Əməkdar artist: “İki yoldan birini seçməliydim: ya tələbələrdən rüşvət almalıydım, ya da…”
4-06-2019, 09:06
Modern.az saytının “Art Time” rubrikasının budəfəki qonağı aktyor, bədii qiraət sənətinin tanınmış nümayəndəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Əməkdar artist Azad Şükürovdur.
- Azad müəllim neçə ildir ki sənətdəsiniz?
- Sənətə ilk 1974-cü ildə 8-ci sinifdə oxuyanda gəlmişəm. 1977-ci ildə Mədəniyyət və İncəsənət İnstitutuna daxil olduqdan sonra isə ciddi şəkildə məşqul olmağa başlamışam.
- Hazırda bir çoxları sizi aktyordan daha çox bədii qiraətçi kimi tanıyır…
- Mən İncəsənət İnstitutunun Aktyorluq fakültəsini bitirmişəm. Lakin bir neçə səbəblə öz həyatımı bədii qiraət sənəti ilə bağlamışam. İlkin səbəb odur ki, mən zaman-zaman teatrlardan ayrı düşəndə, qəlbimdəki boşluğu bədii qiraət ilə doldurmuşam. Bu məqamı da gizlətmək olmaz ki, bədii qiraət mənim peşəmin kommersiya tərəfi olub. Hamıya yaxşı məlumdur ki, nə müəllim maaşı, nə də teatrda aktyor məvacibi ilə ürəyincə ailə saxlamaq olar. Ev almaq, maşın almaq, ailəyə baxmaq... bunlar məsrəf tələb edir. Məhz bu boşluğu doldurmaq üçün mən iki yoldan birini seçməliydim: ya tələbələrdən rüşvət almalıydım, ya da öz sənətimin kommersiya tərəflərini fikirləşib tapmalı idim. Mən ikinci yolu seçdim. Uzun müddət idi ki, el şənliklərinə və toylara gedirdim. İndi isə toylara çox az gedirəm. Az getməyimin də əsas səbəbi odur ki, artıq yaşlanmışam. İkinci bir səbəb budur ki, toy aparıcılığı hazırda çox yüngülləşib. Toy aparıcıları sanballarını itirib. Eyni zamanda indi ailə qayğılarım da müəyyən qədər yüngülləşib. Qızım ailə qurub və işləyir. Oğlum da çalışır və bəzən mənə də kömək edir.
- Övladlarınızın hansı sizin sənətinizi davam etdirir?
- Heç biri. Mən özüm də onlardan sənətimi davam etdirməyi tələb etməmişəm. Qızım ADA Universitetinin müəllimidir. Oğlum Polşada yaşayır. Orada Amerikan şirkətlərindən birində çalışır. Mən yenə də konsert və tədbirlərə gedirəm. Lakin indi bu ehtiyacdan deyil, mənim qəlbimin istəyindən irəli gəlir. İndi heç kim deyə bilməz ki, Azad müəllimi məclisə dəvət etdim və məndən filan qədər pul istədi. Ürəyimə yatan tədbirlərə gedirəm və qonarar olaraq nə verirlərsə, ona qane oluram.Mənim üçün əsas səhnə həyatımda yaranmış boşluğu doldurmaqdır.
- Səhnə həyatınızda boşluq yarandığını söylədiniz. Hazırda aktyor olaraq heç bir teatrda çalışmırsınız?
- Doğru dediniz, heç bir teatrda çalışmıram. Aktyor olaraq ilk çalışdığım teatr, institutu bitirdikdən sonra təyinatım üzrə yollandığım Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı olub. Daha sonrakı iş yerim 90-cı illərdə köçkünlük dövrünü yaşayan Şuşa teatrı oldu. 1992-ci ilə kimi orada fəaliyyət göstərdim və teatrın Bakıda məskunlaşması üçün çox işlər gördüm. 1993-cü ildə iş üçün Bakı Bələdiyyə Teatrının direktoru mərhum Xalq artistimiz Amaliya Pənahovaya müraciət etdim. Amaliya xanım məni müqavilə ilə işə götürdü. O zaman Amaliya xanım məni tanımırdı və müəyyən mənada ehtiyat edirdi. 2007-ci ilə qədər Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərdim. Düz 15 il. Zamanla elə bir vəziyyət yarandı ki, artıq mənim o teatrda qalmağım mümkün deyildi. Heç kimin qəlbini qırmadan dostcasına ayrıldım. Teatrdan ayrıldıqdan sonra hiss etdim ki, Amaliya xanımın mənə olan münasibəti kəskin dəyişdi. Əlbəttə, aktyor teatrdan gedəndə onu düşmən kimi qəbul etmək olmaz. Hətta qulağıma çatırdı ki, Amaliya xanım həmin vaxt müəyyən qurumlara gedərək, haqqımda nalayiq sözlər danışırmış. Mən isə bunların hamısını sakit qarşılayırdım. Bilirsiniz, Bakı Bələdiyyə Teatrında işlədiyim müddətdə Amaliya xanımın mənim yaradıcılığımda oynadığı rolu heç vaxt unutmaram. Oradan ayrıldıqdan sonra heç bir teatrda işləmədim.
- Bəs aktyor olaraq filmlərə çəkilmisiniz? Deyəsən kino fəaliyyətiniz teatrla müqayisədə bir az məhduddur...
- Teatrda işlədiyim zamanlar heç cür vaxt tapıb kinoya çəkilə bilmirdim. Ona görə də kinorejissorlar mənə etibar etmirdilər. İndi demək olar ki, hər il ən azı bir filmə çəkilirəm. Vaxtilə də müəyyən qədər vaxt tapıb filmlərə çəkilmişəm. Məsələn Nadir Muqbilovun “Prokuror”, Azər Zamanlının “Oyun” filmində baş rollara çəkilmişəm. Ramiz Həsənoğlunun “Cavid ömrü”, “Sübhün səfiri” filmlərində, Ramiz Əzizbəylinin “Yalan” filmində də rol almışam. Seriallara da çəkilmişəm...
- Aktyor və bədii qiraətçilərin bir çoxu vaxtilə maddi ehtiyac üzündən bu sənətdən uzaqlaşaraq, başqa işlərdə çalışıblar. Sizə vaxtilə başqa bir vəzifə təklif olunubmu?
- Həyatımın müəyyən anlarında əlbəttə ki, mənə də bu cür təkliflər olmuşdu. Bəzən deyiblər ki, sənin danışığın da, savadın da, görkəmin də filan vəzifəyə uyğundur. Mən isə imtina etmişəm. Bəzən könlümdən keçsə də, qəbul etməmişəm ki, məni öz sənətimdən uzaqlaşdıracaq. Mən bu sənətə kortəbii deyil, şüurlu surətdə gəlmişəm və sənətə gəldiyim zaman bütün çətinlikləri əvvəlcədən göz önünə almışdım.
- Çətinliklərdən danışarkən bir məqamı da vurğulamaq yerinə düşər: adətən rayondan Bakıya təhsil almağa gələn gənclərin arzuları bəyaz vərəq kimi tərtəmiz olur. Lakin sonra Bakı mühiti, müəyyən çətinliklər onların arzularını tamamilə dəyişir. İllər öncə Ağdamdan Bakıya tələbə olmaq eşqi ilə gələn Azad müəllimin necə, Bakı mühiti arzularını dəyişdimi?
- Xeyr. Əlbəttə, bu barədə sizinlə razıyam. İş budur ki, mənim sənət müəllimlərim görkəmli sənətkarlarımız Rza Təhmasib və Əliabbas Qədirov olublar. Onlar mənə hər zaman acı həqiqəti deyərdilər. Sənətin və həyatın ilk baxışdan gözə görünməyən, amma reallıqda bizi gözləyən çətinliklərdən söz açırdılar. Bilirsiniz, çox zaman rayondan, xüsusilə kənd həyatından Bakıya daha gözəl yaşam üçün üz tutan gənclərin ağlına belə gəlmir ki, şəhər həyat gözləmədiyimiz qədər çətin və mürəkkəbdir. Mən gənc yaşlarımdan həyatın çətinliklərini birbaşa olaraq yaşamışam və bu gün çətin keçən günlərlə dolu və bir o qədər də maraqlı tələbəlik illərimi unutmuram.
- Bədii qiraət sənəti daha əvvəlki gücdə deyil. Demək olar ki, indi bu sənətlə proffessional olaraq çox az insan məşğul olur. Bu nəylə bağlıdır?
- Əvvala ona görə ki, bu sənət ilk baxışdan asan görünsə də, əslində çox çətindir. Bu gün şeir əzbərləyib söyləyənlər həddindən artıq çoxdur və şeir söyləyənlərin hamısına bədii qiraətçi demək olmaz. Səməd Vurğunun “Vaqif” poemasından çox gözəl bir misranı xatırlamaq yerinə düşərdi:
Böyük təbiətlər yetişir az-az,
Hər yerdə, hər zaman inci tapılmaz...
