Gəncə Dövlət Universitetində dava düşüb
4-06-2017, 16:08

Gəncə Dövlət Universitetinin Fizika fakültəsinin koridoru əlbəyaxa döyüş səhnəsinə şahid oldu.Belə ki,Yusif Yusibovun ən yaxın adamlarından biri olan Elxan İsmayılov müavini olduğu fakültə dekanı Muğan Quliyevi bir yumruqla yerə sərdi.Buna səbəb Muğan Quliyevin rektorluq uğrunda mübarizəsi olub.Muğan Quliyevə bu işdə yəni rektor olmaq işində Teymur İsmayılov və Prezident Aparatında işləyən yaxın qohumu köməklik edir.Teymur İsmayılov , Həsənbala Sadıqov və digərləri universitetin tanınmış professorları və bir qrup müəllim kollektivi tərəfindən Yusif Yusifovu ifşa edəcək faktları Prezidentə göndəriblər.Universitetin birinci prorektoru Fəxrəddin Məmmədov da Muğan Quliyevin tərəfindədir.Biz yaxın vaxtlarda Muğan Quliyevlə Fəxrəddin Məmmədovun səs yazilarini Sizə göndərəcəyik.Dəqiqləşdirilmiş məlumatlara ğörə Muğan Quliyevin sənədləri artıq Prezidentə təqdim olunub.Yaxın gunlərdə bu barədə fərman gözlənilir.Bundan duyuq düşən rektor öz əlaltısı olan Elxan İsmayılovu Muğan Quliyevə qarşı qaldırıb.Bu işlərdə yaxşı təsrübəsi olan Elxan İsmayılov isə müavini olmasına baxmayaraq mübahisə zəminində öz dekanına yumruq atıb.Hadisə axşam saat 18.00-da baş verib.Bu iş vaxtıın sonlarında baş verdiyi üçün binada çox az adam olub.Onları binada işləyən texniki işçilər ayırdı.Muğan Quliyevin isə hadisənin ört-basdır edilməsi üçün həmin işcilərə müəyyən məbləğdə pul verdiyini gördük.
Xalqxeber.Az
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verə bilərik!
teref.az