“İndi nə edək, arvadı boşayıb erməni alaq?” – Hafiz Hacıyev
20-05-2019, 15:56
“Son 10-15 ildə, yəni siyasətə qoşulandan bəri dəfələrlə hakimiyyətin içində olan erməni mənşəli, ermənilərlə qohumluğu olan insanlar haqqında danışmışam. Və elə dediyimə görə də dilimin bəlasına düşmüşəm. Bu günə qədər bizi Azərbaycanda ac-susuz, yalavac saxlayırlar”.
Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Yeni Sabah”a açıqlamasında deyib. O bildirib ki, Azərbaycan hakimiyyətini öncə ermənilərdən təmizləmək lazımdır:
“Rəhmətlik Heydər Əliyev deyirdi ki, bizim 30 minə qədər gəlinimiz var. Onların ərlərinin bir hissəsi hakimiyyətdə ən yüksək vəzifədə olan şəxslərdən ibarətdir. Nə qədər ki, Azərbaycan hakimiyyətinin daxilində anası, arvadı, qaynanası erməni olan insanlar var, nə Dağlıq Qarabağ məsələsinin həll olunmasına, nə də prezidentin ölkədə köklü islahatlar həyata keçirməsinə imkan verəcəklər.
Zaman-zaman bunları demişəm və bu gün də üzərində dayanıram. Bu gün ermənilərlə qohumluğu olmayan insanların vəzifəyə təyin edilməsi qeyri-mümkündür.
Tarixi təsnifat aparın və ya hakimiyyətin daxilindəki qruplaşmalara , Azərbaycanda ən yüksək postu tutanlara baxın. Hamısının bir tərəfi ermənilərə gedib çıxır. Hətta prezident seçkiləri dövründə də dedim, nə edək ki, bizim anamız, arvadımız erməni olmayıb. İndi nə edək, arvad boşayıb erməni alaq?! Bu baxımdan biz qürur hissi keçiririk ki, əsl türkük. Zaman gələcək bu faktların hamısı ortaya qoyulacaq. Azərbaycan xalqı nə vaxtsa ermənilər üzərində öz sözünü deyəcək”.
H.Hacıyev qeyd edib ki, bu gün Dağlıq Qarabağ məsələsinin həll edilməsi istiqamətində ciddi maneələr var:
“Kimlərdir bunu yaradan? Hakimiyyət daxilindəki erməni qohumu olan insanlar. Kimdir prezidentin vədəsinin əksinə gedən? Hakimiyyətin daxilində sırf ermənilərlə əlaqədə olan insanlar. Biz birinci Azərbaycan hökumətini ermənilərdən təmizləməliyik, sonra Dağlıq Qarabağı işğalçılardan azad etməliyik. Nə qədər ki, bu proses baş verməyib heç vaxt uğurlu layihələrə imza ata, dünyada Azərbaycanın mövqeyini gücləndirə bilməyəcəyik.
Əgər bizim xarici siyasətimizə baxan xarici işlər nazirimizin qaynanası Toma xanım bu gün Şüvəlanın bir hissəsini alıb villalar tikdirir, özünə bağlar saldırırsa, Qarabağı necə azad edə bilərik?
Azərbaycan dilini bilməyən, qaynanası erməni olan insanlarla uğurlu xarici siyasət apara bilmərik. Mən həmişə demişəm, ölənə qədər prezidentin sadiq əsgəriyəm. İlham Əliyevi hər zaman müdafiə etmişəm, bundan sonra da eyni mövqedəyəm. Lakin təəssüf edirəm ki, hakimiyyət bu cür insanlarla əhatə olunub. Onlar da böyük bir mafiyadır, imkan vermirlər ki, ölkə başçısı xalqına olan sevgisini, əsl türkçülüyü sübut etsin. Nə qədər ki, qaynanası, arvadı erməni olanlar var, Azərbaycanda demokratik prinsiplərə uyğun sabitlik yaranmayacaq”.
Partiya sədri düşünür ki, nəinki, iqtidarda həmçinin müxalifətdə də ermənilərlə qohumluğu olanlar var:
“Azərbaycan müxalifətində də ermənilərlə qohum olan, arvadı erməni olan, qızını erməniyə verən insanlar var. Onlar istəyirlər ki, özlərini Azərbaycanda “ana”, “dədə” müxalifət hesab etsinlər. İqtidardakı qızını erməniyə verənlərlə, özünü ana müxalifət adalandıranların heç bir fərqi yoxdur. Millət özünə gün ağlamalıdır. Çalışmalıdırlar ki, Ali Baş Komandanın ətrafında sıx birləşib hakimiyyəti və Azərbaycan müxalifətini ermənilərdən təmizləsin”.
Günay Rəsulqızı