"Başıma gələcək hadisələrdən Xaçmaz İcra başçısı günahkardı"-Söhrab Əmrahov

1-01-2016, 19:39           

Manatın ikinci devalvasiyasından sonra paytaxt Bakıda qiymət artımının şahidi olduq.Adiyyatı qurumlar qiymətlərin nəzarət altında saxlanacağın qeyd etsələrdə,amma hər gün qiymət artımının şahidi oluruq.Xatırladaq ki,Bakıda qiymətlərə nəzarət,yoxlamalar olsada,regionlarda vəziyyət fərqlidir.
teref.az yazır ki,Uluyol.İnfo xəbər portalı regionlarda qiymət artımı ilə əlaqəli müntəzəm olaraq oxuculara məlumat verəcik.Bu dəfə qiymət artımından əziyyət çəkən Xaçmaz rayonudur.Elə bu rayondan son parlament seçkilərində Müsavat Partiyasından namizədliyi təsdiqlənmiş Söhrab Əmrahov ölkədə ki,mövcud durumu qiymətləndirdi.

Söhrab bəy,son devalvasiyadan sonra Xaçmaz rayonda durum necədir?

-Qiymət artımı ölkədə hökm sürür.Xaçmaz rayonunda da qiymətlər arzu olunan deyil.Kəndçinin məhsulundan başqa, digər mallar kəskin bahalaşıb.Misal üçün,1.80 qəpik olan mərcimək indi 2.90 qəpiyə satılır.2.60 qəpiyə satılan çay indi 3.70 qəpik olub.Yəqin bu iki məhsulun qiyməti rayonda kəskin bahalaşmaya cavab olar.

Bəs bu qədər bahalaşma ilə əlaqəli rayon rəhbərliyi qabaqlayıcı tədbir görmədimi?

-Qətiyyən,lazımı addımlar atılsaydı ,dediyim məhsullar bir bu qədər artardımı?! Rəhbərlik yuxarıların qulu olduğundan,onların göstərişin yerinə yetirənlərdi.Hələki,proseslərə dövlət nəzarəti yoxdur.Tikinti materialları,ərzaq malları üzü yuxarı qalxır.Hərə istədiyi qiymətdə satır.Unun satışında da qalxma var.28-30 manat arasında dəyişir.Hansı ki, bir kisə un 18 manata idi.

"Qara bazar"da dollar 2 manata satıldı.Xaçmaz rayonunda vəziyyət necədir?

-Dolların qiyməti də günü-gündən artmaqdadı.Son müşahidə olunan qiymət 2.05 qəpik olub.Hal-hazırda satışın dayandırıldığı bildirirlir.Amma ikinci devalvasiyanın acıların yaşayırıq,düşünürəm ki,yaxın zamanda dolları sabit saxlamaq mümkün olmayacaq.Ona görə ki, ölkə gəlirləri neftdən aslı vəziyyətdədir.Dünya bazarında da neft hər gün geriləyir.

Söhrab bəy,Xaçmaz sakinlərinin güzaranı,dolanışıqları nə yerdədir?

-İşsizlik problemi bütün Azərbaycanı zəbt edib.Eləcə də Xaçmaz rayonunda 70 faiz əhali işsizlikdən əziyyət çəkir.Buradan qonşu dövlət olan Rusiyaya üz tuturlar.Oradan qayıdarkən heç nə gətirilməsinə imkan yaradılmır.Gətirilən məhsulları elə hala salırlar ki,satışa yarasız olsun.Təsəvvür edin,siqaret qutusundan bir ədəd götürülər ki,satılmasın.Kolbasanı doğrayırlar,nələr,nələr...Rusiyadan rahat şəkildə ölkəyə gələn,amma öz gömrüyümüzdə olmazın əziyyətlə qarşılaşırlar.Hansı ki,dolanışığı üçün qərib ölkələrdə çalışan insanların rahat olması üçün dövlət maraqlı olmalıdır.İnsanlar manatla götürdükləri krediti verə bilmir,qaldı ki,dollarla götürülmüş kreditlər.

Rayon ictimaiyyəti ilə görüşdükdə nəyin şahidi olursuz?İnsanların son proseslərə yanaşması maraqlıdır.

-İnsanlar çətin durumdadır.Bu belə davam edəcək,daha da pisləşəcək.Bir həftə olar rastlaşdığım mənzərəni deyim.Deməli,Xaçmaz rayon kanalizasiya xətləri dəyişdirirlir.İşçilər deyirlər ki,üç aydır maaş ala bilmirik.Çox,işçi bu səbəbdən çıxıb.İndi təsəvvür edin üç ay evə bir manat apara bilməyən insanlar var.Xaçmazda məmur özbaşnalığı baş alıb gedir.Xalq haqqına sahib çıxmadığından ,böyük qorxu olduğundan heç kim haqqını tələb etmir.Bu məmurlar danışan dilləri kəsdiyindən,hətta ölüm təhlükəsi var.Hamı susur,İcra başçısının haqqını dilinə gətirən,haqqı üçün mübarizə aparan şəxsləri susdurmaq üçün "osobi"qoçuları var.Belə şəraitdə haqqmı tələb etmək olar?!

Xaçmazda komunal xidmətlər hansı vəziyyətdədir?

-Çox bərbad vəziyyətdədir.Yarpaq əsdimi,tədarük görürük ki,indi harda olsa işıqlar sönəcək.İşıq dirəkləri,transformatorlar köhnədir.Qazın gəlişi isə ,əksər kəndlərimizdə zəifdi."Fısıltı" ilə gəlir.Bayaq bayram xörəyi bişirmək üçün odun doğramışam.Soyuqda həyətdə ocaq qalamışam.İlk dəfə qaz çəkiləndə,93-cü illərdə belə deyildi.İki-üç dəfə yaxşı gəlirdi.

Söhrab bəy,gərgin şəkildə seçki prosesi keçdi.Müəyyən təzyiqlər olunduğundan xəbərdarıq.Bu gün ictimai fəal kimi hansısa təzyiqlər olurmu?

-Bəli,təzyiqlər həmişə olub,və bu gün də davam edir.Sanki seçkinin acığı qalıb.Qarabaqara izləyirlər.Mənə qarşı çirkin kompaniyalar davam etməkdədir.Sizin vasitənizlə bir daha bildirirəm ki,mənim heç bir düşmənim yoxdur,başıma gələcək hadisələrdən Xaçmaz İcra Hakimiyyəti başçısı günahkardı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.