İş adamından sensasion iddia : ” SOCAR-la çalışan bir firma Aslan İsmayılova maliyyə yardımı edir”

23-03-2017, 22:47           
İş adamından sensasion iddia : ” SOCAR-la çalışan bir firma Aslan İsmayılova maliyyə yardımı edir”
13 mart tarixində “Xəmsə” MMC-nin direktoru Mürvət Həsənli “Xəmsə Club”da media mənsubları qarşısında mətbuat konfransı keçirdi. İş adamı bildirib ki, konfransı keçirməkdə başlıca məqsədi Türkiyəli iş adamı, “Emre Piliç” şirkətinin direktoru Ömür Oral və onun nümayəndəsi, hüquqşünas Aslan İsmayılovun 10 mart tarixdə keçirdikləri mətbuat konfransında onun ünvanına səsləndirdikləri ittihamları cavablandırmaqdır. Keçirilən konfrans barədə mediada geniş məlumat verilib. Azinforum.az Mürvət Həsənli tərəfindən həmin səsləndirilən maraqlı detal ətrafında araşdırma aparmaq qərarına gəlib. İş adamə hazırda onunla mübarizə aparan Aslan İsmayılovun maliyyə qaynağı haqda sensasion açıqlama verib və Aslan İsmayılova maliyyələşməsində SOCAR-ın rolunun olduğunu qeyd edib:
“ Aslan deyir ki, dənizdə neftçilərin həlak olması korrupsiya ilə bağlıdır. Hansısa dəirələrin təmirə ayırdığı pullar zamanında çatdırılmayıb. O pullar sənə çatır da! Mən bilirəm axı sənin arxanda Neft Şirkətində çalışan kim durur! O pulu sənə çatdırırlar! Mən bilirəm sənə kim pul verir. SOCAR-la çalışan bir firma Aslan İsmayılova maliyyə yardım edir. Telefon danışıqları araşdırılmalıdır. Bu ittihamın arxasında dururam. Qoy dövlət görsün ki, Aslanı danışdıran, arxasında duran kimdir. Tam dəqiqləşdirmə aparılandan sonra mən bunu açıqlayacağam”.
Mürvət Həsənli SOCAR-la sıx əlaqəli olan həmin adamın adını çəkməyib. Qeyd edək ki, SOCAR-la çalışan bütün firmaların vasitəsilə külli miqdarda pul dövr edir. Radikal müxalif mövqeli bir şəxsin həmin dairə tərəfindən maliyyələşməsi faktı təsdiqini taparsa, bu heç də nəzərdə tutulan şəxs üçün yaxşı gələcək vəd etməyəcək.
Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
RadikalNews.Info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru