Tanınmış iqtisadçı: “Başımı keçəl qırxdırdım və oturdum evdə...”

7-06-2020, 09:04           
Tanınmış iqtisadçı: “Başımı keçəl qırxdırdım və oturdum evdə...”
“Evdə otura bilməyənləri başa düşmürəm. Yəqin ona görə ki, özüm evdə oturmağı çox sevirəm. Şənbə-bazar günlərində imkan olanda elə evdə qalıram...”

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış iqtisadçı Əkrəm Həsənov deyib.

“Hətta 1994-cü ilin yayında 2 ay fasiləsiz 9-cu mərtəbədə mənzildə oturmuşam. Qəbul imtahanına hazırlaşırdım. Orta məktəbi bitirən kimi başımı keçəl qırxdırdım və oturdum evdə. Nəticəsini bilirsiz: hüquq fakültəsinə daxil oldum. Odur ki, evdə oturun!!!” – Ə.Həsənov qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru