Ayaz Mütəllibovdan Həsən Həsənova ağır “yaylım atəşi”: “Adamda kişilik olar!”
7-11-2018, 10:00
Əvəz Zeynallının “Qaynar Qazan”ının son qonağı Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov olub. Azərbaycan tarixinin ən qalmaqallı mərhələsində ölkəyə rəhbərlik edən Ayaz Mütəllibovun bir çox bilinməzlərə aydınlıq gətiriləcəyini gözlənilən idi. Sağ olsun, müsahibənin ilk hissəsində belə, eks-prezidentin dilə gətirdiyi bəzi fikirlər bu gözləntini tam mənası ilə doğrultdu.
Müsahibədə ən diqqət çəkən məqam isə Ayaz Mütəllibovun indiyə qədər ən yüksək postlarda –Baş nazir, Xarici İşlər naziri, müxtəlif ölkə və beynəlxalq qurumlarda Azərbaycanı təmsil edən, bu gün belə, fövqəladə və səlahiyyətli səfir statusu ilə müstəqil dövlətimizin maraqlarını Polşada qoruyan Həsən Həsənovla bağlı fikirləri olub. Eks-prezidentin etirafından da anlaşılır ki, 1990-cı ilin 20 Yanvar faciəsində belə Azərbaycan məmurlarının əsas dərdi hakimiyyəti ələ keçirmək imiş. Bu məqsədlə rus imperializminin qanlı əllərini öpməyə hazır olan siyasilərdən biri də Həsən Həsənov imiş. Ayaz Mütəllibovun dediyinə görə, 20 Yanvar hadisəsindən sonra Moskvaya gedən 4 nəfərlik qrup arasında yer alan Həsənov Qorbaçova Azərbaycanı idarə etmək səlahiyyətinin ona verilməsi üçün rəsmən yalvarırmış. Onun bu yalvarışına ən gözəl qiyməti də elə Ayaz Mütəllibov həmin müsahibəsində verir: “Adamda kişilik olar!”
Ayaz Mütəllibovun ağır yaylım atəşinə tutduğu Həsən Həsənov kimdir?
Wikipedia bu suala belə cavab verir:
Həsən Əziz oğlu Həsənov — Azərbaycan SSR və Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru (2006). Azərbaycan Respublikasının Polşada fövqəladə və səlahiyyətli səfiri (2010-), Azərbaycan Respublikasının Xarici İşlər Naziri (1993-1998), Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1990-1992).
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin İdeoloji məsələlər üzrə katibi (1981-1983), Tikinti məsələləri üzrə katibi (1983-1988), İqtisadiyyat məsələləri üzrə katibi (1988-1990), uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro üzvü, Azərbaycan Respublikasının BMT-də ilk daimi nümayəndəsi və ilk fövqəladə və səlahiyyətli səfiri (1992-1993), Macarıstan (2004-2010) və Polşada (2010- h.d.-ə qədər) fövqəladə və səlahiyyətli səfiri. Macarıstan və bir neçə SSRİ ordeni, Azərbaycan, Qazaxıstan və bir neçə SSRİ medalları ilə təltif olunmuşdur...
Qaynaq: https://az.wikipedia.org/wiki/Həsən_Həsənov_(siyasətçi)
Bir çox gizlinləri, o cümlədən bəzi kəslərin simasını açıb ortaya qoyan müsahibəni Ovqat.com oxucularına təqdim edirik: