Abdin Fәrzәliyevin sәkkiz milyonluq “haqqhesab”ının müәmmalı taleyi

15-03-2017, 08:25           

Amma, adları çәkilәn vәzifә sahiblәrinin bu cür әmәllәrә qol qoymaları bir daha onu söylәmәyә әsas verir ki, onlar bu gün dә ölkә rәhbәrinin vermiş olduğu tapşırıqlara açıq¬aydın “meydan oxumaq”dadırlar Son vaxtlar bәzi media qurumlarında gündәmi zәbt edәn mövzulardan biri dә, 2012¬ci ildәn 2016¬cı ilin fevral ayına qәdәr olan dövr әrzindә Nәrimanov rayon İcra Hakimiyyәtinin başçısı Abdin Fәrzәliyevin, Az. Gözdәn Әlillәr Cәmiyyәtinin sәdri Sәmyar Abdullayevin, Bakı şәhәr İcra Hakimiyyәti Aparatının rәhbәri Rasim Quliyevin vә adı çәkilәn rayonda vaxtilә vәzifә sahibi olan bir neçә şәxsin, hәtta heç bir vәzifә sahibi olmayanların әlbir olaraq, tәqribәn 160 nәfәrә yaxın şәxsә mәnzil verәcәklәri adı ilә aldatmalarıdır. Yәqin ki, әlaqәdar dövlәt orqanları ilә bәrabәr bir çox vәzifә sahibi olan şәxslәr, hәtta ictimaiyyәt nümayәndәlәri dә yaşanan problemin mahiyyәti haqda, bu günәdәk lazımi mәlumatları әldә ediblәr. “Gündәm Xәbәr” olaraq hәlә ötәn saylarımızda belә bir mövzuya toxunub, problemin mahiyyәtini çoxsaylı oxucularımızın vә rәsmi dövlәt orqanlarının diqqәtinә dә çatdırmışdıq. Dәrc olunan açıqlamalarda onu da qeyd etmişdik ki, adları hallanan vәzifә sahiblәrinin 160 nәfәri müәyyәn yollarla aldatmaları vә bunun nәticәsi olaraq 8 (sәkkiz) milyon pulu әlә keçirmәlәri, olduqca böyük bir cinayәt hadisәsidir. Baxmayaraq ki, ölkә rәhbәri hansı şәxsi rәhbәr vәzifәyә tәyin edirsә “gedin әhali ilә işlәmәyi bacarın, sakinlәrin problemlәri ilә mәşğul olun” deyә lazımi tapşırıqlarını da verir. Amma, adları çәkilәn vәzifә sahiblәrinin bu cür әmәllәrә qol qoymaları bir daha onu söylәmәyә әsas verir ki, onlar bu gün dә ölkә rәhbәrinin vermiş olduğu tapşırıqlara açıq¬aydın “meydan oxumaq”dadırlar. Bütün bunlara baxmayaraq tәkrar bu mövzuya qayıtmağa qәrar verdik ki, problemin mahiyyәti haqda mәlumatı olmayan hәr kәs, baş verәnlәrdәn daha әtraflı xәbәrdar ola bilsinlәr. Belә ki, 2012¬ci ildәn başlayaraq Az.GӘC¬nin balansında olan әrazidә, yәni Bakı şәhәri, Nәrimanov rayonu, F.Yusifov küçәsi¬40 ünvanında gözdәn әlil olanlara 12 mәrtәbәli 132 mәnzilli yaşayış evinin tikintisinә başlanılır. Hәmin vaxtdan adları hallanan şәxslәr “Gözdәn әlillәrin fiziki cәhәtdәn sağlam insanlardan tәcrid edilmәmәsi vә onların cәmiyyәtә inteqrasiyasına kömәklik göstәrilmәsi” adı altında, ölkәmizin müxtәlif regionlarından olan 160 nәfәrә yaxın sakini aldatmağa başlayırlar. Aldadılan şәxslәrә bildirilir ki, “inşa olunacaq binanın 1¬ci, 2¬ci, 3¬ cü vә 4¬cü mәrtәbәlәri gözdәn әlillәrә, yuxarı mәrtәbәlәri isә, aztәminatlı ailәlәrә verilәcәk”. Onu da vurğulayaq ki, vәzifә sahibi olanlar әvvәlcә 160 nәfәri әvvәl qeydiyyatda olduqları ünvanlardan qeydiyyatdan çıxarır vә rayonun F.X.Xoyski küçәsi, 123A ünvanında yerlәşәn Az.GӘC¬yә mәxsus yataqxanaya verilmiş arayışlar әsasında qeydiyyata alırlar. Hәtta sakinlәr yataqxanaya qeydiyyata alınarkәn, yataqxanadakı otaqların ümumi ölçüsünün nә qәdәr olmasına belә mәhәl qoyulmur. Atılan belә bir addımlardan sonra sakinlәrin mәnzil növbәliliyinә götürülmәklәri barәdә nәinki tәlәb olunan sәnәdlәr, hәtta әrizәlәri belә olmadan, yalnız şәxsiyyәt vәsiqәsi әsasında sәrәncamlar verilir vә vә sosial vәziyyәtlәri ağır olan insanlardan pulların alınması, mәhz Mәzahir Nәsibov adlı şәxsә hәvalә olunur. Belә bir yolla da, ötәn illәr әrzindә sakinlәrdәn üst¬üstә 8 (sәkkiz) milyon pul da ala bilirlәr. Daha bir faciә o odur ki, mәnzil növbәliliyinә götürülmәlәri barәdә verilmiş qanunsuz sәrәncamlardan sonrakı tarixlәrdә, mәmurlar tәrәfindәn sәrәncamların әsası olaraq kütlәvi saxta dövlәt sәnәdlәri hazırlanmış, o cümlәdәn әlil olmayan şәxslәr qanunsuz olaraq әlil kimi dә göstәrilmişlәr. Bundan әlavә, sakinlәrin mәnzil növbәlәrinә götürülmәlәri haqda verilmiş sәrәncamlarla, onların әsaslarını tәşkil edәn sәnәdlәr arasında kütlәvi uyğunsuzluq halları da olmuşdur. Belә ki, imtiyazı olmayan şәxslәr Bakı şәhәrindә mәnzil növbәsinә götürülәrkәn 7 (yeddi) il daimi qeydiyyat müddәti tәlәb olunduğu halda, böyük bir cinayәtә imza atan şәxslәr isә, qanunun belә bir tәlәbinә heç cür әmәl etmәmişlәr. Yәni, adları hallanan vәzifә sahiblәri aldadılan şәxslәri “tezbazar” bir¬beş gün müddәtindә mәnzil növbәsinә götürürlәr. Belә az müddәtdә mәnzil növbәsinә götürülmәk isә, qanunvericilikdә imtiyazlı vәtәndaşlara (o cümlәdәn әlillәrә) şamil olunur. Bu cür qanunsuzluqlara qol qoyanların әmәllәri sanki “Piramida” formasında olur vә әlә keçirilәn “haqq¬hesab”ların daha çoxu, mәhz “Piramida”nın zirvәsindә duran şәxslәr tәrәfindәn әlә keçirilir. Ümumilikdә götürdükdә adları çәkilәn vәzifә sahiblәrinin belә bir әmәllәrә qol qoymalarında başlıca mәqsәd, mәhz külli miqdarda “haqq¬hesab”ı әlә keçirmәk olub. Baş verәnlәri tәhlil etdikdә isә onu da müәyyәn etmәk olur ki, bu cür әmәl sahiblәri böyük bir “korrupsiya cinayәti”nә imza atmışlar vә 160 nәfәrә yaxın sakini dә çıxılmaz duruma salmışlar. Xoşagәlmәz hal odur ki, baş verәn olaylarla bağlı “Gündәm Xәbәr”in ötәn saylarında bir neçә dәfә açıqlama dәrc edib, aidiyyәti qurumlara müraciәtlәr etsәk dә, ötәn müddәt әrzindә hәr hansı әsaslı cavab әldә edә bilmәmişik. Yalnız bir neçә instansiyadan әldә etdiyimiz cavablar o olub ki, “problemin araşdırılması üçün ünvanladığınız mәktub Baş Prokurorluğa göndәrilmişdir” deyә cavab verilib. Baş Prokurorluqdan isә, aparılmış vә yaxud da aparılması nәzәrdә tutulmuş addımlarla bağlı heç bir cavab verilmir. Digәr diqqәti cәlb edәn olaylardan biri isә, olmazın duruma salınan şikayәtçi sakinlәrdәn bәzilәrinin bir neçә gün bundan әvvәl Bakı şәhәr Baş Polis İdarәsinә dәvәt olunmaları vә onlara adı çәkilәn qurumda etinasız yanaşmanın varlığıdır. Belә ki, şikayәtçi sakinlәr “Gündәm Xәbәr”in әmәkdaşına bildirirlәr ki, “düzdür, bizi BŞBPݬnә dәvәt etdilәr, amma lazımınca dinlәmәdilәr. Elә ki, adı çәkilәn qurumun sәlahiyyәtlisi ayaqüstü etdiyimiz söhbәt zamanı dәqiqlәşdirә bildi ki, şikayәtin motivini Nәrimanov rayon İcra Hakimiyyәtinin başçısı Abdin Fәrzәliyevin, Az. Gözdәn Әlillәr Cәmiyyәtinin sәdri Sәmyar Abdullayevin, Bakı şәhәr İcra Hakimiyyәti Aparatının rәhbәri vәzifәsini daşıyan Rasim Quliyevin vә adı çәkilәn rayonda vaxtilә vәzifә sahibi olan bir neçә nәfәr şәxsin, hәtta heç bir vәzifә sahibi olmayanların әlbir olaraq 160 nәfәrә yaxın sakini aldatmaları durur, o halda hәmin şәxsin cavabı o oldu ki, “problemlә bağlı Nәrimanov RPݬdә cinayәt işi açılıb, indi siz gedin, lazım gәlәrsә dәvәt edәcәyik” demәklә, problemin varlığına bu cür yanaşmasını ortaya qoydu. Biz dә çoxdan xәbәrdarıq ki, tәqribәn doqquz ay bundan әvvәl Nәrimanov RPݬdә başlanan cinayәt işi, sırf baş verәn olayla bağlı deyil, yalnız Mәzahir Nәsibov adlı şәxsin dәlәduzluq әmәllәrinә qol qoyması ilә bağlı açılıb. Hal¬hazırda xaricdә yaşayan vә bәzi xәbәr portallarına canlı açıqlamalarını danışan Mәzahir Nәsibov bildirir ki, “bәli, sadalanan olaylar hәqiqәtdir vә mәn dә vaxtilә oynanılan oyunların oyunçusu olmuşam. Günahım ondadır ki, mәn adları hallanan vәzifә sahiblәrinin tapşırıqları әsasında hәrәkәt etmişәm vә çoxsaylı imkansız sakinlәrdәn pulları alıb da, hәmin şәxslәrә çatdırmışam”. Bu cür açıqlamalar onu söylәmәyә әsas verir ki, cinayәt işi Mәzahir Nәsibovla deyil, әslindә onu belә bir yollara tәhrik edәnlәrlә bağlı açılmalıdır”. Şikayәtçi sakinlәrin bu cür açıqlamalarını dinlәdikcә o qәnaәtә dә gәlirik ki, 160 nәfәrә yaxın sakini olmazın dәrdә salan vәzifә sahiblәr ilә bağlı, artıq әmәli addımlar atılmasının zamanı çatıb. Düşündürücü hal odur ki, belә bir addımlar hansısa şәxs vә ya şәxslәr tәrәfindәn atılardısa, atılan addımlara müәyyәn mәnada don da geyindirmәk olardı. Amma, Nәrimanov rayonuna rәhbәrlik edәn bir şәxsdәn vә digәr vәzifә sahibi olanlardan bu cür addımların atılması, sanki hәr kәsi şoka salacaq addımlardır. Bu gün gәldiyimiz qәnaәt isә ondan ibarәtdir ki, yaşanan olay ictimailәşdikcә aidiyyәti qurumların, xüsusilә dә ölkә rәhbәri cәnab İlham Әliyevin, birinci vitse¬prezident Mehriban xanım Әliyevanın vә digәr sәlahiyyәt sahiblәrinin problemlә bağlı yanaşmalarında ümidverici anlar baş verәcәk. Çünki, bir neçә vәzifә sahibinin atdıqları bu cür iyrәnc әmәllәr, nәinki 160 nәfәrә yaxın şәxsin içgüzar nüfuzuna, hәtta dövlәtimizin nüfuzuna da müәyyәn mәnada xәlәl gәtirәn addımlardır. Onu da vurğulayaq ki, baş verәnlәrlә bağlı şikayәtçi sakinlәrin 500¬dәn çox әrizә vә müraciәtlәri Azәrbaycan Respublikasının Prezidentinә, Mehriban xanım Әliyevaya, Milli Mәclisinin rәhbәrliyinә vә onun müvafiq struktur bölmәlәrinә, deputat blokunun hәr bir üzvünә, ali vә yüksәk sәviyyәli müvafiq icra vә hüquqmühafizә orqanlarının rәhbәrlәrinә, onların müvafiq struktur bölmәlәrinә, Prezident Administrasiyasının, Baş Prokurorluğun, Milli Mәslisin qarşısında keçirdiklәri qısamüddәtli mәdәni piketlәrә, Prezident Administrasiyasının müvafiq qurumlarının, Bakı şәhәr İcra Hakimiyyәti başçısının qәbullarında olmalarına baxmayaraq, bu gün dә hakimiyyәtdә tәmsil olunan dövlәt mәmurlarının bir¬biri ilә sıx әlaqәdә olmaları, bu günә qәdәr acınacaqlı korrupsiya faktı barәsindә hәr hansı tәdbirin görülmәsinә imkan vermәmişdir. Әksinә qanunsuz әmәllәri ilә fәaliyyәt göstәrәn vә yuxarıda adları çәkilәn mәmurlara yüksәk sәviyyәli dövlәt mәmurları tәrәfindәn şәbәkә halında himayәdarlıq olunduğundan, sosial vәziyyәtlәri ağır olan sakinlәrin pullları üzәrindә baş vermiş mütәşәkkül korrupsiya vә dәlәduzluq әmәllәrinә göz yumulur, sanki sakinlәrә qarşı şәr¬böhtan kompaniyası da tәşkil olunur. Problemin varlığını diqqәtdә saxlayacağıq. Araşdırmalarımız davam edәcәk. Açıqlamada adı çәkilәn hәr kәsin mövqeyini dinlәyә bilәrik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.