Cərimələrlə bağlı daha bir - Açıqlama

9-06-2020, 08:42           
Cərimələrlə bağlı daha bir - Açıqlama
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev sosial şəbəkələrdə karantin dövründə tətbiq olunan cərimələrin pandemiyadan sonra ləğv olunacağı ilə bağlı yayılan məlumatlara açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, K.Əliyev AzTV-də yayımlanan “Çıxışa doğru” verilişində insanları təxribata uymamağa çağırıb:

“Aydın məsələdir ki, qayda-qanunu pozan cərimə də olunur. Cərimə mexanizmi də olduğu kimi işlək vəziyyətdədir. Şayiə buraxılmışdı ki, guya karantin rejiminə görə cərimələnən, məsuliyyətə cəlb olunan şəxslər bu məsuliyyətdən azad olunacaqlar. Buna inanmayın. Kiminsə yalan ifadələrinə inanıb ardıcıl qayda pozmayın. Bu cərimə insanın ömrünün sonunadək onun üzərindədir. Bunun heç bir vaxt məhdudiyyəti yoxdur ki, 3-4 il keçəndən sonra bu cərimə ləğv olunacaq. Xeyr. İnsan yaşadığı müddətdə o cərimə onun üzərindədir və o cəriməni ödəmək məcburiyyətindədir. Bəzi ictimai birliklər cərimələrin ləğv olunacağı ilə bağlı təbliğata qoşulurlar və sosial şəbəkələrdə də insanları qızışdıranlar həmin şəxslərdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru