Qaradağı viran qoyan icra başçısının komandasında kimlәr var? ­ Araşdırma

15-03-2017, 08:17           
Qaradağı viran qoyan icra başçısının komandasında kimlәr var? ­ Araşdırma
Süleyman Mikayılovun sayәsindә Ümbakı, Qızıldaş, Korgöz, Puta, Şonqar Suriya cәhәnnәminә çevrilib, başçı müavinlәri vә qәsәbәlәrin icra nümayәndәlәri әlbir olub Әhaliyә günәşir su verilir, yollar müharibә meydanına çevrilib, bәzi qәsәbәlәrin mәktәb, bağçası vә marşrutu yoxdur, yollar dağılıb; fәrdi ev tikintisindә isә şıdırğı rüşvәt yığımı var Bakının әn böyük rayonlarından biri olan Qaradağ sosial problemlәr mәngәnәsindә boğulur. Bu barәdә yerli sakinlәrin “Gündәm¬Xәbәr”ә verdiyi әn son mәlumata görә, yollar bәrbad gündәdir. Ümbakıya (Çeyildağ) getmәk tam problemdir, Qızıldaşa gedәn yol isә dağılmış gündәdir. Bu, 5 qәsәbәnin yoludur, amma güclә gedilir. Bu qәsәbәlәrdә marşrut problemi var. O da hәllini tapmayıb. Qızıldaşa vә başqa qәsәbәlәrә su verilişindә ciddi problem var, su günәşir verilir. Qızıldaşda, Şonqarda baxça vә mәktәb yoxdur. Qızıldaş, Korgöz, Puta qәsәbәlәrindә dә bağça yoxdur. Bütün qәsәbәlәrdә daxili yollar bәrbad gündәdir, yağış yağanda palçıqdan getmәk olmur. Kanalizasiya çox qәsәbәdә yoxdur. Fәrdi ev tikintisinә imkan vermirlәr, ciddi problem yaradırlar. Bu problemlәr heç dә qısa şәkildә izah olunmaqla bitmir. Qaradağın icra başçısı Süleyman Mikayılov, müavinlәri Emil Abbasov vә Elnur Qurbanov, meydan sulayırlar. Xüsusәn dә fәrdi ev tikintisindә şıdırğı rüşvәt olduğu xәbәr verilir. Puta qәsәbә nümayәndәsi İsa Gözәlov, Korgöz qәsәbә nümayәndәsi Zaur Mәmmәdov, Qızıldaş qәsәbә nümayәndәsi İlham Yusifov, Çeyildağ qәsәbә nümayәndәsi Akif Cavadov icra başçısının komandasında yer alır vә onların әlindәn heç bir vәtәndaş daşı daş üstünә qoya bilmir. “Gündәm¬Xәbәr”in verdiyi mәlumata görә, bu qәsәbәlәrin mәrkәzdәn xeyli uzaq olması da icra başçısı vә mәmur ordusunun işinә yarayıb. Çünki mәrkәzә şikayәtlәr gec çatır, poçt xidmәti nәzarәtdәdir, onların harayına yetişmәk vә medianın bu ucqar yaşayış massivlәrinә getmәk imkanları mәhduddur. O baxımdan Qaradağda әhalinin gününü qara edәn yerli mәmurların özbaşınalığı sәrhәd tanımır. Süleyman Mikayılovun rayona rәhbәrlik etdiyi müddәtdә Lökbatan qәsәbәsi sosai cәhәtdәn iflic vәziyyәtә düşüb. Qәsәbәdaxili vә qәsәbәarası yollar dağıdılıb, uzun müddәt tәmir olunmadığı üçün gediş¬gәliş çәtinlәşib. Rayonu mәrkәzini qәsәbәlәrlә birlәşdirәn yollar tam yararsız vәziyyәtdәdir. Süleyman Mikayılov yalnız iş adamlarına mәxsus obyektlәri sökәrәk onların yerindә özünә obyekt tikdirir. Tәkcә Lökbatan qәsәbәsindә belә üsulla 5 obyekt tikilib. Qaradağ rayon icra hakimiyyәtinin başçısı Süleyman Mikayılov karxanalar üzәrindә öz payı olan ciddi fiqurdur. Onun adından bu işlәri Qaradağ rayon Mәnzil Kommunal Tәsәrrüfat Birliyinin rәisi Rasim Әhmәdov hәyata keçirir. Xәbәrә görә, Rasim Әhmәdov bir ay әrzindә karxanalardan icra başçısının adı altında tәxminәn 120¬150 min manata yaxın pul yığır. Onu da bildirәk ki, ümumiyyәtlә, Süleyman Mikayılovun müxtәlif sahәlәr üzәrә peşәkarlaşmış pulyığanları var. Vә illәrdir ki, rayon belә idarә olunur. Hesablama Palatası Qaradağ RİH¬nin fәaliyyәtini tәftiş etsә, xeyli sayda nöqsanlar aşkarlaya bilәr. Bununla belә, Süleyman Mikayılovun "hasarlama siyasi” isә nisbәtәn tәqdirәlayidir. Rayonun bütün eybәcәrliklәrini ustalıqla gizlәtmәyi bacaran icra başçısı büdcәdәn ayrılan milyonlarla manatı bu sahәyә yönәltmәkdә xәsislik etmir. Tәkcә ötәn il mәcburi köçkünlәrin mәskunlaşdığı yaşayış massivindә yardımçı vә tәsәrrüfat mәqsәdli tikililәrin qarşısında 3 000 kv.metr istinad divarı hörülәrәk gizlәdilib. Halbuki hәmin vәsait köçkünlәrin hәyat şәraitinin yaxşılaşdırılmasına ayrılsaydı, gizlәtmәyә ehtiyac qalmazdı.. “Gündәm-Xәbәr”in verdiyi mәlumata görә, S.Mikayılov 7 ildir rayonu şәxsi seyrangahına çevirib. Onun әlindәn burdan bir quş da uça bilmir. Bütün nöqtәlәrә, әrazilәrә әl qoyub. Qaradağ rayon icra hakimiyyәtinin başçısı Süleyman Mikayılov yeni iddiaya düşüb. İcra başçısı postunu özü üçün çox kiçik vәzifә sayan "Çakır” lәqәbli icra başçısının gözlәri indi daha yüksәklәrdәdir, indi o Dövlәt Gömrük Komitәsinin sәdri vәzifәsinә gәlmәk üçün dәridәn¬qabıqdan çıxır. Bәzi mәtbu orqanlar xәbәr verir ki, Süleyman Mikayılov artıq bu yöndә әmәli fәaliyyәtә dә keçib. DGK rәhbәri Aydın Әliyevin "vurulacağına” inanan icra başçısı indi bütün әlaqәlәrini işә salaraq onun kreslosuna әylәşmәyә can atır. Bununla bağlı bir neçә dәfә himayәdarına söz eşitdirәn icra başçısına ümidverici cavab verilmәsә dә Süleyman Mikayılov bu istiqamәtindәki fәallığını azaltmayıb. S. Mikayılov yaxın әtrafına gec¬tez mәqsәdinә nail olacağını söylәyib. “Gündәm¬Xәbәr”in verdiyi mәlumata görә, Süleyman Surxay oğlu Mikayılov 1962¬ci ildә aprelin 27¬dә anadan olub. 1979¬cu ildә Naxçıvan şәhәr 2 saylı orta mәktәbini, 1984¬cü ildә Azәrbaycan Dövlәt Bәdәn Tәrbiyәsi İnstitutunu, 2004¬cü ildә isә Bakı Dövlәt Universitetinin Hüquq fakültәsini bitirib. 1979¬cu ildә Naxçıvan şәhәr Uşaq idman mәktәbindә mәşqçi kimi әmәk fәaliyyәtinә başlayıb. 1984¬1994¬cü illәrdә Naxçıvan şәhәr orta ixtisas musiqi mәktәbindә bәdәn tәrbiyәsi rәhbәri, 1994¬1995¬ci illәrdә «Sәma» kiçik müәssisәsinin direktoru işlәyib. 1995¬1999¬cu illәrdә Bakı Baş Gömrük İdarәsinin Qaçaqmalçılıq vә Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizә şöbәsinin rәisi, idarә rәisinin birinci müavini, idәrәnin rәisi vәzifәlәrindә çalışıb. 1999¬2001¬ci ildә Dövlәt Gömrük Komitәsinin İşlәr İdarәsi rәisinin müavini, bir müddәt Vergilәr Nazirliyinin Operativ Nәzarәt İdarәsinin rәisi işlәyib. 2005¬ci ildә Yardımlı Rayon İcra Hakimiyyәtinin başçısı, 2005¬2010¬cu illәrdә isә Lәnkәran Şәhәr İcra Hakimiyyәtinin başçısı vәzifәlәrindә çalışıb. Azәrbaycan Respublikası Prezidentinin 4 mart 2010¬cu il tarixli Sәrәncamı ilә Bakı şәhәri Qaradağ Rayon İcra Hakimiyyәtinin başçısı tәyin edilib. Abadlıq vә quruculuq işlәrinә ciddi vaxt ayırması ilә diqqәt çәkir. 2003¬cü ildәn Azәrbaycan Respublikası Boks Federasiyasının vitse prezidentidir. Ailәlidir, iki övladı var. “Gündәm¬Xәbәr” qeyd edir ki, ümumiyyәtlә, Qaradağ rayonu paytaxtın qanunsuz tikililәrә rәvac verilmәsi, yaşıllıqların qırılması, vәtәndaşların mülkiyyәt hüquqlarının pozulması vә digәr bu kimi problemlәrin çoxluğu ilә seçilәn әrazilәrindәndir. Bu kimi mәmurlar üçün nә әtraf mühit, nә tәbiәt, nә dә insan hәyatı heç bir dәyәr kәsb etmir. Onların әsas hәyat prinsiplәri yalnız özlәrinin istәnilәn vasitәlәrlә daha çox qazanc әldә etmәlәrinә xidmәt edir. Bir müddәt әvvәl xәbәr yayıldı ki, Süleyman Mikayılov tәzә bina tikib. Nәticәdә ağaclar mәhv olunub. Qaradağ rayonunda ticarәt üçün әlverişli olan әrazilәrdәki binaların birinci mәrtәbәsindәki evlәrin eyvanları sonradan artırılıb. Artırılan hәmin eyvanlar isә hazırda ticarәt obyektlәri kimi fәaliyyәt göstәrir. Aparılan araşdırmalar nәticәsindә isә ortaya maraqlı faktlar çıxıb. İlk növbәdә mәlum olub ki, hәmin artırmalar tamamilә qeyriqanuni olaraq hәyata keçiriliblәr. Bu sadәcә olaraq Qaradağ RİH başçısı Süleyman Mikayılovun әlavә gәlir qaynaqlarından biridir. Bu işin mexanizmi isә olduqca sadәdir. Eyvanını artırmaq istәyәn şәxs Qaradağ RİH¬in müvafiq şöbәsinә müraciәt edir. Tәlәb olunan mәblәğ ödәnildikdәn sonra “artırmanın” tikintisi başlanır vә tez bir zamanda sona çatdırılır. Bundan sonra prosesin ikinci mәrhәlәsi başlayır. İndi vәtәndaş artırılmış hәmin eyvandan küçәyә çıxış açmaq vә buranı ticarәt obyekti kimi işlәtmәk istәyirsә, yenidәn RİH¬in müvafiq qurumlarına müraciәt etmәlidir. Aydın mәsәlәdir ki, bu әmәliyyatlar Qaradağ RİH¬nin rәhbәrliyinә milyonlar qazandırır. Bunun әziyyәtini isә sadә rayon sakinlәri çәkir. Neçә ildir ki, bu әmәliyyatlar davam etdirilir. Nәticәdә rayonun arxitektur mәnzәrәsi acınacaqlı vәziyyәtә gәlib. “Gündәm¬Xәbәr” xatırladır ki, bununla bağlı rayon sakinlәri dәfәlәrlә hәm mәtbuata, hәm dә müvafiq dövlәt qurumlarına çoxsaylı müraciәtlәr ünvanlasalar da bütün bunların nәzәrәçarpacaq faydası olmayıb. Üstәlik, Süleyman Mikayılovun Lәnkәrandakı obyektlәrinin siyahısı da mәtbuatda açıqlanıb. S.Mikayılov Lәnkәranda rәhbәr olduğu dövrdә tikdirdiyi restoran vә mağazalar hәlә dә onun nәzarәtindәdir. Qaradağ rayonuna tәyinat aldıqdan sonra Mikayılovun cәnub bölgәsindәki biznesi әlindәn çıxmayıb. Hazırda Lәnkәranın girişindә yerlәşәn restoranın icra başçısına mәxsus olduğu deyilir. "Xan Lәnkәran” adlı hәmin restoran hәlә dә Mikayılovun şәxsi biznesinә daxildir. Hәmçinin, Heydәr Әliyev meydanının qarşısında tikilәn aptek, geyim vә digәr iaşә obyektlәrin dә S.Mikayılova aid olduğu iddia edilir. Cәnub zonasındakı biznesindәn möhkәm yapışan icra başçısı bu rayonda yaşıllıqların mәhvi ilә ad çıxarmışdı. Qaradağa gәldiyi ilk vaxtlarda da tәbiәtә qәnim kәsilmiş S.Mikayılov kәsilәn ağacların yerindә müxtәlif xidmәtlәr göstәrәn mağazaların tikilmәsini çox sevir. Mәlumata görә, Lәnkәranda onun biznesinә dәyib¬dolaşan da olmayıb. Onu da deyәk ki son 5 il müddәtindә Süleyman Mikayılov orta mәktәblәrә satdığı vә keyfiyyәti hәddindәn artıq aşağı olan bәrk inventarlar sayәsindә külli miqdarda gәlirlәr әldә edib. Yazıda sәslәnәn ittihamlar vı bu iddialarla bağlı adı keçәn tәrәflәrin mövqeyini dәrc etmәyә hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.