Polisin "dovşan" adlandırdığı qadın danışdı: "Üzr istəyən ikinci oğlumu da həbs etməzdi"

9-06-2020, 15:51           
Polisin "dovşan" adlandırdığı qadın danışdı:
Polisin "Sən də dovşansan, ərin də dovşandır!” dediyi Yasamal sakini Gülər Süleymanovanın iki oğlu həbs edilib.

Teref.az xəbər verir ki, bu barədə Arqument.az-a Gülər Süleymanova məlumat verib.

Onun sözlərinə görə, əvvəl oğlu Süleymanlı Elvin çılpaq şəkildə zorla evdən götürülüb və İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə həbs edilib.

Daha sonra digər oğlu Süleymanlı Kərim saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 531.1-ci maddəsi ilə həbs olunub.

Gülər Süleymanova deyib ki, onu idarəyə dəvət etsələr də, getməyib. O, polisin işdən çıxarıldığından da xəbərsiz olduğunu deyib.

Süleymanova deyir ki, heç bir yerə getməyəcək və üzr də qəbul etməyəcək: "Üzr istəyən ikinci oğlumu da həbs etməzdi".

O bildirib ki, övladlarının hüquqlarını vəkil Cavad Cavadov müdafiə edəcək.

Cavad Cavadov isə arqument.az-a deyib ki, artıq Gülər Süleymanova ilə müqavilə bağlanıb və hüquqi müstəvidə bütün addımlar ataılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru