Bərdə icra başçısı Vidadi İsayev rayonu talayır - ŞİKAYƏT
27-08-2015, 12:39
Son günlər Bərdə rayonunda qaçqın və məcburi köçkünlərlə bağlı narazılıq dolu xəbərlər yerli mediada kütləvi halda yayılmaqdadır. Bərdə rayonunda məskunlaşmış məcburi köçkünlər Bakıya qədər etirazlarını ifadə etmək üçün gəlmək istəyirlər. Məlumatlara əsasən Bərdədə məskunlaşan məcburi köçkünlər su, yol və mənzil problemlərinin illərdir ki, yığılıb qalması səbəbindən narazılıqlarını ifadə edirlər. Yerli icra hakimiyyəti isə narazılıqlarla bağlı olaraq bir neçə KİV-də təkzib məlumatları yayaraq problemlərini həll etdiyini zənn edir.
GUNDEMİNFO.AZ-a verilən informasiyaya əsasən ölkənin ən iri təsərrüfatlar rayonlarından biri olan Bərdədə narazılıqlar həm yerli əhali ilə bağlıdır. Redaksiyamıza bilgi verən bir qrup bərdəli sakin deyir ki, qonşu rayonların hər birində dövlət xətti ilə fermerlərə ayrılan subsidiyalar verilsə də, Bərdədə hələ də subsidiyaları almaq mümkün deyil. Sakinlərin dediyinə görə, buna səbəb subsidiyaların icra başçısı Vidadi İsayev tərəfindən rayonun maliyyə idarəsinin rəisi ilə anlaşmaya görə götürülüb. İddialara əsasən icra başçısı uzun müddət məzuniyyətdə olub və Dubayda istirahət edib.
Vidadi İsayevin Dubayda dəbdəbəli villası var. Məhz ildə bir neçə dəfə Dubayda şəxsi malikanəsində dincəlmək üçün icra başçısı ora yollanır. Lakin məlumatlarda daha sonra bildirilir ki, Bərdədə narazılıqlar təkcə kənd təsərrüfatı ilə bağlı deyil. Rayon mərkəzinin və ətraf kəndlərin qazlaşdırılması prossesi də kifayət qədər ləng həyata keçirilir. Bu xəbəri təsdiqləyən faktlardan biri də odur ki, mətbuatda mütəmadi olaraq rayonlarda ardıcıl olaraq kəndlərin qazlaşdırılması prosesi həyata keçirilir. Bu prosseslə bağlı olaraq xəbərlər verilir. Lakin Bərdə rayonu ilə bağlı olaraq biz belə faktlara rast gəlmirik. Rayonlar üzrə qazlaşdırma prossesinin həyata keçirilməsinə dair xəbərlərin monitorinqi də göstərir ki, Bərdədə prosses ya ümumiyyətlə həyata keçirilmir, ya da çox ləng həyata keçirilir.
Qeyd edək ki, bu günlərdə dövlət başçısı Cəlilabad rayonuna səfəri zamanı kəndlərin qazlaşdırma prosesi ilə maraqlanmış, işin gedişatından, sürətindən narazılığını ifadə etmişdir.
Bərdə rayonu ilə bağlı yığılıb qalmış sosial problemlərlə bağlı Bakıya edilən şikayətlər isə ciddi şəkildə araşdırılmağa başlayıb. Saytımıza bilgi verən mənbə iddia edir ki, icra başçısı bu günlərdə Bakıya çağrılaraq hesabat sorulacağı gözləniləndir. Ölkədə keçiriləcək seçki dövründə Azərbaycanın ən böyük kənd rayonlarında narazılıqların artması icra başçısının aktivinə yazılan qüsur kimi dəyərləndirilir.
Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.