Neftçala icra hakimi İsmayıl Vəliyevin öz adına olmayan obyektləri

9-09-2015, 17:58           
Neftçala icra hakimi İsmayıl Vəliyevin öz adına olmayan obyektləri
teref.aznun poçtuna Neftçala icra hakimi İsmayıl Vəliyevdən şikayət daxil olub. Şikayəti teref.az olaraq sizə təqdim edirik!
Məlum olduğu kimi, ölkə rəhbərliyi regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirir. Sirr deyil ki, son illər bölgələrdə geniş abadlıq-quruculuq işləri aparılıb və əhalinin sosial durumunun yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Düzdür, iş olan yerdə qüsur da olmalıdır. Amma bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri bilərəkdən qanunsuz işlərə əl atırlar. Ki, nəticədə əhali arasında narazılıq hallarının sayı artır. Ölkəmizin inkişafdan qalan rayonlarından biri də Neftçaladır. Rayonun əksər idarə və müəssisə rəhbərlərinin, o cümlədən icra başçısı İsmayıl Vəliyevin səbəb olduğu qanunsuzluqlar haqqında bu günədək mətbuatda dəfələrlə silsilə tənqidlər gedib. Buna baxmayaraq, nə icra başçısı, nə də digər məmurlar özbaşına əməllərindən əl çəkirlər.

Dörd ildən artıqdır ki, Neftçalanın icra başçısı olan Ismayıl Vəliyev bu müddət ərzində rayon ərazisində bir neçə istirahət mərkəzi, Bazar,ticarət obyektləri tikdirib. İcra başçısına məxsus bu obyektlərin demək olar ki heç biri onun öz adına deyil.

Neftçala rayonunun sakinləri İsmayıl Vəliyevin rayonundan getməsi üçün imza toplama kampaniyası kecirmək qərarına gəlib.Neftçala Sakinləri icra başçısının qanunsuz əmələrindən cana gəlib Cənab Prezidentmiz Ilham Əliyevə toplanmis imzaları yolayaraq İsmayıl Vəliyevin rayondan getməsini xais edəcəyik.İmza toplama kampaniyasında 100 lərlə insanın iştirak edeceyi bildirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru