Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu, sabiq deputat, YAP Siyasi Şurasının üzvü Xeyrəddin Qoca Milli Məclisin üzvlərinə müraciət edib.
Lent.az xəbər verir ki, o, özünün “Facebook” profilində bununla bağlı paylaşım edib. X.Qoca paylaşımda indiki deputatların seçkiyə qatılmasını pisləyib:
“İndi deputat olanların heç biri yeni seçkiyə qatılmamalıdlr. Çünki özləri etimadı doğrultmadıqlarını təsdiq edirlər!”.
Qeyd edək ki, dekabrın 2-də parlamentdə çoxluq təşkil edən YAP-çı deputatlar Milli Məclsiin buraxılması ilə bağlı ölkə rəhbərliyinə müraciət ediblər. Həmin gün prezident Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib. Hazırda prezidentin parlamentin buraxılması və yeni seçkilər barədə elan verməsi gözlənilir.