Qüdrətli Ordumuzun qeyrətli komamdirlərinə səslənirəm: gücünüzü, qüdrətinizi və şəxsi qeyrətinizi səfərbər edib heç kimdən əmr gözləmədən artilleriya qurğularımızı işə salıb.....
21-05-2020, 09:14
Keçmiş deputat Şuşanı vurmağa
İşğalçı Ermənistan bu gün Azərbaycanın Şuşa şəhərində Qarabağ separatçılarına növbəti təxribat şousu keçirməyi planlaşdırıb. Saat 18:00-da Şuşadakı Mədəniyyət Evində Qarabağ separatçılarının yeni lideri Araik Arutunyana“andiçmə mərasimi” düzənlənəcək. Ermənistanın baş naziri Nikol Paşinyanın da “mərasimdə” iştirak üçün Şuşaya gələcəyi gözlənilir.
Ermənistanın işğal altındakı torpaqlarımızda növbəti təxribat etməyə hazırlaşması Azərbaycanda hiddət doğurub. Buna qarşı müxtəlif çağırışlar səsləndirilməkdədir.
Modern.az xəbər verir ki, Milli Məclisin keçmiş deputatı Əlövsət Ağalarov deyib ki, Şuşanı Azərbaycanın ikinci Baş şəhəri elan edib, təxribatın qarşısını dərhal almaq lazımdır:
“Bu təxribatı bütün benəlxalq norma və hüquqazidd “saxta seçkilərin” rəsmi elan olunması üçün ikinci Baş şəhərimizdə toplaşmağa cəhd edən murdar separatçılar törətmək istəyirlər. Qüdrətli Ordumuzun qeyrətli komamdirlərinə səslənirəm: gücünüzü, qüdrətinizi və şəxsi qeyrətinizi səfərbər edib heç kimdən əmr gözləmədən artilleriya qurğularımızı işə salıb əlinizdəki bütün mərmi və raketlərinizi, dronlarınızı düşmənin başına yağdırın! Od ələyin! Düşmən təxribatını beşikdəcə boğun! İnanın, beynəlxalq və diplomatik etiketlər, imperialist güclərin həyasızlığı ölkə rəhbərliyinə bu addımı atmağa imkan vermir. Amma sizi inandırım ki, rəhbərlik bunu bizdən çox istəyir. Sadəcə, dediyim səbəb... əziz komandir və əsgərlər, bu şərəfli missiyanı yerinə yetirsəniz, rəhbərlik tərəfindən sizə “gözün üstündə qaşın var” deyən olmayacaq! Hətta mükafatlandırılacaqsınız! Mən buna yüzdəyüz əminəm! Çünki ölkə başçısının ermənilərə və erməniçiliyə sonsuz nifrətinə bələdəm! Bütün xalq sizə güvənir və sizdən Kişilik gözləyir! Əks təqdirdə, bütün xalq biabır olub ömrü boyu gözükölgəli yaşamağa məcbur olacaq! Bunlar da kim olsa yaxşıdır— sizlərin ata-anaları, qardaş-bacıları, həyat yoldaşları, oğul-uşağı, dost və əqrəbaları! Əlinizə düşən bu şansdan, bu fürsətdən yararlanmaq boynunuzun borcudur! Dövlət və xalq arxanızdadır! Söz sizindir, qeyrətli Azərbaycan zabit və əsgərləri! Sizin “Zabit Şərəfiniz” hər şeydən yüksək tutulmalıdır! Ana Vətən Sizdən cavab gözləyir!”.