Türkiyə prezidenti Ərdoğan:"SÜLEYMANİ KİMİ BİR KOMANDANIN ÖLDÜRÜLMƏSİ QARŞILIQSIZ QALA BİLMƏZ"
6-01-2020, 09:09
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN TÜRK və Kanal D-nin ortaq yayımında gündəmdəki sualları cavablandırıb.
Strateq.az həmin müsahibənin bir hissəsini oxucuların diqqətinə çatdırır.
– ABŞ-ın iranlı general Süleymanini İraqda öldürməsini necə qiymətləndirirsiniz? Bir tərəfdən, müttəfiqimiz ABŞ, digər tərəfdən, qonşumuz və Astanada eyni masada oturduğumuz İran var, bölgəni və dünyanı bundan sonra nə gözləyir?
– Əvvəla, bu, sadəcə İraqda meydana gələn hadisə deyil. Bölgə qaynayır. Bir tərəfdən, biz də Suriyada müəyyən çətinliklər yaşayırıq. Digər tərəfdən, Liviya ilə bağlı proseslər, bu məsələlərlə məşğul olduğumuz bir anda, məlum hadisənin baş verməsi düşündürücüdür. Bunu müəyyən etməliyik. ABŞ-İran gərginliyi artır. Bu gərginliyin nəzarət altında saxlanılması üçün bu günə qədər biz, Türkiyə olaraq, səylər göstərdik. Bütün səylərə baxmayaraq, ABŞ-İran gərginliyini həll etmək mümkün olmadı.
Hadisə məkanı kimi İraqın seçilməsinin də mənası var. Məsələnin bölgəmizin sülhünə və sabitliyinə zərər verəcək tərəflərə vurğuladıq. ABŞ-ın İraqdakı bəzi hədəflərinə hücumla başlayan gərginlik Qasim Süleymaninin ölməsi ilə böhranlı bir mərhələyə çatıb. Həmişə xarici müdaxilələrin əleyhinə olmuşuq. Bu hücumu eyni cür qiymətləndirdik. Dünən onlarla görüşümdə Prezident kimi bəyanatımı verdim.
Xüsusilə, Süleymaninin Bağdadda öldürülməsi başda olmaqla, bölgəmizdəki sülhə və sabitliyə, təhlükə yarandığını diqqətlə izləyirəm. Zərər görməzdən əvvəl bütün tərəflər nəzarət altına alınmalıdır. Yaxın Şərq çox yorulub. Bir anda ABŞ bölgəyə və bu sırada “Sülh çeşməsi” əməliyyatına böyük silah yatırımı qoyub. Digər tərəfdən, Rusiya. Cənuba enirik, rejim, aldığı çox böyük dəstəklə… bu dəstəklərin içində ABŞ, İran və Rusiya var. İdlib kimi bir yerdə indi 300 mindən çox insan sərhədlərimizə yüklənir. Bu insanları öz torpaqlarına köçürmək üçün cavabdehik, ancaq qış mövsümündəyik. Hər cür humanitar addımı atdıq.
Bu vaxt bəzi ölkələrin liderləri ilə, xüsusən Ruhani ilə söhbətim olub. İraq prezidenti ilə də. Qərb ölkələri ilə söhbətim olub. Ruhaniyə səbrlilik təklif etdim. Putin yanvarın 8-də gəlir. Bu məsələlər regionaldır. “Türkün axını” ilə bağlı problemləri də müzakirə edəcəyik.
– Danışıqlarda liderlərin münasibəti necədir? İrandakı hadisələr narahatlıqları çox artırıb. Çətin bir coğrafiyada yaşayırıq. Ən pis ssenari nə ola bilər?
– Süleymani bütün bu bölgəni bilən bir insan idi. Bir insanı elə-belə tərifləməzlər. Burada məhz belə bir insanın seçilməsi… Əlbəttə, bəzi metaforalar edilir, İŞİD-in rəhbəri kimi bənzətmələr… Qasim Süleymani əslində, onların bənzətmələrindəki kimi, xəlifəlik həvəsində olan bir adam deyildi. Bu mövqedə olan şəxsin kimliyi bəllidir. Qasim Süleymani özünü isbatlamış və Xamnəi tərəfindən qiymətləndirilmiş bir şəxs idi. ABŞ-ın belə bir məqamda olan adamı seçməsi bölgədə gərginliyin qat-qat artmasına səbəb olub. Düşünürəm ki, bir ölkənin ən üst mövqedəki komandanını öldürmək qarşılıq verilmədən qala bilməz. Buradakı seçim düzgün deyil. Bölgədə gərginliyin artmasına səbəb olmuş yanaşmadır. Trampla telefon danışığımızdan 4-5 saat sonra baş verib. Mən Trampa İranla gərginliyi artırmamağı tövsiyə etdim.
Türkiyə bölgənin yalnız sabitlik adası deyil, sanki bölgədəki sabitlik terminidir. Bu şüurla davranırıq və diplomatiyanı önə çıxarırıq.
– Siz Süleymanın funksiyalarından asılı olmayaraq, bölgədəki sabitliyi vurğulayırsınız…
– Bu sabitlik pozulduğu an İran, İraq, Türkiyə zərər görər. Artıq İrana qarşı sanksiyalar tətbiq edilir. Artıq belə zərər var. Bizə sanksiya tətbiq edilmədiyini söyləyə bilərmiyik?! “F-35”-ləri verməyəcəklərini söyləyirlər. Trampın müqaviməti var, amma “F-35”-lərimizi ala bilmirik. Beləliklə, münasibətlərdə, ticarətdə hara doğru gedirik?! Bu düzgün və dürüst bir yanaşmadırmı? Görüşlərimizdə deyilən şey budur: “Biz Türkiyəni sevirik, işlər yoluna düşəcək”. “S-400” bəhanəsi ilə işlər nə hala gəldi?!