Cavid İmamverdiyev: “Qarabağ” kimi komanda ilə heç-heçə oynamaq bizim üçün yaxşı nəticədir"

25-11-2018, 06:21           
Cavid İmamverdiyev: “Qarabağ” kimi komanda ilə heç-heçə oynamaq bizim üçün yaxşı nəticədir"
“Gərgin oyun keçdi. Düşünürəm ki, qalib də gələ bilərdik. Amma olmadı və qələbəni əldən verdik. “Qarabağ”a qarşı 1:1 hesabı ilə heç-heçə etmək yaxşı nəticədir. Bizim hələ ki, bir məqsədimiz var. O da bu mövsüm Premyer Liqada qalmaqdır. Komandamı təbrik edirəm. Qarşıdakı “Neftçi” ilə matç qələbə üçün çıxacağıq".

"Report" xəbər verir ki, bunu "Sabah" klubunun futbolçusu Cavid İmamverdiyev Azərbaycan Premyer Liqasının XII turunda "Qarabağ"la 1:1 heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi jurnalistlərin suallarını da cavablandırıb.

Qələbə qazana biləcəyinizi vurğuladınız, amma ikinci hissədə müdafiədə oturdunuz...

- Ən azından qol buraxmasaydıq qalib gələcəkdik. Hətta ikinci qolu da vura bilərdik. Amma alınmadı. Sadəcə olaraq qolu buraxmasaydıq matç 1:0 bizim qələbəmizlə başa çatmışdı.

"Sabah" bu matçda iki xal itirdi?

- Xeyr. Belə düşünmürəm. “Qarabağ” kimi komanda ilə heç-heçə oynamaq bizim üçün yaxşı nəticədir.

Növbəti turda “Neftçi” ilə oynayacaqsınız. Həmin matç barədə nə deyə bilərsiniz?

- Nə olursa olsun, əlimizdən gələni edəcəyik ki, “Neftçi” ilə görüşdə qələbə qazanaq. Komandama inanıram. Bunu edə bilərik.

Komandanın bombardiri Deviç də zədəsini sağaldaraq sıraya dönür...

- Sözün açığı o barədə məlumatım yoxdur. İnanıram ki, tez sağalar. Onun hücum xəttində olmağı bizim üçün böyük üstünlükdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru