Binəqədi şefinin pullarını bölüşdürənlərin şok - SİYAHISI

11-06-2015, 11:01           
Binəqədi şefinin pullarını bölüşdürənlərin şok - SİYAHISI
Binəqədi İcra Hakimiyyətində dövlətin pulları kimlər arasında necə bölünür?!

Binəqədi rayon icra başçısı pulsayanlarını müəyyənləşdirib. Xaləddin İsgəndərov icra hakimiyyətinə gələn pulların vəsaitlərin hesablanması və bölünməsi üçün xüsusi adamlar təyin edib.

Bu barədə TİA.AZ-a mötəbər qaynaqdan verilən xəbərdə iddia olunur ki, icra başçısı 15 nəfərin ölümü ilə nəticələnən bina yanğını faciəsindən sonra yenidən öz fəaliyyətinə qayıdıb. X.İsgəndərov təyin etdiyi adamlarla pulların bölüşdürülməsi işini həyata keçirir.

Mənbə iddia edir ki, Gənclər və idman idarəsinə, rayon təhsilinə və uşaq bağçalarına ayrılan maliyyə vəsaitlərinə başçının müavini Aygün Əliyeva nəzarət edir. Dövlət və partiya tərəfindən ayrılan maliyyə vəsaiti ancaq Aygün Əliyevanın nəzarəti ilə xərclənə bilər.
Məsələn, rayon Gənclər və idman idarəsinə ayrılan vəsaitin 70% rayon icra hakimiyyətinin balansına keçirilməlidir. Qalan 30% isə rayonda aidiyyatı üzrə tədbirlər təşkil olunmalıdır. YAP-nın rəhbərliyi tərəfindən Binəqədi rayon YAP təşkilatına ayrılan vəsaitin isə 75% rayon icra hakimiyyətinin balansına keçirilməlidir.

YAP Binəqədi Rayon təşkilatı sədri Ramiz Göyuşov, Rayon gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov, RİH-nin şöbə müdiri Nuridə Allahyarova isə bu məsələdə köməkçiləri rolunda çıxış edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru