Polis rəsi ayağını qırağa qoyan kimi ara qarışır... - Gəncədə
28-08-2015, 10:51
Gəncədən Moderator.az - a daxil olan məlumata görə şəhər polisinin şefi Faiq Şabanovun bir neçə gün öncə məzuniyyətə getməsindən istifadə edən bəzi kəmfürsətlər necə deyərlər, köhnə dəyirmana yeni nırx qoyublar.
Bildirilir ki, Gəncə Avtovağzalından polis rəisinin ciddi tapşırığından sonra didərgin salınmış Bakıya işləyən "Mersedes - VİTO" avtomobilləri yenidən avtovağzalın ətrafını üzük qaşı kimi əhatəyə alıb, amma ərazidə xidmət aparan polislər buna göz yumurlar.
Moderator.az oxucular üçün asan anlaşılsın deyə bir neçə fotonu təqdim edir. Şəkildən görünür ki, polis orada dayananlara heç nə demir. Halbuki Gəncə DYP orada "dayanmaq olmaz" nişanı qoyub, amma gəlib "VİTO"lara cərimə yazan və ya oradan uzaqlaşdıran yoxdur. Səbəbsə hamıya bəllidir...
Gəncə Şəhər Heydər Əliyev prospektinin başlanğıcında Heydər Əliyevin böyük ölçülü plakatı qoyularaq ətrafi yeni dizaynda abadlaşdırılıb. Həmin plakat qoyulan ərazi şəhərin əsas giriş - çıxışıdır. Şəhər icra başçısı Elmar Vəliyev tərəfindən polislərə tapşırmasına və orada "dayanamq olmaz" nişanı qoyulmasına baxmayaraq həmin ərazidə də "bazar", daha doğrusu, miniavtovağzal açılıb. F. Şabanov məzuniyyətə getdiyindən ərazidə xidmət aparan post patrul maşını da yoxa çıxıb. Daha doğrusu, bu dəfə post patrul maşınının himayəsi altında işıqforun düz altından Bakıya "VİTO" maşınları sərnisin daşımaqla məşğuldur. Ora polis tərəfindən bir növbətçi də ayrılıb, ərazidən Bakıya çıxan "VİTO" maşınlarından bu polisin böyründəki pul yığaraq onradan bölürlər.
Eyni zamanda şəkildən görünür ki, qara rəngli "VİTO" heç nə olmayıbmış kimi sərnişin yığır, ora qoyulan növbətçi isə post patrulla qazancı asanlıqla bölürlər...
Şəhərdə belə qadağan olunan yerlərdə maşınlara cərimə yazaraq dayanmağa qoymayan yol polisləri burada dayananlara göz yumur. Təbii ki, bu da səbəbsiz deyil.