Yenə İbad Hüseynov, yenə saxta qəhrəmanlıq iddiasına verilən cavablar VİDEO

20-01-2016, 20:45           

“İbad Hüseynovun təbliğatı ilk dəfə mənə təklif olundu. İmtina etdim, dedim mən belə əclaflıq edə bilmərəm”.

Bu sözləri İnterpress.az-a müsahibə verən Qarabağ qazisi Tofiq Cəfərov deyib. O, özünü mətbuata milli qəhrəman kimi təqdim edən İbad Hüseynovun, məşhur erməni qatili Monte Melkonyanın başını kəsməsini isə gülünc uydurma adlandırdı:

“İbad heç vaxt kəşfiyyat komandiri olmayıb və heç vaxt, ona xüsusi əməliyyat tapşırığı verilməyib”.

-Bir iki belələri var, qazi adından istifadə edirlər. Yarı canını muharibədə itirənlər bunlar qədər danışmırlar. Bu təbliğatlar həm siyasi, həmdə maddi qazanc üçün aparılır. Son zamanlar bir neçə Qarabağ döyüşçüsü qəhrəmanlıq xəstəliyinə tutulub. İbad da onlardan biridir. Lakin İbadın maddi durumu yaxşı olduğu üçün özünə daha yaxşı təbliğat qurub. İbad heç vaxt kəşfiyyat komandiri olmayıb və heç vaxt, ona xüsusi əməliyyat tapşırığı verilməyib. Onun söylədikləri Xususi Təyinatlı Kəfiyyat Rotasının etdikləridir.

Hələ mən Ağcabədinin Mudafiə Batalyonun komandiri olanda Xocəvənd rayon ərazisini, Əmiralilar, Krapatkin və Muğanlı kəndlərini, yerli, kiçik dəstələrlə və yerli polis işçiləri ilə birlikdə bizim batalyon mudafiə edib. Onda İbadi heç kim tanımayıb və belə bir könüllü əsgər olmayıb. İndi bu İbad Hüseynov ağlına gələni uydurur. İbad Hüseynovun bu yalançı təbliğatının arxasında başqa məqamlar dayanır. O, özünü qəhrəman kimi tanıdıb biznesini qorumağa çalışır.

- Erməni qatil Monte Melkonyanın dəfn görüntülərində onun başı üstündədir. O zaman sual olunur, İbadın kəsdiyi və şəkil çəkdirdiyi baş kimin başıdır?

-Monte alçağı kimin öldürdüyü artıq sübut olunub. Montenin olduğu UAZ-ı 708 -ci briqadanın əsgərləri BMP ilə vurublar.
Yenə İbad Hüseynov, yenə saxta qəhrəmanlıq iddiasına verilən cavablar VİDEO
(Başı kəsildiyi iddi edilən erməni qatil Monte Melkonyanın dəfn görüntüsü. Şəkildə göründüyü kimi meyitin başı üstündədir.)

(Bu da İbad Hüseynovun erməninin başını kəsdiyi iddia edilən məşhur fotosu. Müqaisənin siz edin)



Bu bərədə yalnız 3 gün sonra Rusiyanın “Vremya” verilişi xəbər verəndə bilindi ki, BMP ilə vurulan UAZ-da Melkonyan ölüb. İbad isə bu yalanları uydurmaqla, qazilərimizin və şəhidlərimizin ruhunu incidir. İbadın etdikləri döyüşçüyə, qaziyə yaraşmayan bir hərəkətdir.

-Bəziləri İbad Hüseynovun bu qədər geniş təbliğ olunmasında Xocavənd rayonun 26 ildir icra başçısı işləyən qardaşı Eyvaz Hüseynovun həvəsli olduğunu deyir.

-Bu qardaşlardan ilk tanıdığım Eyvaz müəllim olub. Eyvazla bir yerdə döyüşmüşük. Eyvazı və digər qardaşlarını mədəni adam kimi tanımışam. Ancaq bu ağıllı qardaşlar İbadın hərəkətlərinə niyə göz yumduqlarını anlamıram. İbad minlərlə döyuşcümüzün haqqını mənimsəyir. Gərək onun ağıllı qardaşları İbadın belə ədalətsizlik etməsinin qarşısını vaxtında alaydılar.

-Müğənni Flora Kərimova da İbadın “qəhrəmanlığını” vəsf edir. Bu barədə nə deyə bilərsiz?

- Flora xanımda günah görmürəm. Deyilənlərə inanıb. Nə bilsin ki, bu qədər yalan olar.

-Amma MTN-nin dəstəyi ilə, “258 № li PDM-in ekipaji” adlı sənədli film çəkildi. Bu filmdə, arxiv sənədləri ilə sübut edildi ki, İbad Hüseynovun təbliğatı tam iftira və yalan üzərində qurulub. Amma yenə də Avropa Oyunlarında məşəl daşıyanlar arasında Qarabağ döyüşçülərini İbad Hüseynov təmsil etdi. Eyni zamanda haqqında hələ də sənədli, bədii filmlər çəkilir, universitetlərə dəvət edilir ki, gənc nəslə “qəhrəmanlığından” danışsın. Yəni bu təbliğat bitib-tükənmir. Bütün bu olaylardan sonra Flora Kərimova da mahnısından imtina edə bilərdi axı?

-Orası elədir. Məsələn, vaxtilə Qənirə Paşayeva, Aqil Abbas da İbada inanmışdılar. Onların hamısı ilə 708-ci Briqadanın komandiri görüşdülər və həqiqəti biləndən sonra təbliğatlarını dayandırdılar.

“Həqiqi qəhrəmanlarımız ola-ola, yalançının birinin adına küçə verilməsi hamıda təəssüf hissi yaradır”.

-Türkiyədə İbadı “Zamanmızın Atillası” adı ilə təqdim etdilər. Onun Türkiyədəki təbliğatının və adına küçə verilməsinin gizlinlərini aça bilərsinizmi?

-Bir azərbaycanlının adına Turkiyədə küçə verilməsi mənim üçün çox xoşdur. Ancaq gərək insan bu ada layiq olsun. Həqiqi qəhrəmanlarımız ola-ola, yalançının birinin adına küçə verilməsi hamıda təəssüf hissi yaradır. İkincisi də bizim torpaqlarımız erməninin ayağının altında, qız gəlinimiz, övladlarımız erməni əsirliyində olduğu bir vaxtda hansı qəhrəmanlıqdan danışmağa haqqımız çatır?

Bu İbad xəstədir. Onun hərəkətlərindən bu açıq-aydın bilinir. İbadın bu xəstəliyindən istifadə edənlər isə şərəfsizdir. Biz İbadı hər vaxt qazi qardaşımız kimi saymışıq. Onu həqiqətin yanında olmağa çağırmışıq. Çox təəsüf ki, ona imkan vermirlər və onun təbliğatından madiyyət güdürlər. İbad isə bunu başa düşmür.

Qeyd: Müsahibədə haqqında danışılan İbad Hüseynovun da fikirlərini yayaımlamağa hazırıq.

[media=https://www.youtube.com/watch?v=l7EopoGKu6Y]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.