Vətəndaş Ramil Usubova şikayət etdi:"Şirvan Təcrübə İdarəsinin müdiri Arzu Hacıyev taxılımı oğurlayıb..."

6-07-2018, 11:05           

Ucar rayonu Rəstəcə kənd sakini Hüseynova Sevinc Əjdər qızı tərəfindən

ŞİKAYƏT

Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət ediib xahiş edirəm mənim taxılımı biçib oğurlayan kombaynın sahibinin və Şirvan Təcrübə İdarəsinin müdiri Arzu Hacıyevin barəsində qanunu tədbirlər görəsiniz.26 iyun 2018-ci il tarixdə torpaq sahəmdəki taxılı kombayn biçdi və bunkerdən cəmi 3 meşok arpanı boşaldıb getdi.Həmin vaxt öz taxılını biçdirmək üçün kombayını gözləyən Ucar rayon sakini İbrahimov Vahid Məmməd oğlu orada gözləyirdi.O kombaynla birilikdə öz sahəsinə getdi.Elə oğurluq hadisəsidə orada müəyyən edildi.Belə ki, mənim taxıl sahəmdən biçilmiş buğdanın 1 tonundan çoxunu yerə boşaltmadan bunkerdə saxlayan kombayn sürücüsünün əməllərini Vahid İbrahimov ifşa edib.Həmin vaxt Vahid İbrahimov konbayının bunkerinə baxan zaman orada 1 tondan çox arpa məhsulunun olmasını aşkarlayıb bu oğurluq faktı barədə Ucar Rayon Polis Şöbəsinə məlumat vermişdir.Araşdırma zamanı müəyyən edilmişdir ki, bu oğurluğu sürücü konbayının məxsus olduğu Şirvan Təcrübə Stansiyasının müdiri Arzu Hacıyevlə əlbir olub etmişdir.Hazırda Ucar RPŞ-də bu oğurluq faktı ilə əlaqədar araşdırma aparılır.Ancaq heç bir irəliləyiş yoxdur.Mən mətbuat vasitəsi ilə Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət ediib xahiş edirəm bu oğuru müdir və sürücü barədə qanunu tədbirlər görəsiniz.
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.