Mikayıl Cabbarovun federasiyasında ÖZBAŞINALIQ - Əcnəbilərə 5 min dollar verir, yerliləri isə...

4-06-2019, 17:19           
Mikayıl Cabbarovun federasiyasında ÖZBAŞINALIQ - Əcnəbilərə 5 min dollar verir, yerliləri isə...
Avropa Oyunlarının bürünc medalçısı, Prezident tərəfindən "Tərəqqi" medalına layiq görülmüş qılıncoynadan Sevinc Bünyatova Azərbaycan Qılıncoynatma Federasiyadakı özbaşınalıqdan, məşqçinin öz azyaşlı tanışını əsas millinin tərkibində təlim-məşqə aparmasından.

Unikal.org-a müsahibə verən idmançı xanım millinin uzun müddətdir məşqsiz qaldığını və yığma komandaya əcnəbi idmançıların gətirildiyini deyib. S.Bünyatova Mikayıl Cababrovun rəhbəri olduğu federasiyada yerli idmançılara qarşı münasibətin mənfi olduğunu da deyib.

- Niyə sizi milli komandadan uzaq salıblar və yerli çempionatda iştirakınıza mane olublar?

- Bilmirəm niyə belə ediblər. Yarışa hazırlaşırdım, məşqlərimə davam edirdim. Hətta yarışa qatılmaq üçün məndən arayış və şəkil tələb etdilər. Hətta məşqçi ilə telefonla danışdım, bildirdim ki, mən məşqdə iştirak edə bilərəm? O da dedi əlbəttə sənin adın siyahıda var.

Yarış günü gəldim, zalda hər kəs mənə təəccüblə baxırdı. Soruşdular "sən niyə gəlmisən?". Dedim, mən yarışa qatılmaq üçün gəlmişəm. O zaman bildirdilər ki, mənim adım həmin siyahıda yoxdur.

Deməli, yarışa 1 gün qalmış mənim adımı çıxarıblar. Bilirəm ki, sabah axşam idmançılar Antaliyaya tlim-məşq üçün yola düşəcək. Türkiyədəki millinin məşqinə də uşaq yaşlı bir qızı qatıblar. Onu da Çingiz müəllim gətirib. Düşünüblər ki, Sevinc yerli çempionatda yer tutacaq və Antaliyadakı məşqə o qız yox, Sevinc gedəcək. Bu səbəbdən məni yarışa qatılanlar siyahısından çıxarıblar.

- Bəs o qız kimdir?

- 13-14 yaşlarında Zərifə adlı bir qızdır. O da baş məşqçi Çingiz Mustafayevin dostunun qızıdır. Əsas milli komandayla getməyə yaşı çatmır. Bu barədə Çingiz müəllimə soruşanda dedi ki, "Sən məni təhqir etmisən". Dedim ki, təhqir etmişəmsə, sübut et mən də razılaşım. Bu heç vaxt olmayıb. Mənim kimisə təhqir etmək kimi bir xasiyyətim yoxdur. Mənə böhtan atırlar.

Bundan öncə baş katibimiz Vasim Məmmədov iclas keçirmişdi. Mən iclasa getdim və maaşım haqqında danışdıq. Dedi ki, 1-2 həftəyə sənə zəng edəcəm gəlib maaşa qol çəkib götürərsən. Razılaşdıq. 2 həftə gözlədim, mənə heç bir zəng vurmadı. Mən zəng etdiyim zaman bildirdi ki, özüm səni çağıracam. Sonra zəng etdi və bildirdi ki, sənin maaşının 6 ayını kəsmişik. 6 ay maaş ala bilməyəcəksən. Səbəbi də baş məşqçini təhqir etməyimdir. Amma məşqlərini davam edə bilərsən. Sonrakı aylarda baxarıq. Bildirdim ki, 2 həftə əvvəl onunla görüşdüm, Çingiz müəllim də orada idi. Mənə orada dedmədiz ki, mən kimisə təhqir etmişəm. İndi isə belə deyirsiniz.



- Bundan öncə də millidən uzaqlaşdırılarkən Vasim müəllimlə görüşmüşdüz?

- Bəli görüşdük, orada mənə vəd verdilər ki, məşqlərini davam et, səni milliyə qaytarırıq. Hər şey yaxşı olacaq. Hətta maaşımı da bərpa edəcəklərini demişdilər. Mən də məşqlərə davam edirdim.

- Bəs siz Çingiz müəllimin özüylə bu barədə danışmısınız?

- Bəli, mənə Vasim müəllim zəng edib deyəndə ki, sən Çingiz Mustafayevi təhqir etmisən, bu zaman həyat yoldaşım yanımda idi. Vasim müəllimlə sağollaşandan sonra Çingiz müəllimlə yoldaşım normal danışdı. Soruşdu ki, Sevinc nə deyib sizin haqqınızda, sizi təhqir edib?

O da cavab verdi ki, qəti sürətdə belə bir hal baş verməyib. Mümkün deyil, o məşqlərini davam edə bilər.

Biz deyəndə ki, Vasim müəllim bizə belə deyir. Dedi yəqin o səhv başa düşüb, Sevinc məni təhqir etməyib.

3-4 gün keçdikdən sonra Çingiz müəllim fikrini dəyişdi. Baş məçqimiz dedi yox, məni təhqir etmisən. Halbu ki, telefonda demişdi belə bir hal olmayıb. Biz Vasim müəllimlə yenə danışdıq. Dedi bu barədə görüşərik. Amma məşqlər, yarışlar üçün ölkə xaricinə gedir. Nə mənlə görüçdü, nə də prezidentin mükafat verdiyi bir idmançının problemini həll etməyə çalışdı.

- Tək sizə qarşı belədirlər, ya digər yerli idmançılarla da belə rəftar edirlər?

- Bilirəm ki, şpaqa növündə hər kəslə belə davranırlar. Sadəcə onlar aldıqları maaşa görə susublar. Mən bildirəndə ki, prezidentə və aidiyyatı qurumlara şikayət edəcəm. Bildirdi ki, "get kimə istəyirsən de. Mən heç kimdən qorxmuram".

- Məşqlər keçirilmir burada?

- Yox, zal boş olur, ya da idmançılar yalandan gəlib gedir. Məşqçi də zala gəlir çay içir. Hətta çəkiliş gələn zaman zala idmançıları doldururlar, çəkiliş getdikdən sonra hərə öz işində olur. Çəkiliş olan zaman 1 gün öncədən xəbər verirlər.

- Milliyə deyəsən əcnəbi idmançılar gətirilib?

- Elədir, 2 rus idmançı millimizə qatıblar. Hər ikisinə ayda 5000 dollar pul veirirlər. Hətta onlar bizim milli ilə heç bir məşqə qatılmırlar. Öz ölkələrində öz məşqçiləri ilə çalışrlar. Ancaq yarışdan-yarışa gəlib qatılıb çıxırlar.

Hətta məni bu yerli yarışa ona görə çıxarmadılar ki, mənim onların külli miqadarda pul verib milliyə qatdıqları idmançıları məğlub edə biləcəyimi anlayırdılar. Rəhbərliyə yeni gətirilmiş idmançıların məğlub olduğunu göstərmək istəmirdilər.

- Bəs idmançıları forma və silahla təmin edirlər?

- Ötən il etmirdilər, deyirdilər öz cibinizdən xərcləyib. Bu il aldılar. Əgər məşq zamanı qılınc qırılarsa özünüz alın deyirlər. Hətta onu da bildirim ki, qılıncı sınan idmançı məcbur oldu qılıncı "svarka" etdirmək məcburiyyətində qalmışdı .












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.