İrandan "Sədərək" Ticarət Mərkəzinə mal gətirilməsi dayandırıldı - "İndi bazara ancaq Türkiyədən mallar gətirilir"

24-02-2020, 12:11           
İrandan "Sədərək" Ticarət Mərkəzinə mal gətirilməsi dayandırıldı - "İndi bazara ancaq Türkiyədən mallar gətirilir"
İrandan "Sədərək" Ticarət Mərkəzinə mal gətirilməsi dayandırıldı
İran İslam Respublikasından Azərbaycanda fəaliyyət göstərən "Sədərək" Ticarət Mərkəzinə satış üçün malların gətirilməsi dayandırılıb.

Bu barədə Trend-ə açıqlamasında mərkəzin mətbuat xidmətini rəhbəri Mikayıl Qədimov deyib.

Onun sözlərinə görə, İrandan "Sədərək" Ticarət Mərkəzinə əsasən xalça və digər toxuculuq məhsulları gətirilir:

"Həmin mallar isə artıq gətirilmir. Həm indiki vaxtda bazarda İran malları işləmir. Xalça biznesi ilə məşğul olan şəxslərin əvvəlki aylardan gətirdiyi mallar hələ satılmayıb. Ona görə də İrandan "Sədərək" Ticarət Mərkəzinə malların gətirilməsi dayandırılıb. Bazara əsasən Türkiyə və Çindən mallar gətirilirdi ki, koronavirusla bağlı Çindən də malların gətirilməsi dayandırılıb. İndi bazara ancaq Türkiyədən mallar gətirilir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru