Vidadi İsayevin fəaliyyəti Bərdə sahibkarlarını ayağa qaldırdı
28-03-2017, 00:25

Tədbir görülməzsə rayonda özəl sektor tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzədir
Dövlət başçısının müvafiq göstərişlərinə əsasən ölkədə sahibkarlığın inkişafı üçün hərtərəfli şəraitin yaradılması üçün tədbirlər görülür. Dünyada baş verən son iqtisadi proseslər, böhrandandan sonra ölkənin daha az itkilərə məruz qalması, iş yerlərinin açılması üçün özəl sektorun inkişafı labüddür. Dövlət orqanlarının, məmurların özəl sektora müdaxiləsinin qarşısının alınması barədə də prezidentin sərt tapşırıqları var.
Prezident İlham Əliyev bütün çıxış və nitqlərində qeyd edir ki, ölkəmizin inkişafı sahibkarlığın inkişaf etdirilməsinə bağlıdır. Sahibkarlığın inkişafı ilə bağlı ölkə başçısı tərəfindən imzalanan sərəncam və fərmanlar, görülən tədbirlər, həyata keçirilən işlərin səmərəliliyi və intensivliyi bunun əyani sübutudur.
Lakin, özlərini qanunlardan, şəxsi maraqlarını dövlət maraqlarından daha üstün sananlar çıxışlarında yürüdülən siyasi xəttə sadiqlikdən danışsalar da, əməli fəaliyyətləri ilə bunun tam əksini göstərirlər. Bərdə rayonunda sahibkarlara divan tutulması, onların fəaliyyətinin iflic hala salınması bu qəbildəndir.
Məlumatda göstərilir ki, icra başçısı Vidadi İsayev və ətrafındakı şəxslər artıq rayonda özəl sektoru məhv olmaq təhlükəsi ilə üz-üzə qoyublar. 2011-ci ildən Bərdəyə rəhbərlik edən V. İsayev bu müddət ərzində rayonu sosial-iqtisadi problemlər girdabında boğur. 6 il ərzində rayonun inkişafı üçün ayrılmış milyonlarla manat vəsaitin taleyi qaranlıq qalsa da Bərdədə görülən az-çox təmir-tikinti işlərinin bütün ağırlığı yerli sahibkarların üzərinə düşüb. Bu gün də özəl sektorda çalışan iş adamları ən çox incidilən, maddi baxımdan talan olunan şəxslərdir.
Rubrika.az bildirir ki, verilən xəbərlərə əsasən Bərdə rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün iş adamları ( stomatoloq , kafe-çayxana, avtomobil təmiri sexləri, fotoqraf və digər fəaliyyətlə məşğul olanlar) yenidən dəhşətli təqiblərə məruz qalıblar. Bildirilir ki, Bərdə rayon icra hakimiyyətinin məsul işçiləri Zaur Bəylərov və Eldəniz adlı digər əməkdaş həmin obyektlərə şəxsən gələrək rayon rəhbərinin tapşırığı əsasında həmin iş yerləri bağlaylblar. Rayonda fəaliyyəti dayandırılan obyektlərin sayı təxminən 70 yaxındır. Məlumatlara əsasən tapşırıq ondan ibarət olub ki , nəyin hesabına olursa olsun hər obıyekt sahibi 3000 min manat pul ödəməlidirlər. Əks halda obiyekt bağlı olaraq saxlanılacaq. İş adamları təhdid olunaraq onlara bildirilib ki, sizə qanun pozuntusu tapmaq çox asan məsələdir. Həmin iş yerlərinin sahibləri hər ay dövlətə vergi ödəmələrinə baxmayaraq bu yağmalamanın nəyə görə aparıldığını başa düşmürlər.(rubrika.az)
Rayon sahibkarları dövlət başçısı İlham Əliyevdən, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevadan kömək istəyirlər. Onlar artıq mövcud şərtlər əsasında fəaliyyət göstərməyin qeyri-mümkün olduğunu bildirirlər. Bərdədə baş verənlər regionların sosial-iqtisadi inkişafı proqramına, sahibkarlığa dövlət qayğısı siyasətinə birbaşa zərbədir .rubrika.az//
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az