz.
Mən burda artıq kimin Melkonyanı öldürdüyü haqqında yazmaq istəmirəm. Çünki bütün dəqiq məlumatlar mediada verilib. Bu artıq sübut olunmuş faktdır. Belədə aşağıdakı videoda hər şey sübut olunur.
Sadəcə saytların birində İbad Hüseynovun adından yayımlanmış bu savadsız yazını sizlərin nəzərinə çatdırmaq istəyirəm. Yazını yazanın və bu sözləri deyənin nəzərinə çatdırmaq istəyirəm ki, aftomat yox avtomat, plamiyot pulemyot, qıranatamiyot yox qranatamyot və qumbaraatan.
Birdə biz düşmənlə vuruşmuşuq, amma qulaq kəsməmişik! Nə edib etməməyinlə isə öyünməyə dəyməz. Birinci qoy başqaları desinlər sən necə döyüşmüsən. ( Xocavənd rayonu , Qaradağlı kəndinin camaatının dediklərini hər halda eşitməmiş olmazsan.Onlar sənin necə döyüşdyünü görmədiklərini deyirlər. Bilməyənlər üçün deyim ki, ən ağır döyüşlər bu kənddə olub və ən çox şəhid Qaradağlı kəndi verib.)
Əgər bu yazı olmasa idi mən heç yazmayacaqdım. Birdə yadda saxla biz qazilər heç kimin dalınca danışmamışıq, nə fikirləşmişik, nə biliriksə hamısını açıq aydın yazmışıq. Bizə yalandan kimisə öldürmək və ya başını kəsən lazım deyil. Axı onu onsuzda oğullarımız cəhənnəmə vasil etmişdilər.
Monte Melkonyanı cəhənnəmə vasil edən oğlanın adı şəhid ASİF MÜTƏLLİMOV və 258 PDM-in üzvləridirlər!
İbad tərəfindən deyilən və hansısa jurnalistin qələmə aldığı müraciəti sizə təqdim edirik!


İbad Hüseynov: Şüphə edənlər gedib Melkonyanın qəbrini qazıb baxa bilərlər
AnXəbər.com məlumat verir ki, "Azərbaycan Bayrağı" ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri İbad Hüseynov facebook səhifəsində döyüşçü yoldaşlarına səslənib.Qeyd edək ki, bir müddət öncə mətbuatda “erməni terrorçusu Monte Melkonyanı İbad Hüseynov öldürməyib” başlıqlı yazılar verilmişdi. “Deyəsən bu sosial şəbəkələr bəzilər üçün istədiklərini yazmaq şansı verib. O bəzilərinə deyirəm mənim döyüş yolum monte melkonyanla kifayətlənmir. Mən 21-yaşımda ermənilərin ən ağır postların və qərargahlarını dağdaraq 12-böyük rütbəli ermənini öldürdüm Onları içində biri sağ qalmışdı onunda qulaqını kəsdim, silahlarımızın yox vaxtında 7-ədəd aftomat plamiyot və qıranatamiyot gətirib hərbi hissəmizə təhvil verdim. Bunu ermənilər özləri də təstiq edirlər. Sizlərə deyirəm şəxsən 100-dən çox erməni öldürdüm, çoxunun silahını hərbi hissəyə təhvil verdim. Dəfələrlə kəşfiyyat əməliyyatları keçirərək ermənilərin texnikası hərəkət edən yollarını minalayıb məhv etdim. O zaman bölgənin rəhbəri mənim qardaşım, Xocavəndin icra başçısı Eyvaz Hüseynov idi. Əslində bu sözləri o deməli idi. O da qardaşı olduğum üçün deyə bilmir. Qaldı melkonyana mən melkonyanı diz çökürdüb yalvardaraq başın və sağ qolunu kəsib gətirib hərbi hissə komandanlığına təhvil vermişəm. Şüphə edənlər gedib melkonyanın qəbrini qazıb baxa bilərlər. Yox bunu bacara bilmirlərsə gəlsinlər mən başa salım necə yıxıb diz çökürdüb yalvartdım və başını kəsdim. Həm də necə döyüşürdüm onunda sirrini öyrədim. Bu mənim nömrəm (050) 223 56 43 Mənim yanımda canlı şahidlər 12-azərbaycanlı oğlu vardı,bu gündə yaşayırlar. Onları oradan ermənilərin içindən sağ salamat çıxartmaq özü bir möcüzə idi. Bu gün mən özüm də inana bilmirəm ki, onları necə sağ salamat çıxara bildim. Əsl döyüşmüş, vətənpərvər oğullar bir birinin arxasınca yazmaz Bu bəzi xaincəsinə yazanlar ki, var onlar
döyüş zamanlarıda döyüşlərə mane olanlardi, erməni gəldi qaç deyənlərdir bu gün də birliyimizə, gücümüzə mane olanlardır!”



[media=https://www.youtube.com/watch?v=l7EopoGKu6Y]
[media=https://www.youtube.com/watch?v=USCfyIETmqk]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.