Ayaz Mütəllibov: "Paşinyan yalan danışır, mən elə söz deməmişəm"

16-02-2020, 09:01           
Ayaz Mütəllibov: "Paşinyan yalan danışır, mən elə söz deməmişəm"
“Əlbəttə ki, mən belə söz deməmişəm. Bu iddia yalandır. Bəli, qeyd etmişdim ki, həmin dövrdə müxalifətin hərəkətləri nəticəsində Azərbaycanda daxili vəziyyət qarışıq idi”.

Teref.az xəbər verir ki, bunu Media.Az-a açıqlamasında Azərbaycanın eks prezidenti Ayaz Mütəllibov deyib.

O bildirib ki, nə vaxtsa Xocalı soyqırımını azərbaycanlıların törətdiyini deməsi ilə bağlı iddialar tamamilə əsassızdır:

“Ermənistan tərəfi daim bu məsələni müzakirəyə çıxarır. Amma belə iddia həm də gülməlidir. Təbii ki, Prezident İlham Əliyev debatda Paşinyana tamamilə doğru cavab verdi”.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində Ermənistan Baş naziri Nikol Paşinyan Xocalı soyqırımı ilə bağlı danışarkən, Azərbaycanın eks prezidenti Ayaz Mütəllibova “istinad edərək” sözügedən hadisəni azərbaycanlıların törətdiyini iddia etsə də, Prezident İlham Əliyev buna qətiyyətlə cavab verərək, onun iddialarının əsassız olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru