Kan-Lük Reytser: "Bu gün böyük tərəqqi görürəm" - MÜSAHİBƏ

9-02-2020, 22:00           
Kan-Lük Reytser: "Bu gün böyük tərəqqi görürəm" - MÜSAHİBƏ
"Vestnik Kavkaza" Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı Fransa parlamentinin deputatı, Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Kan-Lük Reytserdən müsahibə alıb.

Teref.Az SİA-ya istinadən sözügedən müsahibənin tərcüməsini təqdim edir.

- Azərbaycan parlamentinə seçkilərlə bağlı sizdə hansı təəssüratlar yaranıb?

-Hər şey çox gözəl təşkil edilib. Biz dərhal bütün namizədlərin siyahılarını, səsvermə qaydalarını və digər prosesləri gördük. Biz görürük ki, təşkilatçılıq məsələləri ilə yaxşı ixtisaslaşmış peşəkarlar məşğul olur. Seçicilərin kabinəyə daxil olaraq öz seçimlərini və şəxsi seçimlərini etməyə heç nə mane olmur.

- Fransa və Azərbaycan parlamentarilərinin münasibətləri necə tənzimlənəcək?

- Milli Məclisin yeni tərkibində bir çox gənc insanların, daha çox qadınların olacağı gözlənilir. Azərbaycan parlamenti daha çox Fransa parlamentinə bənzəyəcək. Mən, Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti kimi tez-tez Bakıda oluram. Bizdə bu şəhərlə sıx münasibətlər formalaşdırılıb və biz bu əməkdaşlığı daha da dərinləşdirmək istəyirik.

Fransada erməni diasporasının üzvləri yaşayır, ona görə də, vacibdir ki, fransız ictimaiyyəti və siyasətçiləri Azərbaycanın fikirlərini, düşüncələrini, mövqeyini eşidib-anlasınlar. Biz çox ümid edirik ki, Fransa prezidenti Emmanuel Makron daha sıx münasibət qurmaq üçün Bakını ziyarət edə biləcək. Ona görə ki, Azərbaycan regionun sabitliyi üçün çox böyük rol oynayır. Hazırda Bakı Rusiya, İran, Türkiyə kimi böyük dövlətlərlə özünün balanslaşdırılmış xarici siyasətini qurmağa çalışır. Bu dövlətlərlə möhkəm bağların yaranması üçün Azərbaycan prezidentinin böyük xidmətləri vardır.

- Azərbaycanda həyata keçirilən islahatlardan nə gözləyirsiniz?

- Hazırda burada elektoral prosesi gedir ki, bu da Fransa ilə münasibətdə pozitiv təsirlər göstərir. Vurğulamaq istərdim ki, Fransaya əsl demokratik prosesləri formalaşdırmaqdan ötrü 200 il lazım oldu. 25 il əvvəl mən burada müşahidəçi idim və bu gün böyük tərəqqi görürəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.