Büllüten kimlərə verilir? – Müsahibə

6-02-2020, 09:58           
Büllüten kimlərə verilir? – Müsahibə
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və ya bülletendə olarkən əmək haqqının hesablanması məsələsi əksər işçilərdə sual doğurur.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov mövzu ilə əlaqədar Teleqraf.com-un suallarını cavablandırıb.

- Sahib müəllim, müvəqqəti əmək qabiliyyətini itirmək nə deməkdir?

- Şəxs əmək qabiliyyətini xəstələndiyi zaman itirə bilər. Əmək Məcəlləsinə görə, işləyən şəxs 3 gündən 6 ayadək əmək qabilliyyətini ardıcıl olaraq itirərsə, ona müavinət verilir.

- Müavinətlə əmək haqqının fərqi nədir?

- Müavinəti maaşla səhv salmaq olmaz. İşçi bülleten sənədini iş yerinə təqdim edir və onun əsasında iş yerində stajından asılı olaraq müavinət hesablanaraq verilir. Müvəqqəti əmək qabiliyyətini itirənlərin 12 illik sığorta stajları varsa, istənilən halda onlara orta aylıq əmək haqqı 100 faiz ödənuilir.

- Maraqlıdır, kimlərin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ var?

- İstehsalatda baş verən bədbəxt hadisələr nəticəsində alınmış travmaya görə, yaxud peşə xəstəliyinə görə müvəqqəti əmək qabiliyyəti itirilə bilər. Büllüten hər yerdə eyni qayda ilə verilir. Birinci şərt odur ki, əmək müqaviləsi olsun. Eyni zamanda, əmək müqaviləsində şəxsin aldığı məvacib göstərilməlidir.

- Müavinət hansı qaydalar əsasında verilir?

- Bu, Nazirlər kabinetinin 1998-ci il 15 sentyabr 189 nömrəli qərarı ilə tənzimlənir və normativ hüquqlar əsasında həyata keçirilir. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığorta edənin vəsaiti hesabına müavinət hesablanması və ödənilməsi haqqında əsasnamə var. Müavinətin miqdarı işçinin iş stajından və imtiyazlarından asılı olaraq dəyişir. İlk 14 gün üçün bu vəsait işə götürənin hesabına ödənilir. Növbəti günlərdə əmək qabiliyyətini itirməyinə görə müavinət Dövlət Sosisal Müdafiə Fondu tərəfindən ödənilir.

- Sahib müəllim, bəs analıq məzuniyyətində bu proses necə baş verir?

- Müvəqqəti əmək qabiliyyətinin itirilməsi doğuşa qədərki dövr və doğuşdan sonrakı dövr olaraq hesablanılır. Qanunvericilikdə 126 gün nəzərdə tutulur və bu müddət artırıla da bilər. Bu zaman müavinət yenə də bayaq dediyim qayda ilə ödənilir. Eyni zamanda, ananın körpəsinə qulluqla əlaqədar da büllütenə çıxması mümkündür. Bu müddət 2 həftəyə qədərdir.

- Bir şəxs il ərzində neçə dəfə bülleten götürə bilər?

- Şəxs il ərzində ambulator və ya stasionar müalicə ilə əlaqədar dəfələrlə müvəqqəti əmək qabiliyyətini itirə bilər. Sadəcə burada fasiləsizlik məsələsi var. Əgər bu müddət 6 aya qədər davam edərsə, bu zaman işə götürən əmək müqaviləsinə xitam verə bilər. Bu zaman isə tibbi sosial ekspert komissiyasının işçinin əmək qabiliyyətinin olmaması və ya itirməsi barədə müfaviq qərarı olmalıdır. Həmin şəxs bu halda əlillik dərəcəsi ala bilər.

- Bəs, özəl sektorlarda bu proses necə tənzimlənir?

- Özəl sektorda problem əmək müqavilələrinin olmamasından başlayır. Yaxud da ikili mühasibat olur . Bu zaman əmək kitabçasında yalnızca rəsmi maaşı qeyd edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.