Şirvan İcra Başcısı görmürmü- yoxsa görür özünü görməməzliyə vurur

3-06-2017, 09:24           

Şirvan şəhər İcra başçısı Mərdan Camalovun şəhər səkilərinə hansı maraq üzündən üzlük üstündən üzlük döşətdirməsi artıq hamıya aydındır. Dəfələrlə bir çox saytlarda Şirvan şəhərində içtimai nəqliyyat üçün nəzərdə tutulmuş dayanacağın ev alqı-satqı məntəqəsinə çevirməsi barədə yazılar işıqlandırılsada cənab M. Camalov hələ ki bu halı görməməzlikdən gəlir. Dayanacağın hansı müəmmalı səbəb və ya maraq üzündən ofis olunması ilə maraqlansaqda şəhər İcra Hakimiyyətiundən hələ ki cavab ala bilməmişik. Şəhər sakinlərinin bildirdiyinə görə yağışlı havalarda şəhər konalizasiyalarının dolub daşması, küçələrin üfunətli sulardan keçilməz olmasınada şəhər aidiyyatı qurumları biganə yanaşırlar. Bundan əlavə Şirvan şəhəri deməl olar ki, bir çox bölgələrimizdən elektirik enerjisinə qənaət etməsi ilə seçilir. Belə ki şəhər kücələrinin işıqlandırılması saat 12-00 radələrindən başa çatır. Yəni saat on iki dən sonra şəhərə fanarla çıxmaq məsləhətdir. Bu yaxınlarda Şəhərdə xüsusi əhəmiyyətli dövlət tədbirinin keçirilməsi gözlənilir. Bu tədbir üçün şəhər meriyası demək olar ki gücləndirilmiş rejimə keçib. Küçə zolaqlasrının yenilənməsi, şəhərin səliqə səhmanına salınması heç də bəzi çirkinlikləri ört basdır etmir. Belə çirkinliklərdən bir foto faktı sizlərə təqdim edirik...
vetenperverler.az/
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləyə biolərik!
teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.