Azərbaycanlı rəqqasədən şok etiraflar: “Ağladım, polisə dedim, nə olar...”

2-10-2019, 15:06           
Azərbaycanlı rəqqasədən şok etiraflar: “Ağladım, polisə dedim, nə olar...”
Rəqqasə Rəna (Renka) Ağamuradova Teleqraf.com-a müsahibə verib.
- Adınızdan başlayaq. Sizə "Renka xanım", yoxsa "Rəna xanım" deyə müraciət edəndə daha çox xoşunuza gəlir?
- Renka daha çox xoşuma gəlir.
- "Renka xanım" fərqli səslənir. Bu cür müraciət edənlər çoxdur?
- Bəli, çoxdur. Renka xanım deyəndə gülürəm. Deyirəm ki, Renka deyə bilərsiniz. Artıq buna öyrəşmişəm.
- Siz həm də rəqs müəllimi kimi fəaliyyət göstərirsiniz…
- Bəli, çoxdan rəqsdən dərs deyirəm.
- Digər məşhurlar kimi siz də özünüzə köməkçi götürmüsüz?
- Harasa gedən zaman məni tanıyırlarsa, deməli, məşhuram? Məncə, elə demək düz deyil. Mənə bacım dəstək olur. Hər şeyi özüm etməyə öyrəşmişəm. Telefonumu belə özüm götürürəm.

- Bir müddət əvvəl bacınızla birlikdə taksi sürücüsü ilə problem yaşamışdınız. Yenə də o cür problemlərlə qarşılaşırsınız?
- Xeyr, artıq daha təmkinliyəm.
- Yol-hərəkət qaydalarını pozursunuz? Eləcə də məşhur olduğunuza görə güzəştə gedirlər?
- Yol-hərəkət qaydalarını pozan zaman cəriməsini də ödəyirəm. Balımı yazırlar. 18 balım var (gülür). Mən məşhuram deyərək səs-küy salmağı sevmirəm. Bir müddət əvvəl tıxacda idik və kiçik səhv etdim. Ac olduğuma görə də ağlayırdım. Ümumiyyətlə, ac olanda ağlamağım gəlir. Polis məni saxladı, dedim ki, nə olar, acmışam, bizə icazə verin, gedək. Polisin yazığı gəldi və bizi buraxdı.

- Ac olmaqdan başqa nəyə ağlayırsınız?
- Kinoya baxanda da ağlayıram.
- Hansı həmkarınızın rəqsini görmək istəmirsiniz? Ümumiyyətlə, ad çəkə bilərsiniz?
- O haqda danışmaq istəmirəm. Onlara reklam olar.
- Həmkarınız rəqqasə Aytən qeyd etdi ki, məhərrəmlikdən sonra altı illik sevgilisi başqa xanımla evlənir. Siz belə vəziyyətə düşsəniz nə edərsiniz?
- Mənim də üç illik sevgilim evləndi. Biz o zaman ayrılmışdıq.

- Hazırda sevgilinizin olmamasına heç kim inanmır.
- Bəli. Heç kim inanmır ki, sevgilim yoxdur. Təmiz sevgi axtarıram. Bəlkə də əvvəl yaşadığım sevgini axtarıram. Çox düşünmək də adamı yorur. Ona görə yenidən yoqa ilə məşğul olmağa başladım. Yoqada bu gününlə yaşayırsan. Bilirəm ki, həmin sevgini bir daha yaşamayacam. Ümumiyyətlə, son günlər çox pis olmuşam. İnsanlara inana bilmirəm. Bəlkə də tənhalığa öyrəşmişəm. Ev, iş, uşaq və sair. İnanmıram ki, bundan sonra həyatımda kimsə olsun.
- Üç illik sevgilinizlə əlaqəniz varmı?
- Onunla dost kimi danışırıq.
- Evləndiyini qeyd etdiniz. Həyat yoldaşı sizi qısqanmır?
- Qısqanmır. Mənə çox adam deyir ki, sən necə dost qala bilirsən? Həyat yoldaşımla da dost kimi ayrılmışıq.

