“Konfirom” MMC -nin istehsal etdiyi şokoladın içindən dəmir çıxdı, vətəndaş nazirə məktub göndərdi

27-03-2018, 20:49           
“Konfirom” MMC -nin istehsal etdiyi şokoladın içindən dəmir çıxdı, vətəndaş nazirə məktub göndərdi
teref.az yazır ki, istehlakçıların bir sıra yerli istehsalçılardan şikayətləri çoxalıb. Əsasən ərzaqların vaxtı keçməsindən, xarab ərzaqların satılmasından və ərzaqların içərisindən cürbəcür kənar əşyaalrın çıxmasından şikayətlər olur....

“Konfirom” MMC -nin istehsal etdiyi məhsullar da bu sarıdan istisna deyil. Belə ki, Ucar sakininin mağazadan aldığı “Konfirom” MMC -nin istehsalı olan şokoladın içindən dəmir parçası çıxıb.

Bu barədə teref.az-ya şikayət edən rayon sakini Kamil Əhmədovun sözlərinə görə, məsələ ilə bağlı artıq iqtisadiyyat naziri Şahin Mustafayevə məktub göndərib: “Başıma gələn hadisə ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Şahin Mustafayevin elektron poçtuna şikayət məktubu göndərmişəm.

“Koniform” MMC-nin əməlləri barədə həmçinin bu gün nazirə məktubla Mərkəzi poçtdan da şikayət ərizəsi göndərmişəm. Mətbuat vasitəsi ilə də nazirə müraciət edirəm: “Bu şikayət ərizəmdə yazıb Sizə bildiriəm ki, 23 mart 2018-ci il tarixdə çay içən zaman şokoladın içindən dəmir qırıntısı çıxdı.Bu şokoladı Bakı şəhəri ,Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Konfirom” MMC istehsal edir. Floriya Rossi adlı, içərisindən dəmir qırıntısı çıxan bu şokoladı və kağızını sübut kimi saxlamışam. Həmçinin bu faktı görən və təsdiq edən şahidlər var. Əgər diqqətli olmasaydım sağlamlığıma ciddi zərər dəyərdi.
Buna görə də şikayət ərizəmdə göstərdiyim faktlar yerində mənim iştirakımla araşdırılıb, qanunsuz fəaliyyətlə məşğul olan Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Konfirom” MMC-nin rəhbərliyi barədə qanuna müvafiq tədbirlər görülməlidir. “Darenka”, “Bəhri”, “Floriya” “Rosii” adlı zay, xarab, təhlükəli yeyinti məhsullarını yalançı reklamlarla vətəndaşlara sırayan “Konfirom” MMC-nin məhsulları Azərbaycan bazarından çıxarılmalı və bu şirkətin, insanların həyatına təhlükə yaradan rəhbərliyi barədə ciddi tədbirlər görülməlidir.
Cənab Nazir! Sizdən xahiş edirəm şikayət ərizəmdə göstərdiyim faktları yerində mənim iştirakımla araşdırıb qanunsuz fəaliyyətlə məşğul olan, insanların həyat və sağlamlıqlarını təhlükədə qoyan Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Konfirom” MMC-nin rəhbərliyi barədə qanuna müvafiq tədbirlər görəsiniz”.

Qeyd edək ki, “Konfirom” dan bundan əvvəl də digər vətəndaşlar tərəfindən şikayətlər olub.

teref.az olaarq qeyd etmək istəyirik ki, bu probılemlə bağlı biz 23.03.2016 ildə "Şokoladın içindən dəmir qırıntısı çıxdı - FOTOFAKT" http://teref.az/karusel/80740-shokoladin-ichinden-demir-qirintisi-chixdi-fotofakt.html başlıqlı yazı ilə çıxış etsəkdə hələdə İİN-dən nı də şirkətdən cavab ala bilməmişik.
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.