“Millətin vələdi dönüb, biri qudasını qaçırır, digəri 10 yaşlı uşağı öldürüb yandırır...”

9-01-2020, 08:53           
“Millətin vələdi dönüb, biri qudasını qaçırır, digəri 10 yaşlı uşağı öldürüb yandırır...”
“Qabaqcadan qətlin hansı səbəbdən baş verdiyini deyə bilmərəm, bunu istintaq müəyyən edəcək. Amma arada qisas almaq kimi bir iş varsa, bunu uşağı qətlə yetirməklə etmək də olmaz axı”

Bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov 10 yaşlı Nərminin vəhşicəsinə qətlə yetirilməsinə münasibət bildirərkən deyib. R.Mahmudov cəmiyyətdə dəhşətli hadisələrin baş verdiyini bildirib:

“Adam bilmir on yaşlı Nərminin qəddarcasına öldürülməsinə nə ad versin. Qabaqcadan qətlin hansı səbəbdən baş verdiyini deyə bilmərəm, bunu istintaq müəyyən edəcək. Amma arada qisas almaq kimi bir iş varsa, bunu uşağı qətlə yetirməklə etmək də olmaz axı. Bunun bir adı var, o da vəhşilikdi. Ay oğul, bu millətin vələdi dönüb, biri qudasını qaçırır, digəri azyaşlı uşağı öldürüb yandırır. Adam bilmir nə desin. Dəhşətli hadisələr baş verir cəmiyyətdə”.

Qeyd edək ki, ötən il Tovuz rayonunda itkin düşən 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın meyiti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. Hadisə iki gündür ki, ölkə ictimaiyyətində qınaqla qarşılanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru