Beyləqanda Xaqani Hüseynovla Anar Vəliyev icra başçısına “haqq“ verir?

22-03-2017, 11:49           
Beyləqanda Xaqani Hüseynovla Anar Vəliyev icra başçısına “haqq“ verir?
Dövlət Sosial Müdafiə Fondunun Beyləqan şöbəsinin müdiri Xaqani Hüseynovla rayon ƏSMM-nin müdiri Anar Vəliyev arasında münasibətlər gərginləşir.




Bu barədə AzMedia.info-ya Beyləqandan məlumat verilib.

Məlumat verən mənbə
bildirir ki, hətta bir neçə gün əvvəl onların arasında mübahisə yaranıb. Buna səbəb
isə Xaqani Hüseynovun DSMF-nin şöbə müdiri olmaq üçün 40 min dollar xərcləməsidir.
Mənbə bildirir ki, o, bunun üçün DSMF-nin aparat rəhbəri Şahin Quliyevə 25,
Beyləqanın icra başçısı Vaqif Abdullayevə 15 min dollar verib. Vasitəçi isə
Anar Vəliyev olub. Şöbə müdiri olmaq üçün tələb olunan pulu Parabankın Beyləqan
filialından götürən Xaqani Hüsyenov indi problemlə üzləşib. Dolların məzənnəsi
qalxdıqca ödənişləri artan şöbə müdiri krediti ödəyə bilmir. Anar Vəliyevlə
Xaqani Hüsyenov arasındakı narazılığın başqa bir səbəbi birincinin onun işlərinə
müdaxilə etməsidi.




ƏSMM müdiri keçmiş iş
yeri olan DSMF-ni şəxsi mülkü kimi idarə edir. Anar Vəliyev keçmiş iş yerində
nüfuzunu saxlamaqla yanaşı, həm də bir çox işlərə birbaşa nəzarət edir. Rayon vətəndaşlarına
qanunsuz yollarla pensiya düzəltməklə ad çıxaran Anar Vəliyev köhnə işlərindən əl
çəkmir. Çünki onun arxasında DSMF-nin aparat rəhbəri Şahin Quliyev dayanır. Bu
həmin Şahin Quliyevdir ki, Beyləqan DSMF-nin şöbə müdiri işləyən zamanı adı bir
çox qalmaqallara qarışıb, bir çox qanunsuz işlərdə hallanıb. İndi isə Anar Vəliyevə
yüksək səviyyədə dəstək verir.




Xaqani Hüseynov bankdan götürdüyü kredityi verə
bilmədiyi üçün Anar Vəliyevdən onun işlərinə qarışmamağı tələb edib. Onu da
qeyd edək ki, Anar Vəliyev bir çox məclislərdə Beyləqanın icra başçısı Vaqif
Abdullayevə hər ay 2 min manat haqq verdiyini açıq şəkildə dilinə gətirir. Hətta
Vaqif Abdullayevə "dayım" deyən mərkəz müdiri 2 min manatın icra
başçısı üçün xırda bir vəsait olduğunu bildirir.




Beyləqan ƏSMM müdirinin dediklərindən belə
çıxır ki, icra başçısı Vaqif Abdullayev daha böyük pullar qazanır və ciddi
korrupsionerdi. Eyni iddialarla Xaqani Hüseynov da çıxış edir. Onun sözlərinə
görə, hər ay başçıya 2 min manat haqq verir. Üstəlik, hər iki məmur vəzifəyə təyin
olunarkən Vaqif Abdullayevə 20 min manat rüşvət verdiklərini də dilə gətirirlər.
teref.az olaraq adları çəkilən hər bir şəxsin fikirlərini işıqlandıra bilərik!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.