"Gözləyək, görək bundan sonra nə olacaq?" – Etibar Məmmədov

16-02-2020, 09:14           
"Gözləyək, görək bundan sonra nə olacaq?" – Etibar Məmmədov
"Gözləyək, görək bundan sonra nə olacaq?" – Etibar Məmmədov
Məlum olduğu kimi, Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov növbədənkənar parlament seçkilərinə qatılmadı.

Teref.az xəbər verir ki, Moderator.az-a açıqlamasında AMİP lideri seçkilərin nəticələrini dəyərləndirib:

"Hər şey göz qabağındadır. Öncəki seçkilərlə müqayisədə dəyişən heç nə olmadı. Hər şey əvvəlki qaydalarla getdi... Amma seçkilərdən sonra fəallıq bir az artdı. Xeyli müqavimət oldu... Bəzi dairələrin nəticələri ləğv edildi. İndi gözləyək, görək bundan sonra nə olacaq?.. " -deyən AMİP lideri bilavasitə səsvermə günü seçiciləri fəallığının aşağı olduğunu vurğulayıb:
"Müşahidələrimizə görə, səsvermə zamanı seçici fəallığı çox aşağı olub... Çox..."

"Sizin üçün bu dəfəki parlament seçkilərində nəsə gözlənilməz bir şey oldumu?" sualına isə Ertibar Məmmədov "Xeyr" cavabını verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.