“Putin dedi ki, Qarabağ əhvalatı…” – Qapalı görüşün sirri açıldı

14-02-2021, 16:56           
“Putin dedi ki, Qarabağ əhvalatı…” –
Xəbər verildiyi kimi Rusiya prezidenti Vladimir Putin fevralın 10-da bir qrup baş redaktorla qapalı görüş keçirib. Görüşdə 35 jurnalist iştirak edib, onlardan biri də “Exo Moskva” radiosunun baş redaktoru Aleksandr Venediktovdur.

Venediktov “Exo Moskva” radiostansiyasının efirində həmin görüş barədə danışarkən deyib ki, Putin jurnalistlərlə ünsiyyətdə çox sakit idi və hər bir suala öz cavabı vardı. Venediktov Putinin üç məsələ ilə fəxr etdiyini deyib. “O, vaksindən çox məmnundur (koronavirusa qarşı Sputnik-V vaksini). Çox məmnundur. Vaksinlə bağlı əhvalatdan. Qarabağla bağlı əhvalatdan çox məmnundur və bununla fəxr edir. Və yeni silah növləri ilə fəxr edir. Bax bu üç məsələ 2020-ci ildə müsbət nəticə olub. Fikrimcə bunları deməklə heç bir sirrin üstünü açmıram”,- Venediktov deyib.

Xatırladaq ki, Qarabağda hərbi ənəliyyatlar Putinin vasitəçiliyi ilə əldə edilmiş 10 noyabr üçtərəfli razılaşması əsasında dayandırılıb. Ermənistan bu razılaşma əsasında Ağdam, Kəlbəcər və Laçın rayonlarından öz qoşunlarını çıxarıb, regiona Rusiya sülhməramlı qüvvələri yeridilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru