Deputat fermerləri necə talayır

12-06-2015, 00:36           
Deputat fermerləri necə talayır
Bu ilin I rübündə Minsk Traktor Zavodu Azərbaycana 272 təkərli traktor göndərib. Onlar zavod qiymətindən iki dəfə baha satılır. Belarus Statistika Komitəsinin məlumatına görə, Azərbaycan $5 mln. 50.1 min məbləğində və ya 1 ədədi $18 min 567-dan texnika alıb. Bu ilin I rübündə Azərbaycan gömrüyündən 266 «Belarus» traktoru keçib. Onların biri $21 min 863-a sənədləşdirilib. «Aqrolizinq» ASC bu texnikanı fermerlərə 35 min 700 manata satıb.
Hökumətin qərarına əsasən, fermerlər texnikanı lizinqlə alanda qiymətinin 20 faizini beh kimi ödəməlidir. Texnikanın qiymətinin 40 faizini dövlət ödəyir və fermer bir neçə il ərzində «Aqrolizinq» ASC ilə hesablaşır. 2013-cü ildə Azərbaycan Belarusdan 1168 ($24 mln. 247.4 min),2014-cü ildə 1028 ($27 mln. 235.7 min) təkərli traktor alıb. Belarusdan traktoru «Gəncə Avtomobil zavodu» alır. Traktorlar orda yığılır. Sonra Gəncə zavodu bu texnikanı fermerlərə lizinqə satmaq üçün «Aqrolizinq» ASC-yə verir.
Bildirək ki, bu günə kimi adıçəkilən zavodda direktor, deputat olduqdan sonra isə İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışan Xanlar Fətiyev buranı şəxsi qazanc mənbəyinə çevirməyi bacarıb. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırma zamanı məlum olub ki, deputatın ilk “əl işi” isə Sovetlər dönəmindən bu zavoda miras qalmış maddi-texniki bazanı tamamilə dağıtmaq olduş. Alqı-satqı məsələsində peşəkar olan deputatın demək olar ki, əsas qabiliyyəti Gəncə Avtomobil Zavodunun 35 ha ərazisinin ucdantutma məhlə yeri kimi satılması zamanı üzə çıxıb. Zavodun 2004-cü ildən bəri fəaliyyətinə nəzər salsaq aşkarlanar ki, adı Gəncə Avtomobil Zavodu olsa da bu zavod yalnız “OKA” , “UAZ” ,”MAZ”, eyni zamanda Belarus istehsalı olan traktorları yığıb satmaqla məşğuldur. Bu günə kimi ayrılan külli miqdarda investisiyaya baxmayaraq müəssisə müstəqil olaraq heç bir maşın növü istehsal edə bilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.