Nazirə ağız açıb... - Mer olması üçün!

22-02-2018, 21:07           
Nazirə ağız açıb... - Mer olması üçün!
Son günlər gedəcəyi haqda müxtəlif KİV-lərdə məlumatlar yayılan Qaradağln icra hakimiyyətinin başçısı ilə bağlı DİA.AZ-a ilginc bir məlumat ötürülüb. Belə ki, bilgili qaynaqlardan ötürülən informasiyaya görə, Süleyman Mikayılov Bakı şəhər İH başçısı postuna təyin oluna bilməsi üçün əsas himayədarına - Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ağız açıb.

Mənbənin dia.az-a söylədikləri: "Gəzən söhbətlərə görə, qarşıdan gələn prezident seçkilərinin ardından Hacıbala Abutalıbov da görəvindən alınacaq. Onun yerinə isə hazırda Səbail rayonuna rəhbərlik edən Eldar Əzizovun təyin olunma ehtimalları olduqca yüksəkdir. Bu arada isə Süleyman Mikayılov Bakı meri ola bilməsi üçün qollarını çırmayıb və bu işdə əsas dəstəkçisi ola biləcək FHN şefindən yardım istəyib".

Mənbə iddia edir ki, hazırda Heyədorvun durumu münasib olduğundan Mikayılovun arzularının gerçəkləşmə faizləri heç də sıfıra bərabər deyil. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru