Rauf Əliyev: Başqa yerlərdən təkiflər almışam - MÜSAHİBƏ

20-05-2019, 07:14           
Rauf Əliyev: Başqa yerlərdən təkiflər almışam - MÜSAHİBƏ
"Qəbələ"nin futbolçusu Rauf Əliyev Azərbaycan Kubokunu qazandıqları matçdan sonra "Report"un Naxçıvana ezam olunmuş əməkdaşına müsahibə verib.

Təcrübəli hücumçu əvvəlcə klubun tarixində ilk dəfə olaraq qazanılan titul haqda təəssüratlarını bölüşüb:

- Əlbəttə, çox böyük sevinc hissləri keçirirəm. "Qəbələ"nin tarixində ilk kuboku qazandıq. Klubumuz neçə illərdir buna yaxın idi, ancaq qazana bilməmişdi. "Qəbələ"nin tarixinə adımı yazdırdığıma görə çox sevinirəm. Bu gün son şansımız idi. Həm kuboku qazanmaq, həm də bununla avrokuboklara vəsiqə qazanmaq baxımından. Bunu bacardıq. Bir daha komandanın bütün üzvləri, hər kəsi təbrik edirəm.

Oyun necə keçdi? Erkən qol vurmağınız hesabı qorumaq baxımından işinizi çətinləşdirmədi ki?

- Böyük hesabla qalib gələ bilərdik. Əsaəsn ilk hissədə 2-3 yaxşı qol epizodumuz vardı. İkinci hissədə özüm fərqlənə bilərdim. Amma alınmadı. İlk qol bəlkə bizim üçün çox yararlı oldu ki, başlayan kimi üstünlük qazandıq. "Sumqayıt" hələ özünə gəlməmişdi. Havaya baxanda çətin oyun gedirdi. Meydançanın da bəzi yerləri bizə çətinlik çəkdirdi. Top qalxırdı, ağırlıq vardı. Ancaq əsas odur ki, sonda qələbə qazandıq. Hər şey istədiyimz kimi oldu.

Oyunun şərtləri əvvəldən sizin üçün çətin başladı. Bir tərəfdən cəzalılar, xəstələnən Ceyms Adeyinin olmaması, oyunun startına çox az qalmış isə məlum oldu ki, Dmitri Bezotosnı zədələnib, oynamayaca.q Bu, psixoloji cəhətdən sizə təsir etmədi?

- Hər şeyə hazır idik, çünki çempionat gedə-gedə də hardasa bu oyuna hazırlaşırdıq. Bilirdik ki, bizim üçün hər şey bu matçdan asılıdır. İtkilərimiz oldu. Ancaq şükür Alllaha ki, onların yerlərində oynayanlar etimadı layiqincə doğrultdular. Bugünkü gündə əsas məqsəd kuboku qazanmaq idi, onun da öhdəsindən gəldik. Hər şey əladı.

Oyunun sonunda özün də zədələndin, hətta başın sarındı...

- Vurğun Hüseynovla hava mübarizəsi zamanı başım partladı. Bu futboldu, olur belə şeylər. Nə edim...

Kuboku qazanmasınız, indi sevinirsiniz. Bəs, bundan sonrasını düşünmüsünüz? O mənada klubda müəyyən problemlər var, gələcək taleyi sual altındadır...

- O dərəcədə ciddi problemlər heç vaxt hiss etməmişdik. Həmişə bizə deyilirdi ki, oyunlara hazırlaşın, hər şey yolundadır. Biz də heç nəyə fikir vermədən hər qarşılaşmada oynamışıq. Artıq bundan sonra necə olacağını zamanı gələndə görəcəyik.

"Qəbələ" ilə müqavilən bitir. Təkiflərin var?

- Bəli.

Klubdan, yoxsa başqa yerlərdən?

- Başqa təkiflərim var. Hər şey qarşıdakı günlərdə - istirahət vaxtı bilinər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.