"Təsadüfi adamlar YAP-dan uzaqlaşdırılmalıdır" – Məşhur YAP-çıdan sensasion açıqlama

24-02-2020, 12:15           
"Təsadüfi adamlar YAP-dan uzaqlaşdırılmalıdır" – Məşhur YAP-çıdan sensasion açıqlama
"Son parlament seçkisi və son həbslərdən məlum olur ki, YAP-da ciddi islahatlara ehtiyac var".

"Yeni Sabah" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Musa Musayev deyib. O, bildirib ki, YAP-ın seçkidə iştirak edən keçmiş deputatları - Hadı Rəcəbli (YAP Siyasi Şurasının üzvü), Hüseynbala Mirələmov (YAP Xətai rayon təşkilatının sədri) seçkidə qalib ola bilmədi.
"Eyni zamanda YAP Ağstafa rayon təşkilatının sədri, RİH-nin başçısının müavini, Neftçala rayon YAP-ın sədri, YAP Neftçala rayon Qadınlar Şurasının sədri və həmçinin deputatlığa qadın namizədi, RİH başçısının müavini həbs edilirsə, bu kimi digər xoşagəlməz hadisələr davamlı olaraq təkrarlanırsa, onda bu onu deməyə əsas verir ki, YAP-da islahatlara ehtiyac var .

YAP-ın İcra katibliyində , İdarə Heyətində və Siyasi Şurasında köklü islahatlar aparılmalıdır. Dəyişikliklər qaçılmazdır!

Təsadüfi adamlar YAP-ın Mərkəzi Aparatından uzaqlaşdırılmalıdırlar! YAP-ın yaradıcılarından biri və Siyasi Şuranın üzvü kimi bu hallar məni çox narahat edir.

Düşünürəm ki, qısa zaman kəsiyində bu istiqamətdə tədbirlər görülməsə vətəndaşlarda partiyamıza inam azala bilər. İnanıram ki, yaxın zamanda YAP-ın qurultayı keçiriləcək və biz yeniliklərin şahidi olacağıq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.