Kamran Əliyev :"Erməni təcavüzünün nəticələrinin rəsmiləşdirilməsi prosesi davam edir"

20-02-2021, 06:40           
Kamran Əliyev
Böyük zəfər qazandığımız Vətən müharibəsi dövründə olduğu kimi, Ermənistanın işğalçı mahiyyətinin beynəlxalq müstəvidə ifşa edilməsi üçün prokurorluq orqanları üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Belə ki, beynəlxalq aləmdə Ermənistanın məsuliyyətə cəlb edilməsini təmin etmək üçün erməni təcavüzü ilə əlaqədar başlanmış cinayət işləri üzrə zəruri sübutların toplanması, bu təcavüzün nəticələrinin rəsmiləşdirilməsi davam edir.

Trend-in məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev “Milli Məclis” jurnalına müsahibəsində deyib.

K.Əliyev bildirib ki, bu sahədə işlər 2 istiqamətdə görülür: “Birinci istiqamət cinayət təqibi, ikinci istiqamət isə cinayət təqibindən kənar qaydada kompensasiyaların ödənilməsi üçün müvafiq iddiaların irəli sürülməsidir. Cinayət təqibindən kənar istiqamət daha genişdir və Ermənistan silahlı birləşmələri tərəfindən faktiki vurulan zərərlə yanaşı əldən çıxmış gəliri və digər bu kimi məsələləri də əhatə edir”.

K.Əliyev vurğulayıb ki, 2020-ci il sentyabrın 27-dən başlayan müharibədə erməni təcavüzü nəticəsində dəymiş ziyanın müəyyən edilməsi istiqamətində dağıdılmış və ya zədələnmiş bütün tikililərə, obyektlərə prokurorluğun müstəntiqləri tərəfindən baxış keçirilir və nəticələri müvafiq qaydada rəsmiləşdirilir: “Bununla yanaşı, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş ərazilərə, orada mövcud olmuş mədəni, dini və digər obyektlərə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla baxış keçirilməsi və müvafiq sübutların toplanması davam etdirilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru