Vaqif Nağıyev “Çelentano” ilə duet barədə: "Heç kəsi aldatmamışam"

6-11-2018, 12:54           
Vaqif Nağıyev “Çelentano” ilə duet barədə: "Heç kəsi aldatmamışam"
\Ukraynadakı “Qolos” (Səs) yarışmasından sonra məşhurlaşan azərbaycanlı müğənni Vaqif Nağıyev bu günlərdə sosial şəbəkədə “Arzum həyata keçdi” başlığı altında “Adriano Çelentano” ilə duetini paylaşıb.
Sonra məlum olub ki, səhnədəki Çelentano deyil, onun oxşarı olub və bu da bəzi sosial şəbəkə istifadəçiləri arasında hiddətə səbəb olub.
Oxu.Az-ın müxbiri məsələyə aydınlıq gətirmək üçün Vaqif Nağıyevlə əlaqə saxlayıb.
- Konsertin təşkilatçıları yaxın dostlarımdır. Onlar Ukrayna üzrə Xarkov, Odessa və Kiyevdə “Adriano Çelentano” şousunu təşkil edib.

Dostlarımın sayəsində mən italyan qrupu və “maestro” ilə konsertə qədər görüşə bildim. Onların məşqlərində təsadüfən bas-gitaraçı və zərbçi tələbə yoldaşımla görüşdüm. Onlar məni müğənni kimi təqdim edərək, “maestro” ilə tanış etdilər.
Ona dedim ki, Adriano Çelentanonun repertuarını çox sevirəm və bəzən konsertlərimdə “Confessa” mahnısını ifadə edirəm. O, mənim ifama qulaq asdı və heyrətləndi, sonra onunla bir səhnədə mahnı oxumağı təklif etdi.
Mənim uşaqlıqdan vətənimdən sonra ən çox sevdiyim şəhər Roma, ölkə isə İtaliyadır. İtaliya ilə bağlı olan hər şey mənim üçün arzudur, o cümlədən sevdiyimiz yerli tanışlar da buna daxildir.
Mənim üçün bu təklif gözlənilməz və eyni zamanda xoş oldu. Mən, əlbəttə ki, razılaşdım və o dedi ki, mahnını konsertdə birgə ifa edək. Düşünmürdüm ki, mənim bəxtim belə gətirəcək. Maksimum onunla şəkil çəkdirə biləcəyimi fikirləşirdim.
- Amma çoxları sizin həqiqi Adriano Çelentano ilə duet oxuduğunuzu düşünürdü. Bəziləri isə səhnədəki şəxsin siz olduğunuza şübhə edirdi. Hər şey niyə belə oldu?
- Yersiz şərhlər oxuyuram və belə bir hiss yaranır ki, sanki hamı üstümə hücum edir. Elə bil, mən kimisə aldatmışam və deyirlər ki, bu, doğru deyil. Doğru olmayan nədir? Bəlkə, Adriano Çelentanonun 70 yaşı olanda aviafobiya səbəbindən öz qastrollarını başa çatdırdığını açıqlaması? Və ya bunun arzum olduğunu deməklə xalqı aldatmışam? Heç vaxt! Əgər şounu “Adriano Çelentano” adlandırırlarsa, əgər konsert təşkilatçılarını qeyd edirəmsə və buradan konsertin reklamına girməklə onun haqqında kifayət qədər məlumat almaq olursa, hansı yalandan söhbət gedə bilər? Qrupun solisti Adolfo Sebastyanidir, səhnədə isə o, Adriano Çelentanodur.
Bizim artistlərimizdən kiməsə Adolfo Sebastyani ilə bir səhnəni bölüşmək qismət olub? Mən hətta Çelentano haqqında danışmıram, bu, çoxlarının arzusudur. Onunla italyan artistlər çıxış edə bilmir.
Sebastiyanini nəyə görəsə “saxta” və “surət” adlandırırlar. Bu, şəxsən Çelentano tərəfindən dəstəklənən rəsmi əkizdir.

Bu cür axmaq şərhləri oxumaq mənim üçün gülməlidir. Bu, fərqlənmək və özünü ağıllı göstərmək istəyən insanlardır. Yeni nəsə edin! Bir az ciddi olun! Səhnədə Vaqif Nağıyev idi və o, 10 il əvvəl Adriano Çelentanonun rəsmi əkizi kimi tanınan şəxslə italyan sənətkarın mahnısını ifa edib.
Biz onunla söhbət etdik, əlaqə nömrələrimizi götürdük və mənim ailəm onunla tanış oldu.
- Yadımdadır, siz italyan müğənni İnqrid ilə eyni səhnədə çıxış etmisiniz. Dünyada tanınmış şəxslərdən başqa kimlərlə duet oxumaq istəyirsiniz?
- Bəli, İnqrid ilə bizim Azərbaycan və fransız dillərində birgə duetimiz var. Bakıdakı konsertimdə italyan ulduz Alessandro Safino ilə duet oxumuşam. Duet oxumaq istədiyim şəxslərin siyahısı böyükdür. Ancaq təəssüf ki, çoxları indi həyatda yoxdur.


- Azərbaycanda konsert verməyi planlaşdırırsınız?
- Çox böyük məmnuniyyətlə Bakıya gələcəm və konsert verəcəm. Ancaq mənə bu cür şərhləri oxumaq xoş deyil. Təkrar edirəm ki, mən heç yerdə yalan danışmamışam və mənim arzum yerinə yetib. Bunun əsl Çelentano olmaması isə hər kəsə məlum faktdır, 10 il əvvəl o, qastrollarını dayandırıb. Mənə elə gəlir ki, bunun haqqında hər kəs bilir.
- Yaradıcılıq planlarınızı bölüşün...
- Mən Azərbaycan şairi Nəsiminin “Məndə sığar iki cahan” qəzəlinə musiqi yazmışam və albom hazırlayıram. Ümid edirəm ki, onu mənim bu arzumdan fərqli olaraq, yaxşı qarşılayacaqlar.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.