Lənkəran xəstəxanasının baş həkimi xəstələri necə talayır
29-08-2015, 13:10
Lənkəran xəstəxanasında tonlarla qida məhsulunu kim yeyir?
infom.az-ın Cənub bürsuna daxil olan məlumatda qeyd olunur ki, Lənkəran Rayon Mərkəzi Xəstəxansanın baş həkimi Ağabala Kəlbiyev sənəd üzərində müalicə alan xəstələrə gen-bol yeyib-içmək verir.
Təkcə bu il “Kaspiya-12” MMC-dən alınan kələm, turp, vəzəri, pamidor, xiyar və sairə 33 min manat pul xərclənib. Qeyd olunan məhsullar bazar qiyməti ilə alınarsa, onların ümumilikdə kütləsi 40 tondan çox edir və daşınması üçün yük vaqonu tələb olunur.
Bu kütləni il boyu buralarda yatan xəstələrin adam başına böləndə, belə çıxır ki, xəstələr burdan hətta evlərinə də meyvə-tərəvəz yolayıblar.
Hərçənd heç kəsə sirr deyil ki, əksər dövlət xəstəxansaında müalicə alan insanlara yaxınları ev yeməkləri gətirir.
Bəs onda belə xərclər kim və nə üçün xərclənir?
RMX-nin “Lənkəran Tədarük Firması” MMC-dən aldığı ət məhsuluna görə ödədiyi 46 min manat ilk baxışdan kiçik görünsə də, əslində təəccüblüdür. Çünki bu pula 7 tona yaxın ət alamaq olar ki, bu da orta hesabla bir aya 600 kq edir.
Qarşı tərəfində fikirlərini dinləməyə hazırıq.
Təqribi hesablamalardan görünən odur ki, baş həkim ay ərzində xəstəxana həyətində həftədə 150 kq-lıq 4 öküz kəsdirib xəstələrə paylayırmış... Amma sadalananlar hələ hamısı deyil.
Meyvə-tərəvəz və ətlə müqayisədə baha olmayan və az miqdarda istifadə edilən digər ərzaq məhsulları: düz, yağ, sarıkök, verməşil və s. üçün 41 min manat xərclənməsi də (“Le-mos km” MMC-dən alınıb) şübhəlidir.
“Lənkəran Çörək” ATSC-dən lllik çörəyin alınmasına sərf edilən 16 min manat bizi azacıq düşünməyə məcbur edir.
Bu pula biri 30 qəpikdən 53 333 ədəd zavod çörəyi almaq olar ki, bu da aya 4444, günə isə 146 ədəd edir. 140 ədəd çörək ən azı 250 nəfərin günlük normasıdır.
Burada diqqət çəkən maraqlı məqam adam başına düşən çörəklə yemək payında olan uyğunsuzluqdur.
Yəni anlaşılan o ki, xəstəxanada yatan xəstələrin yarısından çoxu gen-bol ət yeyib, qalanı isə sadəcə quru çörək.
Amma bütün xəstələr üçün ümumi xarakterik bir cəhət də olub ki, onlar müxtəlif xəstəlikdən, ağrı-acıdan şikayətlənsə də, iştahları pis olmayıb. Elə baş həkimin də...