Bu gün həqiqi bədii qiraət sənəti ilə məşqul olanlar çox azdır. Elə adamlar var ki, şeir deməkdə məni yıxıb sürüyərlər. Mən iki saat şeir deməklə məclis saxlayıramsa, o, altı saat deyər, lakin onun sənəti bədii qiraət yox, şeir demək sənətidir...
- Bəs bu gün zövqlü və həvəskar izləyici hansı nüanslara görə bədii qiraət və şeir demək sənətini fərqləndirə bilər?
- Bədii qiraət sənəti aktyorluqdan bəhrələnir. Qabliyyəti olan və eyni zamanda normal aktyorluq təhsili görən gənclər bu sənətin incəliklərinə yiyələndikdə, çox böyük uğurlar qazana bilir. Burada əvvəlcə danışıq texnikasını, mətn üzərində işi, sözlə işgörmə elementlərini, Azərbaycan dilinin orfoepiya qanunlarını bilməlisən. Hər şeydən qabaq bədənini şüurlu surətdə danışığa hazırlamalısan. Danışıq aparatın da mütləq daim danışığa köklü olmalıdır. Daha sonra sənin təxəyyülün çox ciddi işləməlidir. Daxilin zəngin olmalıdır. Eyni zamanda, əvvəldə dediyim kimi, istedad və qabiliyyətin olmalıdır. Ən azı mənsub olduğun xalqın ədəbiyyatını yaxşı bilməlisən. Mən bədii qiraətçiləri sanki bal arısına bənzədirəm. Bal arısı bütün çiçəklərdəki dadları yığıb bala çevirir, pətəyə yerləşdirir və biz də ondan ləzzətlə istifadə edirik. Min bir dərdimizin dərmanı olur. Hamı axşamlar öz övladını qucaqlayıb yatdığı zaman, biz bədii qiraətçilər şeir əzbərləyirik. Çox vaxt olub ki, səhərləri dirigözlü açmışam. Səhərə kimi yatmayıb mətn üzərində işləmişəm. Bəzən olur ki, mətnin mənasını açmaq üçün bir neçə ədəbiyyat nümunəsinə baş vurmalı olursan. Təəssüflər olsun ki, indi şeir söyləyənlərin bir çoxu bu məsələlərdən xəbərsizdilər. Gözümü əlimlə bağlayıb qarşımdakı insanı görmürəmsə, bu hələ o demək deyil ki, həmin adam yoxdur. Bu mənada şeir söyləyənlərin bir çoxu belə məsələlərdən xəbərsiz olaraq, özlərini bədii qiraətçi adlandırırlar. Mən bədii qiraət sənətində nə qazanmışamsa, zəhmətim hesabına qazanmışam.
- Bədii qiraətçinin gözəl səs tembri olmalıdır. Bəzən bu sahəyə həvəs göstərənlərin ya fərqli səs tembri olmur, ya da səslərində ciddi problemləri olur. Bu zaman nə etmək lazımdır?
- Əsl bədii qiraətçi eyni zamanda danışıq sənəti üzrə mütəxəssis hesab olunur. Səslə işləmək qaydasının və səsdəki qüsurların aradan qaldırılmasının beynəlxalq aləmdə qəbul olunmuş normaları, üsulları var. Əsl bədii qiraətçi də mütləq bu normaları bilməlidir. Bu üsullardan biz tədris prosesində istifadə edirik. Elə sait və samitlər var ki, ancaq bizim dildədir. Mən tədris prosesi zamanı tələbələrimə səsin qurulması və qorunması üsullarını öyrədirəm. Elə tələbələr var ki, çox həvəsli olub sona kimi bu incəlikləri öyrənirlər. Elə tələbələr də var ki, öyrənməkdə tənbəllik edirlər. Quyuya su tökməklə quyu dolmaz. Elə tələbələr var ki, aktyorluq ixtisası üzrə birinci kursa gələndə səsi, digər danışıq keyfiyyətləri çox pis vəziyyətdə olur. Daha sonra üzərində işləyərək, qrupun liderlərindən birinə çevrilir. Bütün bunların fonunda tələbələrin sənətə olan sevgisi, düzgün münasibət, zəhmətsevərlik və məsuliyyəti dayanır. Mənim praktikamda yüzlərlə belə hal olub.
- Olur ki, istedadsız bir insan bədii qirət sənətinə gəlmək istəyir və israr edir ki, bu sənətin incəliklərini ona öyrədəsiniz. Bu kimi insanlara həqiqəti necə izah edirsiniz?
- Bu cür hallarla çox qarşılaşmışam. Elə insanlar olur ki, onunla bircə dəfə danışıram və həqiqəti başa düşür. Elələri də olur ki, başa düşmək istəmirlər. Bəzən mən onlara təmsillərdən, şeirlərdən misallar gətirərək, fikrimi çatdırmağa çalışıram və o zaman başa düşürlər. Mən bunu elə etmək istəyirəm ki, heç kim məndən inciməsin. Axı istedadsız və qabiliyyətsiz adam bu sənətə gələndə ömrü boyu əziyyət çəkir. Özünü sənətdə təsdiq edə bilmir və ürəyində hamının paxıllığını çəkir. Sənətdə olan istedadsız insanların nəinki özləri, hətta gələcəkdə quracağı ailənin üzvləri də həddindən artıq əziyyət çəkirlər. Vaxtında doğrunu söyləyib bu sənətdən uzaqlaşdırdığım insanlar var ki, indi çox yaxşı biznes sahibidirlər. Hətta aralarında deputat olanlar da var. O insanların arasında icra başçısı vəzifəsinə qədər yüksələnlər də var ki, vaxtilə aktyor olmaq istəyirdilər. İndi də həmin insanlarla çox yaxşı münasibətlərimiz var. İlk baxışda çox ciddi və həyəcanlı olub özlərini bu sənətdə göstərə bilməyən insanlarla da qarşılaşıram. Belə insanların istedadının üzə çıxması üçün münbit şərait, zaman və təcrübə gərəkdir. Məhz bu qəbildən olan insanları bir neçə dəfə yoxlayıb, daha sonra fikir bildirmək lazımdır.
- Tələbələrinizdən söz düşmüşkən, onlar arasında bədii qiraət və aktyorluq üzrə çalışanlar çoxdur?
- Söylədiyim kimi, bədii qiraət çox çətin sənətdir və bu sahədə qalıb özünü doğruldan tələbələr çox az olur. Amma aktyorluq üzrə tələbələrimin sayı indi çoxdur. Təəssüf ki, sənətə gələn bəzi tələbələr ilk vaxtlarda müəyyən qədər maddi çətinliklərlə üzləşir və sənətdən uzaqlaşırlar. Çox əminliklə deyə bilərəm ki, Akademik Milli Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında, Musiqili Teatrda, Rus Dram Teatrında, Opera və Balet Teatrında, bölgələrdəki teatrlarımızda, bu və ya digər teleradio şirkətlərində çalışan tələbələrim çoxdur. Mən bu mənada Azərbaycan mədəniyyəti qarşısında, tələbələrim qarşısında, ən əsası isə öz vicdanım qarşısında rahatam. Mən bunu daha vacib faktor hesab edirəm. Xoşbəxtəm ki, tələbələrimlə küçədə rastlaşanda yolumu dəyişmirəm. Onlarla üzbəüz gəlməyə və gözlərinin içinə dik baxmağa hazıram.
- Bəs Azad Şükürov necə, sənətə gəldikdə maddi çətinliklərlə üzləşdi?
- Bəli. Kifayət qədər çətinliklərlə üzləşdim. Mən Ağdamda anadan olub Muganlı kəndində böyümüşəm. Orta məktəbdə oxuduğum zaman bir dəfə Ağdam Teatrının tamaşasına baxdım və həmin andan etibarən aktyor sənətini sevməyə başladım. Sonra Agdam Teatrının bir neçə tamaşasına baxdım. Məktəbi bitirdikdə qərara gəldim ki, sənədlərimi İncəsənət İnstitutuna təqdim edim. Bakıya gəldim və birinci il qəbul imtahanından kəsildim. Adətən kəsilən tələbələr deyirdilər ki, məni kəsdilər. Mən isə dərk edirdim ki, mən özüm kəsildim. Bir il Bakı şəhərində qaldım, tikintidə işlədim. İmkan olanda vaxt tapıb instituta hazırlaşdım və növbəti il qəbul olundum. İnstitutu fərqlənmə diplomu ilə bitirdim. Lənkəran teatrında işlədim. 1984-cü ilin sentyabr ayından indiki ADMİU-nun Tədris Teatrında fəaliyyət göstərməyə başladım. 1990-cı ildən Səhnə danışığı kafedrasında müəllim, 1996-cı ildən baş müəllim, 2002-ci ildən dosent, 2001-2006-cı illər ərzində kafedra müdiri oldum. 2015-ci ildən yenidən kafedra müdiri vəzifəsində çalışıram.
- Bu gün gənclər arasında aktyor və bədii qiraət sənətini seçənlər azdır. Ola bilər ki, bu sahəyə maraq daha da azalsın?
- Bədii qiraət çətin sənət olsa da, həmişə onun dəyərini bilənlər üçün kifayət qədər maraqlı sənət olub. Düşünürəm ki, gənclər çox vaxt bu sənətin çətinliyindən qorxurlar. Həm də həqiqəti demək istərdim: bu sənətdə maddi durum çox aşağıdır. Məsələn, teatrlarda və kinoda verilən məvacibin aşağı olması bir çox insanların madiyyat üçün bu sənətdən uzaqlaşmasına gətirib çıxarır. Aktyorluq və rejissorluq mən deyərdim ki, qul əməyidir. İnsan fikirləşir ki, şənbəm yox, bazarım yox, mən hər gün dayanmadan məşq etməliyəm. Hamı ailəsi ilə birlikdə evində bayram keçirəndə mən konsertdə çıxış etməliyəm və özü də çox kiçik bir məvacib qarşılığında. Düzdür, sənət fədailəri, öz canlarını bu sənətdə qurban verənlər həmişə olub və bu gün də var. Amma bütün bunlara baxmayaraq, mən bir az bu məsələdə optimistəm. Çünki bu sənətə gələn və gəlmək istəyənlər çoxdur.
- Sənətə gəlmək istəyən dedikdə, şöhrət üçün gəlib onun ağırlığını gördükdə çox qısa müddətdə sənətdən qaçan insanları nəzərdə tutursunuz?
- Bu məsələdə haqlısınız. Çox böyük ümid etdiyim, deyərdim ki, proffessionallarla ayaqlaşacaq gücdə olan, aktyorluğu bitirib 2-3 il işləyib daha sonra arzularına xətt çəkərək, kommersiya ilə məşğul olan tələbələrim də var. Müstəqilliyimizin ilk illərində bir çox tələbələrdə bu hallar olurdu. Amma indi vəziyyət o qədər də acınacaqlı deyil. Cənab prezidentimizin bu yaxınlarda mədəniyyət xadimlərinin bir qismi ilə görüşündən sonra bəzi teatrların statusu artırıldı. Teatrlarda maaşların artırılması müzakirə olundu. İnanıram ki, məhz bu uğurlu addımlardan sonra sənətə gələn və sənətdə qalan gənclərimizin sayı artacaq.
- Heç səhnə yoldaşlarınızla konfliktləriniz olub?
- Əlbəttə olub. Bu gün də var. Əgər hamı desə ki, Azad müəllim yaxşı adamdır, deməli mən anormalam. Mənim də zamanla qiymət vermədiyim tələbələr olub, amma mən bu zaman çox əzab çəkmişəm. O tələbələrdən də, onların valideynlərindən də, bəlkə min dəfə artıq əzab çəkmişəm. Çalışmışam ki, belə hallar olmasın, neyniyək ki, bu hallar olub. Nə gizlədim, sənət yoldaşlarımla da konfliktlərim olub. Mən hər halda belə anlaşılmazlıqlardan uzaq olmağa çalışıram. Həyatdır və heç kim heç nədən sığortalanmayıb. Gözlənilmədən və gözləmədiyin insanlarla konfliktlər baş verə bilər. Belə yerdə Əjdər Olun bir ifadəsi çox yerinə düşür: Adamsan da, incidərlər adamı...
- Bu gün incəsənətdə hansı problemlərlə qarşılaşırsınız?
- Film sektorunda, aktyorların zəhmət haqlarının ödənilməsində problemlər var. Məsələn, qardaş Türkiyədə, qonşu İranda aktyorlara verilən məvacibin çox az hissəsi bizə verilir. Bəzən də heç verilmir. Bu yaxınlarda iranlı aktyorlarla bir filmə çəkildim və məndən zəif rol ifa edən iranlı aktyora məndən on dəfə çox pul verildi. Bütün bunları tənzimləyən bir qurum olsaydı, çox yaxşı olardı. Yuxarıda qed etdiyim kimi, ölkə başçısının sənət adamları ilə görüşməsi və onların problemləri ilə yaxından tanış olması ümidimizi artırır. Hər halda, aktyorların maddi durumu bu sahədə müəyyən işlərin görülməsini zəruri edir.