Ağalar Vəliyev nazir qardaşının da canını boğazına yığıb
10-09-2015, 12:09
"Aqrartikinti" ASC-nin sədri, deputat Ağalar Vəliyevlə kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşı Şiraslan Əsədov arasında pul qalmaqalı getdikcə dərinləşir.
Məlumat üçün deyək ki, Şiraslan Əsədov Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamentinin rəisidir. Ağalar Vəliyevin rəhbəri olduğu "Aqrartikinti"nin isə bu departamentə 63 min 700 manat borcu var. Bu borcun hansı səbəbdən yarandığı bəlli deyil.
Məlum olan odur ki, Ağalar Vəliyev borcunu ödəmək istəmir. Hətta bu barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verib.
Vertikal.az-a daxil olan məlumata görə, Apelyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayacaq. Çünki Ağalar Vəliyevin borclu olduğu daşdan keçən sənədlərlə təsdiq olunur.
Məlumatda deyilir ki, Ağalar Vəliyevin borcunu ödəməməsi başa düşülən deyil. Bu baxımdan qarşı tərəf məsələ ilə bağlı prezidentə məruzə etmək niyyətindədir.