“Millətin var-dövləti yanıb və onlar da küçələrdə qalıblar” - Rəşid Mahmudov

19-12-2019, 00:50           
“Millətin var-dövləti yanıb və onlar da küçələrdə qalıblar” - Rəşid Mahmudov
Son zamanlar paytaxt Bakıda “Eurohome” və bunun ardınca üçüncü mikrorayondakı bazarın yanması ziyalılar tərəfindən də qınaqla qarşılanıb.

Tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov bu yanğını törədənlərin cəzalandırlmasını tələb edib. R.Mahmudov yanğın zamanı malları yanan sadə vətəndaşlara da köməklik göstərilməsinin vacibliyini vurğulayıb:

“Ölkə rəhbərliyi ölkədə baş verən yanğın hadisələriylə bağlı ölçü götürməlidir. Ölkəni yandırırlar və belə şey olmaz, bunu edənlər cəzasız qalmamalıdır. Əgər belə olarsa, sabah istənilən adam gedib düşməni olduğu birinin evini yandıracaq. Bu ticarət mərkəzlərini yandıranların kimliyi açıqlanmır, millətə külli-miqdarda ziyan vururlar. Bazar da yana bilərmi? Müvafiq dövlət qurumları cinayətkarları cəzalandırmalıdır. Bu qədər millətin var-dövləti yanıb və onlar da küçələrdə qalıblar. Heç kim bu yazıq vətəndaşlara yiyə durmur. Məmurlar bir-biriylə intriqa aparır və sonda da bunun qurbanı sadə millət olur”.Moderator.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru