Goranboy təhsilində qanunsuzluqlar ? - Cavab haqqı .. FOTO

15-09-2018, 22:42           
Goranboy təhsilində qanunsuzluqlar ? - Cavab haqqı .. FOTO
Teref.az olaraq Goranboy rayonu Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı poçtumuza daxil olan şikayət məktubunu dərc etmişdik.
Şikayətləburda tanış ola bilərsiniz:
http://teref.az/manset/97198-goranboy-rayon-tehsil-sobesinde-qanunsuzluq-bas-alib-gedir-ttham.html
Ardınca adı çəkilən məktəbdən operativ reaksiya verərək, şikayətə cavab veriblər.
Teref.az olaraq qarşı tərfin haqını tanıyırıq və onu oxuculara təqdim edirik:

Neman Eminov Goranboy rayon Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbdə işlədiyi müddətdə işində yol verdiyi kobud nöqsanlara görə məktəb direktorunun əmri ilə 15 sentyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin "ç" bəndi ilə müqaviləsi ləğv edilmişdir. 06 dekabr 2012-ci il tarixdə yenidən işinə bərpa edilmiş, dəfələrlə heç bir səbəb olmadan işə gəlmədiyi üçün məktəb direktorunun 01 noyabr 2013-cü il tarixli əmri ilə təkrar olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə müqaviləsinə xitam verilmişdir.

Bir qrup vətəndaşın Neman Eminov tərfəfindən aldadılması ilə bağlı rayon prokurorluğuna müraciət olunmuş, Goranboy rayon məhkəməsinin 23 iyun 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Məhkumluq müddətini başa çatdırmayan Neman Eminov 2018-ci ilin avqust ayında işə bərpası barədə rayon məhkəməsinə müraciət etmiş və Rayon Məhkəməsinin yekun qərarına görə 2014-cü ildə verilən hökm müddətinin başa çatmadığı üçün iddia rədd edilmişdir.

Neman Eminovun müəllim kimi fəaliyyətini davam etdirməsi üçün Təhsil Nazirliyinin təşkil etdiyi "Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etməsi tövsiyə edilmişdir.

Neman Eminov barədə hökm əlavə edilir.
Zaur Memmedli
Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az




















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.