- Üç illik münasibət yaşadığınız şəxsə sevgi hissiniz qalıb?
- Hislərim keçsə də doğmalıq qalıb. Biz çoxdan ayrılmışıq. Onunla birlikdə çox çətin anlar yaşamışıq. Ona görə onunla rahat dərdləşə bilirəm.
- İçki içirsiniz? İçki qəbul edən xanımlara münasibətiniz necədir?
- İşim bitdikdən sonra rahat yatmaq üçün bir bakal şərab içirəm. Çünki oynadıqdan sonra bədənimiz ağrıyır, yoruluruq. Digər tərəfdən, biri istəyir narkoman olsun, siqaret çəksin, bədənini satsın, ondan bizə nə? Hər kəsin öz həyatı var. Düzdür, içki içib, özünü itirən xanımlara gülürəm. Xüsusilə qadınlar depressiyaya düşəndə çox içirlər. Hər halda içki içən xanımlar pis baxmıram.
- Sizə sonuncu sevgi etirafı kim tərəfindən və necə olub?
- “Sizdən xoşum gəlir” deyirlər. Bu, əsl sevgi deyil axı. Mənə sevgi etiraf edənlər bədənimlə deyil, ruhumla maraqlanmalıdırlar.

- Bəlkə ruhunuzla da maraqlanırlar...
- 34 yaşım var, artıq insan ağzını açanda bilirəm ki, nə istəyir. Düzdür, hədiyyələr göndərirlər, çox sevdiklərini deyirlər. Amma əsl sevgi başqa şeydir. Sevgi üç il əvvəl yaşadığım insanın sevgisi idi. Başqa sevgi görmədim.
- O da evləndi...
- Nə olsun... Mən də həmin hislərlə yaşayıram. Əlbəttə, yenidən bir araya gələ bilmərik. Ayda bir dəfə sadəcə dost kimi danışırıq.
- Hazırda depressiya yaşayırsınız?
- Bəli, depressiyadayam.
- Adətən, depressiyanız nə qədər davam edir?
- Keçicidir. Dolça bürcüyəm. Depressiyaya tez düşür, tez də çıxıram. Sevgi olmasa bizə ilham gəlmir. Bu dəqiqə heç nə etmək istəmirəm. Sadəcə yeyib yatmaq arzusundayam. İş olmadığına görə də depressiyaya düşürəm. Tarqovıda məkanların birinə gedirəm. Orada bir bakal şərab içib, canlı musiqi dinləyirəm.
- Bəs, qorxmursunuz ki, içki içdiyinizi videoyaya çəkib, sosial şəbəkədə paylaşarlar?
- Xeyr. Hər kəs məni tanıyır.
- Müğənni Mətanət Əsədovanının içki içdiyi iddia edilən video yaymışdılar.
- Çəksinlər, sosial şəbəkədə paylaşsınlar. Burada nə var ki... Özüm də o cür fotolar paylaşaram. Elə videonu çəkənlər içki içənlərdən betərdilər. Pisliyə meylli insanlardılar. Məni məkanlarda tək görən dostlarım təəccüblənirlər. Deyirlər ki, niyə təksən? Deyirəm, tək olanda nə olar, rəfiqəm və oğlanım yoxdur (gülür). Tək qalmaq, düşünmək istəyirəm.

- Məhərrəmlikdən sonra toylar başlayır. Bildiyimizə görə, toya 300 manata gedirsiniz. Yeni mövsümdə də eyni qiymət qalacaq?
- Qiyməti qaldırmışam. Mənə xınayaxdı təşkilatçıları çox mane olur. Deyirlər ki, Renka telefonları götürmür. Halbuki həmin qızlar əvvəllər mənim rəfiqəm olublar.
- Deyirlər şou-biznesdə məşhur bir şəxslə sevgili olmusunuz. Bu, nə dərəcədə doğrudur?
- Xeyr, şou-biznesdə sevgilim olmayıb, olsa deyərdim. Sadəcə xaraktercə çox səmimi insanam. Bu da mənə çox mane olur. Kiminləsə çox səmimi zarafat edəndə səhv başa düşürlər. Elə bilirlər ki, sevgilimdir. Bir dostumun sevgilisi mesajlara baxıb, mübahisə etmişdi ki, Renka ilə sevgilisən? O isə mənə telefonu diktafona qoşaraq zəng etdi ki, Rəna biz sevgiliyik? And içdikdən sonra qız inandı. Açıq zarafat etdiyimiz üçün şübhələnmişdi.
- İlanla rəqs etmisiz. Maraqlıdır, ilandan qorxduğunuz an olur?
- Yeni rəqs etməyə başlayanda qorxurdum, sonra öyrəşdim. Sadəcə ilan fısıldayanda ətim ürpəşir.
- Bir çox məşhurların İnstaqramı hakerlər tərəfindən ələ keçir. Sizin instaqram hesabınız ələ keçərsə, nəyin yayılmasından qorxarsınız?
- Qorxduğum heç nə yoxdur.
- Mesajları silirsiniz?
- Silmirəm. Yaxşı xatırlatdınız, mesajları bundan sonra siləcəm. Bir dəfə Türkiyədə olanda insaqram səhifəmin parolunu oğurlamışdılar. Tez haker tapdım, bir saata bərpa etdilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.