Akif Səlimov Nazim Fərəcovun qapısını bağlayır İLGİNC
29-08-2015, 15:41
Bunun üçün icra başçısının Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova ağız açdığı iddia olunur. Öz növbəsində Abşeronun icra başçısı Zakir Fərəcov da, qardaşı Nazim Fərəcovun bir daha Laçından deputat seçilməsi üçün bütün səylərini ortaya qoyub.
Bu barədə AzMedia.info-nu məlumatlandıran mənbənin sözlərinə görə Abşeronun icra başçısı Zakir Fərəcovun və qardaşı, Laçın rayonundan deputat olan Nazim Fərəcovla Laçının icra başçısı Akif Səlimovun münasibətləri həddindən artıq kəskinləşib. Buna səbəb isə Akif Səlimovun Laçında yeni deputat görmək istəməsidir. Mənbə bildirirki, əslində bu məsələdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla Akif Səlimov həmrəydirlər. Mənbə Əli Həsənovla Akif Səlimovun ortaq namizədlərinin kim olduğunu açıqlamasa da, bildirib ki, Əli Həsənova belə bir təkliflə məhz Akif Səlimov çıxıb və onun təklifi Əli Həsənov tərəfindən tam dəstəklənib.
Məlumatda qeyd olunur ki, öz növbəsində Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qardaşına qarşı «ittifaqa» qarşı özünün hamisinə şikayət edib. Buna baxmayaraq, məsələ hələ də açıq qalmaqdadır. Mənbə bildirir ki, Zakir Fərəcov hamisindən dəstək sözü alsa da, qeyri-müəyyənlik hələ də davam edir. Əgər Əli Həsənov və Akif Səlimovun birgə namizədi həmin dairədən qeydiyyata alınacaqsa, onda son günlərə qədər qeyri-müəyyənlik davam edə bilər.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.